NƏHY

\[ər.\] сущ. къадагъа, къадагъа авун, негь авун, негьун.
NƏHSLİK
NƏXŞ
OBASTAN VİKİ
Məhəmməd bin Zayed Əl-Nəhyan
Məhəmməd bin Zayedibn Sultan Əl-Nəhayan (ərəb. محمد بن زايد بن سلطان آل نهيان‎; 11 mart 1961, Əl-Əyn) — Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri (13 və 14 may 2022-ci il tarixlərindən). 2004-cü il dekabrın 8-dən Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının sədri. BƏƏ-nin qurucusu və prezidenti Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın üçüncü həyat yoldaşı Fatimə ibn Mübarək Əl Kətbidən olan üçüncü oğlu. Əvvəllər o, böyük qardaşı, BƏƏ-nin keçmiş prezidenti Xəlifə ibn Zayed Əl Nəhayanın müşaviri olub. O, insult keçirəndə 2014-cü ildən bütün əsas qərarları qəbul edərək, Əbu-Dabi əmirliyinin və bütün Birləşmiş Ərəb Əmirliklərinin faktiki hökmdarı idi. 2019-cu ildə "The New York Times" onu dünyanın ən güclü ərəb hökmdarı və ən nüfuzlu adamlarından biri adlandırıb. "Time" jurnalına görə, o, 2019-cu ilin ən nüfuzlu 100 adamından biridir. Kral İslam Strateji Araşdırmalar Mərkəzinin məlumatına görə, Məhəmməd 2023-cü ildə dünyanın səkkizinci ən nüfuzlu müsəlmanı kimi tanınıb. == Həyatı == 11 mart 1961-ci ildə o vaxtlar Atəşkəs dövlətləri adlanan ölkənin Əl-Əyn şəhərində anadan olub.
Şeyx Zeyd ibn Sultan Əl-Nəhyan
Şeyx Zeyd ibn Sultan ibn Zayed ibn Xəlifə Əl Nəhyan (ərəb. زايد بن سلطان بن زايد بن خليفة آل نهيان‎; 6 may 1918, Əbu-Dabi – 2 noyabr 2004[…], Əbu-Dabi) — 1971–2004-cü illərdə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti. 1966–2004-cü illərdə Əbu-Dabi əmiri. Dövlətin birləşməsində Şeyx Rəşid ibn Səid Əl-Məktumla yanaşı o da mühüm rol oynamışdır. Onlar birlikdə buna 2 dekabr 1971-ci ildə nail olublar. Yeddi əmirliyi birləşdirən əsas hərəkətverici qüvvə kimi tanınan Valid əl-Ümmə ("Millət Atası") kimi hörmətlə anılır. Körfəz Əməkdaşlıq Şurasının yaradılmasında Şeyx Cabir Əl-Əhməd Əl-Sabah ilə də çalışıb. 25 may 1981-ci ildə Əbu-Dabidə Körfəz Əməkdaşlıq Şurasının ilk zirvə toplantısı keçirilib. == Həyatı == Şeyx Zeyd 6 may 1918-ci ildə Əbu-Dabidə anadan olub. O, 1855–1909-cu illərdə Əbu-Dabi əmirliyini idarə edən babası Şeyx Zayed I bin Xəlifə Əl-Nəhayanın şərəfinə adlandırılıb.

Digər lüğətlərdə