Nisse

die; -, -n bit sirkəsi
Nische
nissig
OBASTAN VİKİ
Anya Nissen
Anya Nissen (ing. Anja Nissen; d. 22 sentyabr 1981, Yeni Cənubi Uels, Avstraliya) — Danimarka mənşəli Avstraliya müğənnisi, bəstəkar, rəqqasə və aktrisa. O, Avstraliyanın The Voice səs yarışmasında qələbə qazanmışdır. Qalibiyyətinin ardınca müğənni Avstraliyanın Universal Music Group albom şirkəti ilə anlaşma imzalamışdır. 2015-ci ildə Britaniya müğənnisi Olli Mursun Never Been Better turu çərçivəsində Avstraliyada keçirilən konsertdə Anya müğənnini səhnədə müşayiət etmişdir. Anya Nissen "Never Alone" mahnısı ilə Danimarkanın DR telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Dansk Melodi Grand Prix 2016 milli seçim turuna qatılmış və nəticədə ikinci yeri tutaraq, Avroviziya iştirak hüququ əldə edə bilməmişdir. Növbəti il müğənni yenidən seçim turuna qatılmış və bu dəfə ifa etdiyi "Where I Am" mahnısı ilə şouda qələbə qazanmışdır. Həmin mahnı ilə Anya Danimarkanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Anya Nissen 6 noyabr 1995-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında, dağlıq bölgədə anadan olmuşdur.
Arctostaphylos nissenana
Arctostaphylos nissenana (lat. Arctostaphylos nissenana) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü.
Avi Nissenkorn
Pinşas Rosen (ivr. ‏דָּנִיאֵל "אָבִי" נִיסֶנְקוֹרְן‏‎; 20 mart 1967, İsrail) — İsrailli hüquqşünas, hazırkı ədliyyə naziri və Histadrut həmkarlar ittifaqının keçmiş baş katibi (sədri). 2014-cü ilin iyunundan 2019-cu ilin martına qədər bu vəzifədə çalışdı və Arnon Bar-David ilə əvəz olundu. Nissenkorn, Mavi və Ağ siyahının bir hissəsi olaraq İsrailin Müqavimət Partiyası üçün 21-ci Knessetin üzvüdür.
Rasmus Nissen
Rasmus Nissen Kristensen (11 iyul 1997-ci ildə anadan olub) — NK kimi də tanınan, Erediviziya təmsilçilərindən olan Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Nissen futbolçu ailəsində anadan olmuşdur. O, futbolçu karyerasına 6 yaşı olarkən yerli Brande klubunda başlamışdır. 6 il bu klubda çıxış etdikdən sonra Nissen iki il Herninq Fremad klubunda top qovdurmuşdur. 2012-ci ildə Nissen Midtyulland klubunun gənclər komandası ilə müqavilə imzalamışdır. Nissen əsas komanda heyətinə 2016-cı ilin yayında 18 yaşı olarkən dəvət almışdır. O, klub ilə beş illik peşəkar müqavilə imzalamışdır. O, peşəkar karyerasında debütünü 7 mart 2016-cı ildə 18 yaşı olarkən Nordşelland klubuna qarşı Superliqa görüşündə etmişdir. O, görüşə ehtiyat oyunçular skamyasında başlamış və 39-cu dəqiqədə Vaklav Kadleçi əvəz etmişdir. Həmin görüşdə komandası 1-2 hesabı ilə məğlub olmuşdur.