NİMDAŞ

sif. [ fars. ] Bir qədər geyilmiş, işlənmiş, nisbətən köhnəlmiş, təzə olmayan. Nimdaş ayaqqabı. Nimdaş xalça.
– Günlərin bir günü yenə də Koroğlu bir dəst nimdaş çodar paltarı geyib, Qıratı minib beləcə gəzməyə çıxmışdı. Koroğlu”.
[Ələsgər dayı] hər axşam nimdaş döşəkcənin üstündə oturub, bu sazı dınqıldadar və mahnı oxuyardı. İ.Əfəndiyev.

Синонимы

  • NİMDAŞ köhnə — geyilmiş — işlənmiş
  • NİMDAŞ NİMDAŞ (geyilmiş paltar və s.) [Sürəyya:] Ayıb deyil mən camaat içinə nimdaş paltarda çıxım? (Ə.Qasımov); KÖHNƏ Aydın: Anlayıram

Антонимы

  • NİMDAŞ NİMDAŞ – TƏZƏ Sən bir dayan, bir baxım görüm bəlkə nimdaş bir şey tapa bildim (C.Cabbarlı); – Əlbəttə, təzə maşındır (T

Этимология

  • NİMDAŞ Əsli nimdaşt kimidir, nimdar forması da var, fars sözüdür: daşt (dar) hissəsi daştən (malik olmaq) məsdərinin qrammatik əsasıdır
NİMÇƏVARİ
NİMDƏR

Значение слова в других словарях