Nizqalı
“Naxışlı çörək” mənasında Meğri şivəsində işlənir. həmin şivədə nizğalı formasında “üzəri naxışlı çörək” mənasına da rast gəlirik. Meğri şivəsində “nizqa” sözü eyni zamanda “yumşaq şeylərin (qar, mum, xəmir və s.) üzərində salınan naxış” mənasında da işlənir. Deməli, bu sözün əsasında (nizqalı) “nizqa” sözü dayanır. –lı şəkilçisi burada çoxluq bildirir. Meğri şivəsində “nizqalamaq” (yayılan xəmirin üzərinə naxış çəkmək) feili bu söz əsasında yaranmışdır. (10, 289)