Gürcüstanda nümayişlər (1978)
Gürcüstanda nümayişlər (1978) (gürc. თბილისის დემონსტრაციები) — 14 aprel 1978-ci ildə gürcü ziyalılarının və digər fəalların Gürcüstan SSR-də, ilk növbədə respublikanın paytaxtı Tbilisidə keçirdikləri kütləvi mitinqlər. Mitinqlərin səbəbi 1977-ci ildə qəbul edilmiş yeni SSRİ konstitusiyasında gürcü dilinin dövlət dili olması maddəsinin daxil edilməməsi idi.
== Tarixi ==
7 oktyabr 1977-ci il tarixində SSRİ Ali Soveti tərəfindən SSRİ-nin yeni əsas qanunu Konstitusiya qəbul edildi. Bununla da 1936-cı il SSRİ Konstitusiyası qüvvədən düşmüş oldu.
SSRİ-nin yeni konstitusiyasını qəbul edilməsi ilə respublikalar yeni konstitusiya layihələrini hazırlamağa başladılar. 1978-ci ildə rus dilində nəşr olunan Gürcüstanın "Zarya Vostoka" qəzeti Gürcüstan SSR konstitusiya layihəsinin 75-ci maddəsini aşağıdakı məzmunla dərc etdi:
Lakdin həmin dövrdə qüvvədə olan 1937-ci il konstitusiyasında dil haqqında maddə belə yazılmışdı:
Beləliklə, əgər yuxarıdakı ifadə qəbul edilsəydi, gürcü dili Gürcüstan SSR-in dövlət dili statusunu itirərdi.
Tələbə və tədris mühiti arasında, yeni Gürcüstan konstitusiyasına görə, gürcü dilinin artıq dövlət dili olmayacağı barədə şayiələr dolaşmağa başladı. Mitinqlər özbaşına başlamadı. "Gürcü-Film" in direktoru Rezo Çxeidzenin qızı, Tbilisi Dövlət Universitetinin tələbəsi Tamriko Çxeidze nümayişə çağırış vərəqələri paylayırdı.