Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nord
Nord adası
Nord-Ost
== Nord-Ost == Nord-Ost (alm. Nord-şimal və Est-şərq)-üfüqün şimal-şərq cəhətinin qəbul olunmuş beynəlxalq adıdır, NE kimi işarə olunur.
Nord-vest
== Nord-vest == Nord-vest (alm. Nord-şimal və west-qərb)-üfüqün şimal-qərb cəhətinin qəbul olunmuş beynəlxalq adıdır, NW kimi işarə olunur.
Nord adası
Nord adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Coğrafiyası == Nordenşeld arxipelaqının ucqar şərq nöqtəsində yerləşir. Şərq adalar qrupuna daxildir. Bu qrupun şimal-şərq nöqtəsini təşkil edir. Şərqi istisna olaraq digər ərazilərdən arxipelaqın digər adaları ilə əhatələnmişdir: şimalında Kolomeysev adası, qərbində Evgeni Fyodrov adaları, cənub-qərbində Bianki adası və Kamenistı adası, bir qədər cənubda isə Dalnı adası adası yerləşir. Kolomeysev adası istisna olaraq digərləridə Şərq adaları qrupuna daxildir. Rusiyanın materik hissəsi ilə ada arasında mədafə 40 km təşkil edir. == Ümumi məlumat == Cənubdan şimala doğru genişlənir.
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.
Ford
Ford Motor Şirkəti (ing. Ford Motor Company) – ABŞ-nın ən böyük avtomobil şirkətlərindən biri. == Tarixi == Ford Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilmişdir. Şirkətin vitse-prezident və baş mühəndis vəzifələrini də o icra edirdi. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilmişdi. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil yığırdılar. 1906-cı ildə Henri Ford şirkətin prezidenti və əsas sahibkarına çevrildi. Şirkətin mərkəzi Miçiqanda yerləşir. == Fəaliyyəti == İlk Ford avtomobili 23 iyul 1903-cü ildə satılmışdır. Şirkət məşhur T modelini 1908-1926-cı illər arasında istehsal etməyə başladı.
Nori
Nori, (yap. 海苔) – Uzaq Şərqdə yayılmış yosun növü. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır. == Xüsusiyyətləri == Omeqa-3 yağ turşusuna, EPK-ya və provitamin A-ya malikdir. Bu yosun asan hazırlanır, mətbəxdə universaldır. Nori dəyişməz olaraq ənənəvi şərq yeməklərində olur. O, balıq və molyusk iyi verir. Tünd rəngli nazik lövhələr şəklində satılır == İstifadəsi == Nori adətən suşi və oniqirini bükmək üçün istifadə olunur. Nori parlaq iyə və incə xoş dada malikdir. Əriştələrdə və şorbalarda bir qarnir və ya dadvericidir.
Nərd
Nərd — Şərq masaüstü oyun növü. Nərd oyununun qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Nərd oyunu qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkəsində mövcud imiş. Nərd oyunu 24 xanalı lövhə ― nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanəsi günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin rəmzidir.
Altmış dörd
Altmış dörd — say sistemində ədədlərdən biridir. Altmış üçdən sonra, altmış beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Amber Hörd
Amber Lora Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin) — ABŞ aktrisası.
Betti Ford
Elizabet "Betti" Enn Ford (ing. Elizabeth Anne "Betty" Bloomer Ford; 8 aprel 1918[…], Çikaqo, İllinoys – 8 iyul 2011[…], Ranço-Miraj[d], Kaliforniya) — ABŞ Prezidenti Cerald Fordun həyat yoldaşı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Elizabet "Betti" Enn Ford ilə əlaqəli mediafayllar var.
Bord xun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
Cek Vord
Cek Vord, Quşcuğaz və ya Yusif Rəis (1 yanvar 1553 – 1622, Tunis) — əfsanəvi dəniz qulduru tarixdə Yusuf Rəis kimi də tanınır. Cek Sərçə personajı ondan ilhamlanaraq yaradılmışdır. Tarixdı həm də Yusuf Rəis və ya "Türkə dönmüş xristian" kimi tanınır. == Tərcümeyi-halı == İngilisdilli millətlər üçün Cek Quşcuğaz (Jack Birdy) əfsanəvi dəniz qulduru idi və onun barəsində müxtəlif kitablar, pyeslər yazılmışdı. XX əsrdə bu dəniz qulduru barədə bir neçə macəra filmi çəkilmişdi. Nəhayət, 2000-ci illərdə Hollivudun çəkdiyi "Qəraib dənizi quldurları" film epopeyası, əsasən də məşhur Hollivud ulduzu Conni Depp`in mahir ifasında Cek Sərçə (Jack Sparrow) adı ilə yaratdığı obraz bu tarixi qulduru kinodakı rolun adı ilə bütün dünyaya tanıtdı. === Erkən həyatı === Cek Vord (Jack Ward) və ya bəzi sənədlərdə Con Vord (John Ward) kimi tanınan bu adamın erkən dövrü barədə az məlumat var. Ehtimala görə, o, 1552 və ya 1553-cü ildə İngiltərənin cənub-şərqindəki Kent bölgəsinin kiçik Faverşem liman şəhərində doğulub. Liman şəhəri keçmiş dənizçi və dəniz quldurlarının sonuncu sığınacağı hesab edilirdi. Şəhər əhalisinin əsas qazanc yeri balıqçılıq və qısa məsafələrdə işləyən dəniz ticarəti idi.
Cerald Ford
Cerald Rudolf Ford (ing. Gerald Rudolph Ford, doğum adı Lesli Linç Kinq, ing. Leslie Lynch King; 14 iyul 1913, Omaha, Nebraska, ABŞ — 26 dekabr 2006, Ranço-Mireyc, Kaliforniya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 38-ci prezidenti (1974–1977) və 40-cı vitse-prezidenti (6 dekabr 1973–9 avqust 1974). == Həyatı == Cerald Ford 1913-cü il iyulun 14-də ABŞ-nin Nebraska şəhərində anadan olub. 1974–1977-ci illərdə ABŞ-nin 38-ci prezidenti olub. C. Ford təxminən 25 il Miçiqandan Nümayəndələr Palatasında deputat seçilib. 1973-cü ildə Spiro Aqnyunun istefasından sonra prezident Riçard Nikson tərəfindən vitse-prezident təyin edilib. Cəmi bir il sonra isə Uoterqeyt qalmaqalına görə prezident R. Niksonun istefasından sonra ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başlayır. Bununla da o, xalq tərəfindən seçilməyən ilk prezident və vitse-prezident kimi ABŞ tarixinə düşüb. C. Ford 29 il eks-prezident statusunda qalsa da xələfi Quverin rekordunu qıra bilmədi.
Ceyms Ford
Ceyms Ellis Ford (ing. James Ellis Ford; 11 dekabr 1978, Lik[d], Staffordşir qraflığı[d]) — İngiltərəli musiqi prodüseri və bəstəkar. Simian Mobile Disco və The Last Shadow Puppets qrupunun üzvüdür. Arctic Monkeys, Foals, Florence and the Machine, Depeche Mode, Haim, Gorillaz, Klaxons, Cessi Uer və Kayli Minouq daxil olmaqla bir sıra tanınmış musiqiçilərlə birlikdə çalışıb.
Con Ford
Con Ford (ing. John Ford, əsl adı Con Martin Fini, ing. John Martin Feeney, 1895-1973) — Amerika kinorejissoru, rejissorlar arasında ən çox - dörd dəfə "Oskar" mükafatı laureatı. == Filmoqrafiya == Gənc mister Linkoln (film, 1939) Qəzəb salxımları (film, 1940) Mənim vadim yamyaşıl idi (film, 1941) Mənim əziz Klementinam (film, 1946) Rio Qrande (film, 1950) == Xarici keçidlər == Con Ford — IMDb səhifəsi Yahoo!
Con Lord
Con Lord (ing. Jonathan „Jon” Douglas Lord) — Deep Purple rok-qrupunda klavişdə ifası ilə məşhurlaşmış əfsanəvi musiqiçi. == Həyatı == Con Lord 1941-ci ildə Böyük Britaniyanın Lester qraflığında anadan olub. 5 yaşından pianoda çalmağa başlayıb. Dram məktəbinin məzunu olsa da, aktyor peşəsinə meyl göstərməyib və karyerasını bar və pablarda rok musiqinin ifası ilə davam etdirib. 1968-ci ildə həmkarı Kris Körtislə əfsənavi qrupun təməlini qoyan Con Lordun yaradıcılığına klassik musiqi ilə caz və blyuzun böyük təsiri olub. Belə ki, musiqiçi rok kompozisiyalarını yazmaqla yanaşı, klassik müsiqi əsərlərini də bəstələyib. 1969-cu ildə Londonun dəbdəbəli Albert Hall səhnəsinə qalxan Deep Purple qrupunun repertuarında klassik musiqinin çalarlarını açıq-aydın eşitmək mümkün idi. Lakin 70-ci illərdən başlayaraq getdikcə daha çox nəzərə çarpan rok elementi kollektivin özünəməxsus musiqi dəst-xəttinin təməlini qoyur. 1976-ci ildə qrup şəklində fəaliyyətini dayandırmış Deep Purple 8 il sonra yenidən birləşərək qlobal turnelərə çıxmağa başlayır.
Doxsan dörd
Doxsan dörd — say sistemində ədədlərdən biridir. Doxsan üçdən sonra, doxsan beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Duqlas Nort
Duqlas Nort (ing. Douglass Cecil North; 5 noyabr 1920[…], Kembric, Massaçusets – 23 noyabr 2015[…]) — amerikalı iqtisadçı. 1993-cü ildə Robert Fogellə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar". == Əsərləri == The Economic Growth of the United States, 1790–1860, Prentice Hall, 1961. Institutional Change and American Economic Growth, Cambridge University Press, 1971 (Lens Devislə birlikdə). The Rise of the Western World: A New Economic History, 1973 (Robert Tomasla birlikdə). Growth and Welfare in the American Past, Prentice-Hall, 1974. Structure and Change in Economic History, Norton, 1981. Institutions, Institutional Change and Economic Performance, Cambridge University Press, 1990.
Dörd kitab
Dörd kitab (ərəbcə: الكتب الاربعة), İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır: əl-Kafi — müəllifi Əllamə Kuleyni; Mən la yəhduruhul-fəqih — müəllifi Şeyx Səduq; Təhzibul-Əhkam — müəllifi Şeyx Tusi; əl-İstibsar — müəllifi Şeyx Tusi. == Haqqında nəql olunan kəlamlar == Şeyx Hürr Amili belə deyir : Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir. Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir : “Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”. "Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir” == İstinadlar == == Həmçinin bax == Altı kitab: Əhli-Sünnə məzhəbinin 6 əsas hədis kitabı.
Edsel Ford
Edsel Bryant Ford (6 noyabr 1893[…], Detroyt, Miçiqan – 26 may 1943), Henri Fordun oğlu olub, Michigan, Detroit şəhərində anadan olmuşdur. 1919-cu ildən 1943-cü ildəki ölümünə qədər Ford Motor Companynin prezidenti idi.
Ford Cargo
== Həmçinin bax ==
Ford GT
Ford GT ― 1960-cı illərdə le mans yarışlarında qalib gəlmək üçün Ford Motor Company tərəfindən istehsal olunan, 1966-1969-cu illər arasında Le Mans 24 Saat çempionu Ford GT40-ın 2004-cü ildə Ford şirkəti tərəfindən yenilənmiş bir versiyasıdır; avtomobil məhdud sayda (4.038 ədəd) istehsal edilmiş, istehsalı 2006-cı ildə dayandırılmışdır. Lakin GT40 Mk I, Mk II və R modellərinin istehsalı Shelby-American Inc. və Superformance MMC. şirkətləri tərəfindən hələ də davam etdirilir. Özünəməxsus aerodinamik gövdəsi və ötürmə sistemi sayəsində saatda 360 km-dən çox sürət yığa bilər. Ford, 2017-ci ildə GT-nin istehsalına geri dönəcəyini elan etmişdir. Ford GT, inkişaf etdirilmiş aşağı çəki, aerodinamik və ultra səmərəli Ecoboost mühərriki ilə yeni Supercar standartlarını müəyyənləşdirir. Ford GT, indiyə qədər olan ən güclü Ecoboost mühərrikinə sahibdir; cüt turbo 3.5 litrlik V6 benzin mühərriki 600 at gücündən çox güc istehsal edəcəkdir. Ultra yüksək performans (Supercar) sinifində yerləşən GT-nin istehsalı 2016-cı ildən başlayacaqdır. Bu supercat arxa ötürücülü və mühərriki ortada yerləşdirilib. Avtomobildə karbon lifi və alüminiumdan istifadə olunmuşdur və bunun sayəsində sürətlənmə, effektivlik və idarəetmənin keyfiyyəti artırılmışdır.
Ford GT40
Ford GT40, 24 saat Le Mansı üst üstə dörd dəfə qazanan (1966-1969) idman avtomobildir. 1960-1965-ci illər arasında üst-üstə beş dəfə uzun məsafəli idman avtomobili yarışlarında qalib gələn Ferrarinin rəqibi olaraq istehsal edildi. Maşında Ferrarinin 3.0 lt. və 4.0 lt. böyük həcmli mühərriklərdən istifadə olunmasına qarşılıq olaraq, böyük həcmli Ford V8 mühərriklərindən (4.9 lt. və 7 lt.) istifadə olunur. Bu gün maşın Shelby-American Inc. və Superformance MMC. tərəfindən istehsal edilir. == Avtomobilin adlandırılması == Avtomobilin adının GT40 olaraq təyin edilməsi, Grand Tourisme kateqoriyasında yarışacağı üçün qaydalara görə maksimum 40 düym (1.02 m) hündürlüyündə olmasına görədir.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Ford Mustang
Ford Mustang — Ford Motor Company şirkəti tərəfindən istehsal olunan avtomobil. İlk dəfə 1964-cü il 17 aprel tarixində təqdim olunmuşdur ve 20.000 dən çox sifariş almışdır. Bu model Ford şirkəti tərəfindən istehsalı davam edən ən qədim üçüncü məhsul olaraq bu günkü beşinci nəslə gəlib çatana qədər bir çox dəyişikliklərə məruz qalmışdır. Mustang uzun kapotlu, gödək arxa tərəfə malik Amerikan idman avtomobili sayaq "pony car" (tərc. poni maşın) sinfini yaratdı və GM Chevrolet Camaro, AMC Javelin, yenilənmiş Chrysler Plymouth Barracuda və Dodge Challenger kimi modellərin doğulmasına rəvac vermişdir. O həmçinin Toyota Celica və Ford Capri kupelərinin (daha sonra ABŞ-yə ixrac olunmağa başladı) ilham qaynağı olmuşdur. == Yaradılması == Ford Mustang 1965-ci il istehsal ilinin başlamasından beş ay qabaq ərsəyə gətirilmişdir. İlkin versiyaları adətən 1964½ olaraq bilinir, amma Ford tərəfindən 1965 modelləri adlandırılmış və 9 mart 1964 tarixində Miçiqan ştatı, Dearborn şəhərində kütləvi istehsala başlanmış, ictimaiyyətə 17 aprel 1964-cü ildə "Nyu York Dünya Sərgisində" təqdim olunmuşdur. İcraçı stilist Con Najjar, İkinci dünya müharibəsində istifadə olunmuş North American P-51 Mustang təyyarələrinin azarkeşi idi və adlandırma də məhz onun adına yazılmışdır. John Najjar ilk Ford Mustang prototipini həmkarı stilist Philip T. Clark ilə birlikdə 1961-ci ildə layihələndirmişdir (Ford Mustang I).
Corc Miller Bird
Corc Miller Bird (8.5.1839, Konnektikut ştatı, Montvil – 23.1.1883, Nyu-York) — Amerika nevropatoloqu. == Fəaliyyəti == Andoverdə (Massaçusets ştatı) Fillips Akademiyasında (1854–58) və Yel Universitetində (1862) təhsil almışdır. 1866-cı ildən Nyu-Yorkda Tibb-Cərrahiyyə kollecində, 1868-ci ildən Nyu-York Universitetində işləmişdi. Əsas əsərləri elektriklə müalicə, sinir və psixi pozuntu məsələlərinə aiddir. 1869-cu ildə gərgin fəaliyyət nəticəsində sinir yorulması vəziyyətini (Bird xəstəliyi adlandırılan) təsvir etmiş, onun adlandırılması üçün 1880-ci ildə nevrasteniya terminini irəli sürmüşdü. Dəniz xəstəliyi simptomlarının təsvirini ilk dəfə o vermiş və onun müalicəsini göstərmişdi (1881). Çoxsaylı elmi-kütləvi kitabların, o cümlədən "Spiritizmin psixolo giyası" (1878), "Psixi xəstəliklərin problemləri" (1880), "Amerika əsəbiliyi, onun səbəbləri və nəticələri"nin (1881) müəllifidir.