Nou-hau
Nou-hau (ing. know how — bilirəm necə) və ya istehsalat sirri — 1)hələ ümumi istifadə obyektinə çevrilməmiş, yenilik olan biliklər, elmi-texniki, istehsal, texnoloji, idarəetmə, maliyyə-iqtisad, kommersiya səciyyəli məlumatlar, həmçinin onlardan istifadə; 2)texniki məsələni, yaxud digər məsələni, həll etmək üçün texniki biliklər, kommersiya, idarəetmə, reklam sahəsində əməli təcrübə, istehsal sirləri.
Onlar alınıb-satıla bilər və rəqib üzərində üstünlük əldə etməyə imkan verir.
Bu müəyyən informasiya, düsturlar, sxemlər, fəaliyyət alətləridir. Bəzi ölkələrdə bura pate ntlər və üstünlük əldə etməyə imkan verən informasiya da daxildir.
Müəllif əvvəlcə patent alır, nou-hau paketi əldə edir və müvafiq hüquqi sığorta ilə təmin edilir. Nou-hau və nou-nou eyni anlayışlardır.
R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.