NƏKİB

İstənilən yerdə Allahı yad etmək olar, kimsə bunun qarşısını almaz; 8. Yad kərd. Ürəklə yanaşı dillə də Allahı yad etmək; 9. Baz-gəşt. Zikr zamanı Allahı anmaqdan yayındıran bütün yad düşüncələrdən və hərəkətlərdən uzaqlaşmaq; 10. Nigah-dəşt. Allaha yönəlmək hissinin qarşısını ala biləcək başqa duyğulardan qorunmaq; 11. Yad-dəşt. Mənəvi təcrübə zamanı duyğuların dərinliyini hiss etmək və bu halı qorumaq. Nəqşibəndi təriqəti Türküstan, Hindistan, Anadolu, Balkan yarımadası, Ərəbistan, İtil (Volqa) çayı boyu bölgələr, Şimali Qafqazda geniş yayılmışdır. Şah-i Nəqşibəndin ardıcılları olmuş Məhəmməd Pars (822/1419-cu ildə vəfat etmişdir), Ələddin Əttar (896/1400-cü ildə vəfat etmişdir) və Übeydullah Əhrar (986/1490-cı ildə vəfat etmişdir) nəqşibəndiliyi Məvarrənəhrdə də yaymışdırlar. Onlar Məvarrənəhr və Şərqi Türküstanın islamlaşdırılmasını başa çatdırmışdırlar. Nəqşibəndi təriqətinin sonrakı inkişafda Əhməd Fəruqi Sirhindinin (İmam Rəbbaninin) böyük rolu olmuşdur. O, İbn Ərəbinin vəhdəti-vücud ideyalarını tənqid etmiş, əvəzində ənənəvi İslama daha yaxın olan vəhdəti-şühud təlimini irəli sürmüşdür. Eləcə də, sufiliyə gətirilmiş bidətləri rədd etmişdir. Təriqətlə şəriəti fərqləndirməməyə dəvət etmişdir. Əhməd Fəruqinin islahatçı fəaliyyətinin nəticəsində Hindistan müsəlmanları arasında yeni nəqşibəndilik (nəqşibəndiyyəmücəddidiyə) cərəyanı yayılmışdır. Anadoluya isə nəqşibəndiliyi Molla Abdullah Simavi (896/1491-ci ildə vəfat etmişdir) gətirmişdir. Sonra Osmanlı imperiyasında da nəqşibənyyə-mücəddidiyələrin baxışları yayılmağa başlamışdır. Daha sonra görkəmli Hindistan sufisi Abdullah Dəhləvinin, eləcə də onun tələbəsi Mövlanə Xalid Bağdadinin (1242/1826-cı ildə vəfat etmişdir) fəaliyyətlərinin nəticəsində nəqşibəndilik İslam dünyasında ən çox yayılmış sufi təriqətinə çevrilmişdir. Xalid Bağdadi Osmanlı imperiyasında nəqşibəndiliyin “xalidiyyə” adlanan daha bir cərəyanını yaratmışdır. XIII/XIX əsrdə Nəqşibəndi təriqəti Osmanlı Sultanlarının dəstəyini qazanmışdır. Yeniçərilər qoşunu darmadağın edildikdən sonra, nəqşibəndilər bəktaşilərin yerini tutmuşdurlar.
NƏKİB
NƏQŞİBƏND BƏHAƏDDİN

Digər lüğətlərdə