NORD

геогр. , морск.
I
сущ. норд:
1. север; северное направление
2. северный ветер. Bakı nordu бакинский норд
II
прил. нордовый. Nord küləyi нордовый ветер
NONİUS
NORD-OST
OBASTAN VİKİ
Nord
Nord adası
Nord-Ost
Nord-vest
Nord adası
Nord adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Nordenşeld arxipelaqının ucqar şərq nöqtəsində yerləşir. Şərq adalar qrupuna daxildir. Bu qrupun şimal-şərq nöqtəsini təşkil edir. Şərqi istisna olaraq digər ərazilərdən arxipelaqın digər adaları ilə əhatələnmişdir: şimalında Kolomeysev adası, qərbində Evgeni Fyodrov adaları, cənub-qərbində Bianki adası və Kamenistı adası, bir qədər cənubda isə Dalnı adası adası yerləşir. Kolomeysev adası istisna olaraq digərləridə Şərq adaları qrupuna daxildir. Rusiyanın materik hissəsi ilə ada arasında mədafə 40 km təşkil edir. Cənubdan şimala doğru genişlənir.
Nord Stream
Şimal axını (alm. Nord Stream‎; rus. Северный поток) — Qərbi Avropanı təbii qazla təmin etmək üçün Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanan təbii qaz kəmərləri şəbəkəsi. O, "Şimal axını 1" və "Şimal axını 2" adlı iki ayrı layihədən ibarətdir. Hər iki boru kəmərinin hər biri iki borudan, NS1 A və B, həmçinin NS2 A və B olmaqla, cəmi 4 fiziki borudan ibarətdir. Hər iki boru kəməri Rusiyadan başlayır və Almaniyanın Lubmin şəhərində bitir. Kəmərlər Almaniya, Hollandiya və Fransa maraqlı tərəfləri ilə birlikdə Rusiyaya məxsusdur (51 faiz). Layihə Rusiya, Almaniya, Fransa, Avstriya və Hollandiya şirkətlərindən ibarət konsorsium tərəfindən maliyyələşdirilib. Bu, Rusiya təbii qazını birbaşa Qərbi Avropaya çatdırmaq üçün Ukrayna və Polşadan yan keçən ilk boru kəməri idi. "Şimal axını 2" layihəsinə ABŞ başlanğıcdan bəri qarşı çıxırdı, çünki onlar Almaniyanın Amerikadan daha bahalı LNG almasını istəyirdilər.
Glareola nordmanni
Bozqır haçaquyruğu (lat. Glareola nordmanni) — fəsiləsinin Haçaquyruq cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən kritik vəziyyətdədir. == Genofond əhəmiyyəti == Azərbaycanda cinsin 2 növündən biridir. == Qısa təsviri == Quyruğunun haçası çəmənlik haçaquyruğuna nisbətən dərindir. Ümumi rəngi tünddür. Qanadlarının altı qaradır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb.
Gunnar Nordal
Qunnar Nordal (isv. Gunnar Nordahl; 19 oktyabr 1921, Hernerfors — 15 sentyabr, 1995, Alqero) — hücumçu mövqeyində oynamış İsveç futbolçusu. Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının keçirdiyi sorğuya əsasən o, "Dünyanın ən yaxşı futbolçuları" siyahısında 46-cı yeri tutur, "Avropada XX əsrin ən yaxşı futbolçuları" siyahısında isə 36. "Milan" klubunun məşhur Gre-No-Li hücüm üçlüyünün bir hissəsi idi və bu klubun tarixi ərzində ən çox qol vuran oyunçusudur. İsveç millisində 33 oyun keçirmiş və 43 qol vurmuşdur. 1948-ci ildə isə millinin heyətində Yay Olimpiya Oyunlarının qalibi olmuşdur. 291 oyuna 210 qol vurmaqla İtaliya A Seriyasının üçüncü bombardir oyunçusudur. 5 dəfə Seria A-da bombardir olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik etməyə başlamışdır.
Nordenşeld Torpağı
Nordenşeld Torpağı (norv. Nordenskiöld Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Öz növbəsində bir yarımadadır və adanın qərbində yerləşir. Torpaq İsford və Vanmiyenfiord arasında qərarlaşır. Torpaq finland qütb araşdırmaçısı kralı Adolf Nordenşeldin (1832—1901) şərəfinə adlandırılmışdır.
Nordenşeld arxipelaqı
Nordenşeld arxipelaqı — Şimal Buzlu okeanın Kara dənizi akvatoriyasıbfa yerləşən arxipelaq. Arxipelaqın şərqdən qərbə uzunluğu 93 kilometr təşkil edir. Taymır yarımadası sahilində yerləşən Taymır körfəzindən şimal-qərbdə qərarlaşır. Nordenşeld arxipelaqından cənubda Taymır adası qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq öz növbədində 90 irili və xırdalı adalardan ibarətdir. Üstəlik bura bir sıra adalar qrupu daxildir: Vilkinski adaları, Şərq adaları, Litke adaları, Paxtusov adaları, Sivolko adaları. Adalar əsasən vulkanik suxurlardan ibarətdir. Bitki örtüyü zəyifdə olma mövcuddur. Əsasən arktik tundra hakimdir.
Nordenşyold Land Milli Parkı
Nordenşyold Land Milli Parkı (norv. Nordenskiöld Land nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasında yerləşə milli park. Milli park ərazisinə 1207 km² quru və 155 km² su səthi sahəsi daxildir. Park 2003-cü ildə təşkil olunmuşdur.
Nordenşyoldbrin buzlağı
Nordenşyoldbrin buzlağı (norv. Nordenskiöldbreen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq adanın mərkəzində, Dikson və Byunsov Torpağı ərazisində yerləşir. Buzlağın uzunluğu 25 km, eni 11 km-dir. Bille-fiord körfəzi sahilinə çıxır. Buzlaq fin alimi Erik Adolf Nordenşyoldun şəfərinə adlandırılmışdır (1832—1901).
Nordeynde
Nordeynde (nid. Noordeinde) — Niderland kral ailəsinin istifadə etdiyi üç saraydan biri. Haaqada yerləşir, hazırda 2013-cü ildən Kral Villem Aleksandrın işçi sarayı kimi istifadə olunur.
Nordin Amrabat
Nordin Amrabat (ərəb. نورالدين أمرابط‎bər. ⵏⵓⵓⵔⴷⴷⵉⵏ ⴰⵎⵔⴰⴱⴰⵜ 31 mart 1987) — Yunanıstanın Super Liqa klubu AEK Afinada cinah müdafiəçisi kimi çıxış edən peşəkar futbolçu.
Nordin Musampa
Nordin Musampa (d. 13 oktyabr 2001, Almere, Niderland) — Eerste Diviziya təmsilçilərindən olan "Yonq Ayaks" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Musampa Almere Siti akademiyası vasitəsilə inkişaf etmişdir. 2016-cı ildə Maddi Erediviziya təmsilçilərindən olan "Ayaks" klubu ilə müqavilə imzalamışdır. Onun idealı "Barselona" klubunun futbolçusu Lionel Messidir. Musampa öz peşəkar karyerasında debütünü 25 mart 2019-cu ildə "Utrext II" klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. Musampa Almere şəhərində anadan olmuşdur. Valideynləri isə Konqo Demokratik Respublikası vətəndaşlarıdır.
Nordkap burnu
Nordkap (ing. North Cape, norv. Nordkapplatået) — Skandinaviya yarımadasından şimalda, Barens dənizi sahillərində yerləşən, Norveçə məxsus Maqeyoya adasının ucqar şimal nöqtəsi. İnzibati baxımdan inzibati mərkəzi adanın cənubunda olan Nordkap kommunasına daxildir. Bəzən Avropanın ən ucqar şimal nöqtəsi hesab edilsə də, materikin deyil adanın ucqar nöqtəsidir. Üstəlik Şpitsbergen, Frans-İosif Torpağı və Yeni Torpaq adaları ondanda şimalda yerləşir. Knivşellodden burnu Nordkapdan 1,5 km şimaldadır. Buruna ən yaxın liman Honninqsvok balıqçı limanıdır. Nordkap burnu öz növbəsində bir qranit qaya parçasının bir hissəsidir. Qayanın zirvə hissəsi hamardsır və burada tundra gölləri vardır.
Nordkap cərəyanı
Nordkap cərəyanı — Skandinaviya və Kola yarımadaları sahilindən keçən isti cərəyan. Suyunun temperaturu yayda +5…+8 °C, qışda isə +2…+5 °C olur. Sürəti 0,9–1,8 km/s təşkil edir. Nordkap cərəyanının hesabına Barens dənizinin cənub qərbi qışda donmur. Cərəyan 1870-ci ildə rus araşdırmaçısı Aleksandr Middendorf tərəfindən kəşf edilmişdir.
Nordkin burnu
Nordkin və ya Kinnаrudden (nyunorsk və norv. Nordkyn, Kinnarodden) — Avropanın ən ucqar şimal nöqtəsidir. Norveç ərazisində yerləşir. Burun eyni adlı yarımadanın sonucunda yeeləşən qaya parçasıdır. Kvars tipli quşlardan təşkil olunmuşdur. Hündürlüyü dəniz səviyyəsindən 234 metr təşkil edir. Sahillərini Barens dənizi yuyur. Sahilləri donmur. Bitki örtüyü tundraya xasdır. Burun yaxınlığında Maqeyoya adası yerləşir.
Nordman apollonu
Nordman apollonu (lat. Parnassius nordmanni) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. Qafqazın yüksək dağ endemikidir. Qanadları açıq halda 70-94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir.
Nordman appolonu
Nordman xulu
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Nordostrunningen burnu
Nordostrunningen burnu (dan. Nordøstrundingen) — Qrenlandiyanın ucqar şərq nöqtəsi. Həmcinin şimali Amerikanın ucqar şərq nöqtəsini təşkil edir. Qrenlandiya siyasi baxımından Şimali Amerikaya aid olmaması səbəbindən onun şərq qutaracağı Nyufaundlend adasında yerləşən Kopya burnudur. Əslində isə materikin ucqar şərq nöqtəsi Sent-Çarlz burnudur. Burun Labrador yarımadasında yerləşir.
Nordotis
Haliotis (lat. Haliotis) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin lepetellida dəstəsinin haliotidae fəsiləsinə aid heyvan cinsi.
Nordovıy
Nordovıy — Daimi yaşayış yeri olmayan, dəniz quşlarının məskən saldığı ada. Ada Xəzər dənizinin qərbində Kizlyar körfəzində yerləşir. İnzibati cəhətdən Rusiya federasiyası Dağıstan Respublikası ərazisinə daxildir. Bryansk burnundan 15 aralıda yerləşir. Onun eni 0,4 km, uzunluğu 2,2 km təşkil edir.
Nordre İsfiorden Milli Parkı
Nordre İsfiorden Milli Parkı (norv. Nordre Isfjorden nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasında yerləşə milli park. Milli park ərazisi 2954 km²-dir. Bunun 2050 km² quru və 904 km² su səthi sahəsi daxildir. Park 2003-cü ildə təşkil olunmuşdur.
Nordurland Vestra
Nordurland Vestra (isl. Norðurland vestra - Şimal yerin Qərbi) — İslandiyada region.
Nordvik buxtası
Nordvik buxtası — Laptevlər dənizinin cənub-qərbində, Taymır yarımadasının şərqində yerləşir. Materikin daxilinə 37 km məsafədə uzanır. Eni 37 km-dir. Maksimal dərinlik 39 metrdir. Buxta Xatanqa körfəzində Xara-Tumus və Norvik yarımadası arasında yerləşir. Buxta 1739-cu ildə «Yakutsk» şlyupunda kəşf edilmişdir. "Şimal" mənasını verir. 1930-cu illərdə bura çoxlu burqıranlar toplanırdı. Şimal Dəniz yolu üzərində yerləşən Tiksi və Şmidt burnu qəsəbələrində hava limanları inşa edilmişdi. Nordvik qədəbəsi isə şəhər şəhərə çevrilməli idi.

Digər lüğətlərdə