Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sulu arxipelaqı
Sulu arxipelaqı — Filippin adalarının tərkibinə daxil olan, elə də böyük olmayan adalardan təşkil olunmuş arxipelaq. Mindanao ilə (Filippin) və Kalimantan (Malayziya) adaları arasında yerləşir. Cənub-qərbdən şimal-şərqə doğru uznır. Ümumi uzunluğu 1680 km, sahəsi isə 4068 km²-dir. Adalarda 1 378 162 nəfər yaşayır (2010). Arxipelaqın tərkibinə daxil olan adalar — Basilan, Jolo və Tavi-Tavi və kiçik adalar — Situbu, Panqutaran, Tavitaxi, Tapul, Samales, Pilan. Arxipelaq Mindanao adasından Basilan, Kalimandan adasından isə alis boğazı ilə ayrılır. Şimaldan Sulu, cənubdan isə Sulavesi dənizi ilə əhatələnir. Arxipelaqda əsasən Moro xalqı yayılmışdır. Müsəlman filippinlilərə belə rast gəlinir.
Sulu boya
Akvarel və ya sulu boya (fr. Aquarelle — sulu; it. acquarello) — canlı meymun texnikası. Su ilə birgə istifadə olunan akvarel boyaları incə piqmentli rənglər əmələ gətirməklə müxtəlif rəngkarlıq məqsədləri ilə, adətən kağız üzərində rəsmlər çəkmək üçün istifadə olunur..
Sulu dənizi
Sulu dənizi (ing. Sulu Sea) — Sakit okeanında yerləşən adalar arası dənizdir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimal-şərqdə Filippin arxipelaqı, şimal-qərbdə Plavan adası, cənub-qərbdə Kalimantan adası və cənub-şərqdə Sulu arxipelaqı yerləşir. Dənizin ətrafında dar və dayaz boğazlarla zəngindir. Dənizin ən dərin yeri 5576 metr təşkil etdiyi halda Mindoro boğazıında dərinlik 450 m təşkil edir. Şimalda Cənubi Çin dənizi ,cənub ,cənub-şərqdə Sulavesi dənizi və Mindanao dəniziləri ilə birləşir. İl boyu temperatur yüksək olur, 25-29 s arası dəyişir. Duzluğu 33-34,5 ‰ təşkil edir. Dənizin cənubunda mərcan rifləri yerləşir.
Sulu lay
Suyadavamlı layın üzərində yerləşən və yeraltı suları olan sukeçirən süxur qatıdır.
Sulu sultanlığı
Sulu sultanlığı—1457-ci ildən 1917-ci ilədək Filippində iqtidarda olmuş islam dövləti. Filippinin İslamiyətlə ilk təması, IX və X əsrlərdə Qırmızı dənizdən Çin dənizinə qədər uzanan və əsas etibariylə müsəlmanların istifadəsində olan millətlərarası dəniz ticarətinə qatılmasıyla başlayır. Bu dönəmdə Ərəb əsilli müsəlman tacirlər inci, ədviyyat kimi malları almaq və Borneodan (Kalimantan) Çinə etdikləri yolçuluq sırasında dincəlmək üçün bəzi Filipin adalarına uğruyurdular. "Tərsila" və ya "silsilə" adı verilən Sulu şəcərə qaynaqları, Tuan Məşaika adında bir Ərəb tacirinin Jolo (Colo) adasına gəldiyini və burada hakim sinifə mənsub bir ailənin qızıyla evlənərək bütlərə pərəstiş edən yerli əhalinin İslamiyəti qəbul etmələrinə səbəb olduğunu bildirməkdə, ancaq bu mövzuda hər hansı bir tarix vermir. İslamiyətin Suluya girişiylə ilgili ilk tarixi bəlgə, Jolo adasındakı Jolo şəhərinin bir neçə mil uzağında, qədimdən Sulu sultanlarının tac geydikləri Bud Datoda olan və Tuan Makbalu adında yabançı bir müsəlmana aid olduğu sanılan 1310-cu il tarixli bir məzar daşıdır. Yenə tərsilalar, Tuan Şərif Övliya da deyilən Kərim əl-Məhdum adında sufi bir Ərəb dəvətçisinin 1380-ci ildə Buansaya (bugünkü Jolo) gələrək məhəlli hakimlərin izniylə digər Sulu adalarını gəzib İslamiyəti yaydığını və Simunul adasındakı Tubig-Indangan şəhərində bir məscid tikdirdiyini bildirir. XV əsrin əvvəllərində Raca Baguinda Əli adında Sumatrali müsəlman bir şahzadə kiçik donanmasıyla Joloya gəlmiş və yerli bir şahzadəylə evlənərək buranı və çevrəsindəki digər adaları idarə etməyə başlamışdır. Onun ölümündən sonra kürəkəni Ərəb dəvətçilərindən Sərif Əbu Bəkir əl-Haşim hakimiyyəti ələ almış və paytaxtı Jolo olan Sulu sultanlığını qurmuşdur (1457). Beləcə siyasi bir güc qazanan İslamiyət qısa müddətdə Sulu arxipelağının digər adalarına da yayılmışdır. Tərsilalar, Mindanao adasının İslamlaşmasını da bir Ərəb ata ilə Johorlu bir Malay şahzadəsinin oğlu olan Şərif Məhəmməd Kabungsuvan adındakı bir dəvətçiyə bağlayırlar.
Sulu xingal
Sulu xingal — Azərbaycanın milli xörəklərindən biri. Digər adı xəngəldir. Azərbaycanın qərb hissəsində daha populyardır. Qoyun əti — 163q, 1-ci nö buğda unu — 40q, yumurta — 1/5 əd., noxud — 25q, baş soğan — 25q, şərab sirkəsi — 10q, keşniş və şüyüd — 10q, quru nanə — 10q, duz, istiot. Xıngalı əvvəldən hazırlamaq olar. Xəmir düşbərə kimi hazırlanır və eləcə də kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Sonra onları ölastik və ya şüşəli qaba yığıb, ağzını bərk bağlamaq lazımdır. Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Ət balaca hissələrə kəsilir, yuyulur, qazana qoyulub üstünə su tökülür, bir baş soğan salınır.
Qozı Körpeş–Bayan Sulu
Qozı Körpeş — Bayan Sulu — XIX əsrin ortalarında yazılmış XIII-XIV əsrlərə aid Qazaxıstan lirik-epik poeması. Poema Sıbanbay, Bekbau, Janak və Şoje kimi akınların şifahi ifası sayəsində populyar idi. Onun təxminən 20 variantı arasında Janakın variantı ən məşhurudur. Yazılı şəkildə ən çox yayılmış versiyalar folklor toplayıcıları Sablukova (1831-ci il), Derbisalinə (1834-cü il), A. Frolova (1841-ci il) və Çokan Vəlixanova (1856-cı il) məxsusdur. Rus dilində poema 1865-ci ildə M. Putintsev tərəfindən nəşr olunmuşdur, daha sonra 1870-ci ildə V. Radlovun "Türk tayfalarının xalq ədəbiyyatı nümunələri" (rus. Образцы народной литературы тюркских племён) toplusunun üçüncü cildinə daxil edilmişdir. Qozı Körpeş və Bayan Sulunun faciəvi sevgisi haqqında qədim əfsanəyə əsasən, uşaqlıqdan dost olan Sarıbay və Karabay adlı iki şəxs öz uşaqlarını bir-biri ilə evləndirəcəklərinə dair and içdilər və onları doğulmazdan əvvəl nişanlandırdılar. Oğlu doğulmazdan əvvəl Sarıbay ov zamanı vəfat edir. Böyüyən Kozı və Bayan bir-birilərini görməsələr də, nikah razılaşması onları birləşdirir və nəhayət onlar bir-birini sevirlər. Zaman keçir və Karabay həyat planlarını dəyişir.
Kozı Körpeş və Bayan Sulu dastanı
Kozı Körpeş və Bayan Sulu dastanı — Türk epik ənənəsinin önəmli örnəklərindən sayılan "Kozı Körpeş və Bayan Sulu" dastanının Altay, başqırd, qazax, tatar (Krım-Dobruca, Kazan, Baraba-Sibir) və uyğur türklərinə aid bir çox variantları mövcuddur ki, onlar "Kuzıy Körpeş ilə Bayan Sulu", "Kuzıy Körpes minen Mayanhılıv", "Kuzı Körpe", "Kuzı Körpe bilen Bayansılu", "Kozın Erkeş", "Közüyke", "Boz Körpeş-Qara Göz Ayım" və s. kimi müxtəlif adlarla adlandırılmışdır. Bu mətnlər nəzm, nəzm-nəsr və ya nəsr şəklindədir. Dastanın ən qədim variantı hesab olunan Altay variantını V. V. Radlov XII–XIII əsrlərə aid edir. "Kozı Körpeş və Bayan Sulu" bir çox zəngin motivləri ehtiva edir. Məsələn, sonsuzluq, hamilə maral (qurd), beşik kərtməsi, ad qoyma, qərhəmanın silahlarını alması, yaxşı və pis heyvanlar, formul sayları, cilddəyişmə, müxtəlif mükafatlar və cəzalar, köməkçi insanlar, hiylə, at, silah və geyim almaq, müxtəlif heyvanlarla söyləşmək, sehrbaz, yuxu, ölüb-dirilmə və s. "Türk dünyasının Romeo və Cülyettası" adlandırılan "Kozı Körpeş və Bayan Sulu" böyük bir məhəbbət dastanıdır. Bu dastana görə uşaqları olmayan iki bəy (xan) övladları dünyaya gələndə onları beşikkərtməsi edirlər. Uşaqlara Kozı və Bayan adını verirlər. Bir müddət keçəndən sonra Kozının atası ölür, Bayanın atası da verdiyi sözdən dönüb başqa bir yerə köçür.
Suluk
Toponimlər
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. 1.
Albizia suluensis
Albizia suluensis (lat. Albizia suluensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü.
Suluca (Heris)
Suluca (fars. سولوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (23 ailə).
Suludərə
Suludərə (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Suludərə (Heris) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. Suludərə (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Suludərə (Heris)
Suludərə (fars. سولي درق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (11 ailə).
Suludərə (Kəleybər)
Suludərə (fars. سولي درق‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (16 ailə).
Suludərə (Nəmin)
Suludərə (fars. سوليدرق‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (24 ailə).
Suluk (Suriya)
Süluk (ərəb. سلوك‎‎) — Suriyanın Ər-Rəqqə mühafəzəsinin Təll-Abyad rayonuna daxil olan qəsəbə. Süluk Suriyanın Türkiyə ilə olan sərhədinə çox yaxındır. Süluk 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. YPG bu zaman qəsəbə sakinlərinə qəddarlıq etmək, yaxınlıqlardakı kəndləri məhv etmək və yerli ərəblərə etnik təmizləmə tətbiq etmək ilə təqsirkar bilinmişdir. Buna baxmayaraq, YPG bu iddiaları yalanlamışdır. 27 fevral 2016-cı il tarixində İraq Şam İslam Dövlətinin döyüşçüləri Süluk qəsəbəsinə, Hamam ət-Türkman kəndinə və Təll-Abyad qəsəbəsinə hücum etmişdir. Buna hücumün nəticəsində YPG qüvvələri Süluk və Hamam ət-Türkmanı tərk etmişdir. YPG qüvvələri çox keçməmiş hücumçuları mühasirəyə almış və yaşayış məntəqələrini 3 mart 2016-cı il tarixində tamamilə ələ keçirmişdir. Hamam ət-Türkmanda yaşayan 15 sakin "İŞİD ilə əməkdaşlıq etməkdən imtina etmək və daha əvvəl YPG-yə yardım etmək" ilə təqsirkar bilinərək İŞİD döyüçüləri tərəfindən edam edilmişdir.
Suluk xan
Suluk xan (çin. 蘇祿; VII əsr – 738, Suyab) — Türgiş sərkərdəsi və hökmdarı. Ərəb mənbələrində adı Suzegen kimi də keçir. Suluk xan hərbi fəaliyyətinə sərkərdə kimi başlamışdı. Çjen xaqanın sərkərdəsi olmuş, lakin onun 711-ci ildə göytürklərin və Qapağan xaqanın hücumuna məruz qalması və məğlub olması nəticəsində Türgiş tayfalarının başçısına çevrilmişdir. Çox keçmədən elə 715-ci ildə Suluk xan Türgiş tayfalarının xaqanı elan olundu. Hakimiyyəti Göytürklər və Çinlilər tərəfindən təhdid olunurdu. Buna görə də Suluk xaqan çox gecikmədən Bilgə xaqanın qızı ilə evləndi, bacısı isə Bilgə xaqanın oğlu ilə evləndirilmişdi. Bundan əlavə Tibetlə də ittifaq qurulmuşdu, Suluk xaqan 734-cü ildə Tibet imperatoru Tride Tsüqsanın qızı şahzadə Drönmalon ilə evlənmişdi. Çinlilərlə mübarizə aparmaq üçün isə 727-ci ildə Çin vassalı Kuçanı mühasirəyə almışdı.
Sulupir (Xudafərin)
Sulupir (fars. سولي پير‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (4 ailə).
Suluqlugöl
Suluqlugöl (fars. سولوگلي گل‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (28 ailə).
Suluqun
Suluqun Xan - türk və altay mifologiyasında yeraltı padşahı. Sülükün Xan olaraq da bilinər. İlk insanın oğlu kimi qəbul edilir. Ruhu yeraltına gedib oradakı dənizi idarə etməyə başlamışdır. Sular altındakı səltənətə hökm edər. Saysız sürüsü vardır. Yeniyılda (Novruzda) yer üzünə çıxar. Gələcək ildə nələr olacağını bilər. İnsana bənzər, qısa boylu və qaşsızdır. Özünə bağlı, Suluqunlar adı verilən ruhlar vardır.
Sulut bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sulutəpə
Sulutəpə — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbə inzibati-ərazi vahidinin Sulutəpə qəsəbəsi Xocəsən qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Sulutəpə qəsəbəsindən 208 ha torpaq sahəsi Abşeron rayonunun Xırdalan qəsəbəsinə verilmişdir. Sulutəpə 1999-cu ildə qəsəbə statusu alıb. Sulutəpə qəsəbəsi Abşeron yarımadasının qərbində, Xırdalan şəhəri yaxınlığında yerləşir. Əhalisi 17,9 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və kənd təsərrüfatında çalışır. Sosial obyektləri vardır.
Suluçeşmə
Suluçeşmə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Suluçeşmə oyk. Cəlilabad rayonunun Astanlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kəndin adı yaxınlığında yerləşən bulağın adının köçürülməsi nəticəsində əmələ gəlmişdir. Bulağın adı isə “bol sulu bulaq” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 999 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çayların sululuğu
Mulu
Mulu (Marağa)
Qulu
Qulu — kişi adı.
Suflu
Suflu (fars. صوفلو‎) və ya Sofulu — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (58 ailə).
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Zulu
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Elektrik stulu
Elektrik stulu (ing. Electric chair) — Amerikan icadı olan elektrik stulu XIX əsrin sonlarında, daha dəqiq desək, 1889-cu ildə “ən insani və yüngül” edam üsulu hesab edildiyindən demokratik ölkələr içərisində birinci yeri tutan ABŞ-nin qanunvericiliyinə daxil edilmiş və ilk dəfə olaraq Obern həbsxanasında tətbiq olunmuşdur.
Elektroerrozion üsulu
Elektroerrozion üsulu- mexaniki emala tamamlayıcı bir üsul olub elektrik keçirən hissələrin hazırlanmasında tətbiq olunur. Mürəkkəb metallik hissələrin hazırlanmasında bu üsulun yeri əvəz olunmazdır. Çünki, frezləmə üsulunun tətbiqi verilən hissənin həndəsəsindən asılıdır. Böyük dərinlikdə (> 200 mm) yerləşən mürəkkəb konturların effektiv frezlənməsi alətin uzunluğunun məhdud olmasına görə və ya da dəqiqlik baxımından mümkün deyildir. Belə səthlərin emalını elketroerrozion üsulu ilə aparmaq əlverişlidir. Bu üsulun ən çox tətbiq olunduğu sahə dəmir tərkibli metal formaların hazırlanmasıdır. Elektroerrozion üsulunda metalların emalının iki variantını göstərmək olar: elektrodla emal; məftillə emal. Bü iki kəsmə variantını birləşdirən onların eyni fiziki prinsipə malik olmasıdır. Elektroerrozion üsulu ilk dəfə olaraq rus alimləri Lazarenko B.R. və Zolotıx B.N. tərəfindən ixtira edilərək, onun elekrtotermiki nəzəriyyəsi işlənmişdir. Prosesin iş prinsipi emal olunan səthlərin elektrolit bir mühitdə erroziyasına, yəni aşınmasına əsaslanır.
Eyler üsulu
Ardıcıl yaxınlaşma üsulunda hər bir yaxınlaşmada müəyyən inteqrallar hesablanır. Əksər hallarda müəyyən inteqralları dəqiq üsullarla hesablamaq mümkün olmur və təqribi üsullardan istifadə olunur. Tutaq ki, y ′ ( x ) = f ( x , y ) {\displaystyle y^{\prime }(x)=f(x,y)} diferensial tənliyinin y ( x 0 ) = y 0 {\displaystyle y(x_{0})=y_{0}} başlanğıc şərtini ödəyən həllini [ a , b ] {\displaystyle [a,b]} parçasında tapmaq tələb olunur [ a , b ] {\displaystyle [a,b]} parçasını h {\displaystyle h} addımı ilə n {\displaystyle n} bərabər hissəyə bölək: h = b − a n , x i = x 0 + i h , ( i = 0 , 1 , 2 , … ) {\displaystyle h={\frac {b-a}{n}},x_{i}=x_{0}+ih,(i=0,1,2,\ldots )} [ x k , x k + 1 ] {\displaystyle [x_{k},x_{k+1}]} parçasında tənliyini inteqrallayaq. ∫ x k x k + 1 y ′ ( x ) d x = ∫ x k x k + 1 f ( x , y ) d x {\displaystyle \int \limits _{x_{k}}^{x_{k+1}}y^{\prime }(x)\,dx=\int \limits _{x_{k}}^{x_{k+1}}f(x,y)\,dx} y ( x ) | x k x k + 1 = ∫ x k x k + 1 f ( x , y ) d x ⇒ y ( x k + 1 ) = y ( x k ) + ∫ x k x k + 1 f ( x , y ) d x {\displaystyle y(x)|_{x_{k}}^{x_{k+1}}=\int \limits _{x_{k}}^{x_{k+1}}f(x,y)\,dx\Rightarrow y(x_{k+1})=y(x_{k})+\int \limits _{x_{k}}^{x_{k+1}}f(x,y)\,dx} (1) [ x k , x k + 1 ] {\displaystyle [x_{k},x_{k+1}]} parçasında f ( x , y ) {\displaystyle f(x,y)} funksiyasının qiymətini sabit, ( x k , y k ) {\displaystyle (x_{k},y_{k})} nöqtəsindəki qiymətinə bərabər götürsək (1) aşağıdakı kimi yazılar: y ( x k + 1 ) = y ( x k ) + f ( x k , y k ) ( x k + 1 − x k ) = y ( x k ) + f ( x k , y k ) h {\displaystyle y(x_{k+1})=y(x_{k})+f(x_{k},y_{k})(x_{k+1}-x_{k})=y(x_{k})+f(x_{k},y_{k})h} (2) (2) ( x k , y k ) {\displaystyle (x_{k},y_{k})} nöqtəsində tənliyin y ( x ) {\displaystyle y(x)} həllinə çəkilmiş toxunanın tənliyidir. Sanki [ x k , x k + 1 ] {\displaystyle [x_{k},x_{k+1}]} parçasında tənliyin həlli abisisi x k {\displaystyle x_{k}} olan nöqtədə çəkilmiş toxunana paralel və ( x k , y k ) {\displaystyle (x_{k},y_{k})} nöqtəsindən keçən düz xətt parçası ilə əvəz olunur. Nəticədə həllə yaxın sınıq xətləri alırıq ki, bu sınıq xəttə Eyler sınıq xətti deyilir.
Hacı Qulu
Hacı Qulu (1792-?)-Qarabağlı mesenat, zərif == Həyatı == Qulu Məhəmmədəli oğlu 1792-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müqəddəsi ziyarət etmişdi. Ədəbiyyatşünas Bəylər Məmmədov onun haqqında yazır: "Qarabağın məşhur tacirlrindən olan Hacı Qulu Qasım bəy Zakirlə, Cəfərqulu xan Nəvayla, Xurşidbanu Natəvanla bir dövrdə yaşamış, əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplamışdır. Vaxtilə onun Şuşada tikdirdiyi əzəmətli saray öz memarlıq üslubu və milli koloriti ilə indi də tamaşaçılarda heyrət doğurmaqdadır. O, qazanc mənbəyi kimi, əsasən, icarədarlıqdan və podrat üsulundan istifadə edə bilmiş, iqtisadiyyatda qənaət metoduna üstünlük vermişdir. Hacı Qulunun zirəkliyi, hazırcavablığı və xəsisliyi haqqında yaranan lətifələr, məsəllər və səhnəciklər bu gün də xalq arasında yaşayıb yayılmaqdadır. Qasım bəy Zakir şeirlərinin birində Hacı Qulunun tacir təbiətinə gülərək yazırdı: Böyük şairin yazdığı kimi Hacı Qulu Cəfərqulu xana xidmət edərkən xeyli vəsait əldə etmişdi.
Dəniz suyu
Dəniz suyu — dəniz və okeandakı su. Dəniz suyunun duzluluğu 35 % təşkil edir, dəyişiklik 34–36 % arası ola bilər. Dəniz suyunun hər litrində 35 qram duz həll edilib (əsasən xlorid natri). == Dəniz suyunun xüsusiyyətləri == Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq, suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluğa ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. Okeanlarda suyun duzluluğu hər yerdə təqribən 35 ‰-ə yaxındır, ancaq dənizlərdə duzluluq bərabər paylanmayıb. Ən az duzluluq Fin körfəzidədir. Ən çox duzluluq isə Qırmızı dəniz və Aralıq dənizinin şərq hissəsindədir.
Dərinlik xulu
== Morfoloji əlamətləri == Dərinlik xulu— (lat. Neogobius bathybius) Xəzərin endemik növlərindəndir. Başı, demək olar ki, üstdən basıq deyil. Ancaq eni adətən hündürlüyündən çoxdur. İkinci bel üzgəcinin hündürlüyü arxa tərəfdə bir qədər azalır. Rostrumu azca sivriləşmişdir. Başının hündürlüyü enindən xeyli azdır. Qarın üzgəcləri anusa qədər çatmır, onun uzunluğu bədəninin uzunluğuna 7 dəfədən artıq yerləşir. Bel üzgəcinin qurtaracağında heç bir ləkə yoxdur. Bədəni yarımşəffafdır.
Göytürk pulu
Göytürk pulu — Orta Asiyada aparılan qazıntılar zamanı çıxarılan və Göytürk xaqanlığında istifadə edilmiş pul. Üzərində soqdca yazılar yazılmışdır. == Haqqında == Arxeoloqlar tərəfindən Qırğızıstan, Özbəkistan və Tacikistanda edilən qazıntılarda ortaya çıxarılan və 576-600-cü illərə aid, ümumilikdə sayı 104 ədəd olan metal pul Qırğızıstanda edilən beynəlxalq konqresdən dönən Dr. Yavuz Daloğlu tərəfindən ilk dəfə “Elm və Ütopiya” jurnalında ictimaiyyətə elan edilmişdir. Sikkələrdən birincə ortada xaqan qabartması, kənarlarda isə üç ay-ulduz vardır. Pullardakı ay-ulduz motivləri Dr. Yavuz Daloğluna görə, ay-ulduz simvolunun İslamdan əvvəlki dövrlərdə də türklər tərəfindən istifadə edildiyini sübut etmişdir.
Kakos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kaspiosoma xulu
Kaspiosoma xulu (lat. Caspiosoma caspium) — Eyni adlı cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == Başı yuxarıdan basıqdır. Hündürlüyü təqribən 1,5 dəfə enindən azdır. İri fərdlərdə alının eni adətən gözün diametrindən xeyli böyük olur. Bədəni bel tərəfdən xırda-boz və ya qonur xallarla örtülüdür. Bəzi yerlərdə onlar birləşərək iri köndələn zolaqlar (sarıqlar) əmələ gətirir. Onlardan iki iri zolaq daha səciyyəvidir. İrəli əyilmiş bu zolaqlardan birinci bel üzgəcinin arxa hissəsini əhatə edir, o biri isə ikinci bel üzgəcinin yarısını tutur. Uzunluğu 5 sm-ə qədər olur.
Keys üsulu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) == Hadisənin öyrənilməsi == Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. === Hadisənin öyrənilməsi metodu === Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. === Hadisə öyrənilməsi metodunun tipləri === Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Kokos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kramer üsulu
Kramer üsulu — xətti cəbrdə xətti tənliklər sisteminin həlli üsuludur. Bu üsul 2021-ci ildə onu dərc etmiş Qabriel Kramerin adına adlandırılıb. Lakin Kolin Maklaurin də həmçinin bu üsulu 1748-ci ildə dərc etmişdi (və ehtimalən 1729-cu ildə bu üsul barədə bilirdi). == Təsviri == Tutaq ki, kvadrat xətti tənliklər sistemi (<yəni n {\displaystyle n} məchullu n {\displaystyle n} tənlik) verilmişdir { u j a 11 x 1 + a 12 x 2 + … + a 1 n x n = b 1 a 21 x 1 + a 22 x 2 + … + a 2 n x n = b 2 … … … … … a m 1 x 1 + a m 2 x 2 + … + a m n x n = b m , ( 1 ) {\displaystyle {\begin{cases}uja_{11}x_{1}&+a_{12}x_{2}&+\dots &+a_{1n}x_{n}&=b_{1}\\a_{21}x_{1}&+a_{22}x_{2}&+\dots &+a_{2n}x_{n}&=b_{2}\\\dots &\dots &\dots &\dots &\dots \\a_{m1}x_{1}&+a_{m2}x_{2}&+\dots &+a_{mn}x_{n}&=b_{m}\end{cases}},(1)} və əsas matrisin determinantı sıfırdan fərqlidir. Δ = | a 11 a 12 … a 1 n a 21 a 22 … a 2 n … … … a n 1 a n 2 … a n n | ≠ 0 , ( 2 ) {\displaystyle \Delta ={\begin{vmatrix}a_{11}&a_{12}\dots &a_{1n}\\a_{21}&a_{22}\dots &a_{2n}\\&\dots &\dots &\dots \\a_{n1}&a_{n2}\dots &a_{nn}\\\end{vmatrix}}\neq 0,(2)} Tutaq ki, x 1 , x 1 , . . . , x n {\displaystyle x_{1},x_{1},...,x_{n}} (1) sisteminin hər hansı bir həllidir. Onda (1) bərabərliklərini uyğun olaraq əsas matrisin Δ {\displaystyle \Delta } determinantının hər hansı j {\displaystyle j} sütunun ( j = 1 , n → {\displaystyle j={\overrightarrow {1,n}}} ) elementlərinin A 1 j , x 1 j , . .
Sülü Çiançü
Sülü Çiançü (v. e.ə. 59) — E.ə. 68 - E.ə. 60 arası hakimiyyətdə olmuş şanyüdür. Seçki ilə hakimiyyətə gəlmişdi. Hunlar ən zəif dövrlərindən biri yaşayırdı. Onun dövründə Hunlar Çin və digər qonşuları ilə müharibələri davam etdirir və gücdən düşürdülər. 8 il kimi qısa bir müddət hakimiyyətdə olandan sonra öldü.
Sülh
Sülh — hansısa dövlətin, böyük ərazinin əhalisinin müəyyən dövr ərzində digər dövlətlə açıq müharibə vəziyyətində olmaması zamanı. Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurması, bir-birinin milli maraqlarını uzlaşdırması və bütün bunların müqavilə ilə təsdiqləməsi nəticəsində mümkün olur. Sülh şəraiti müharibə nəticəsində pozulur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün olmur. R.Ceksonun hesablamalarına görə 1945-ci ildən sonra dünyada cəmi 26 gün müharibəsiz keçib. İstənilən müharibənin istəyi sülhdür. Cəmiyyət Nobel Sülh mükafatı BMT Яндекс.
Süli
Şanyü Süli (v. 140) — Hunların XXXIV şanyüsü. Onun dövrü vətəndaş müharibəsi dövrlərindəndir. Bir çox hunun üsyanı və syenbilərin hücumu ilə keçən bu dövr hunların Çindən asılılığının daha çox artdığı dövrlərdəndir. Süli öləndən sonra yerinə imperatorun seçdiyi şanyü Duluçu keçmişdi.
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Tülü
Tülü (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Sülü bəy Zülqədər
Sülü Şaban bəy Qaraca bəy oğlu Zülqədər (rus. Шабан Сули-бей, rus. Сули-бей, rus. Севли-бей, türk. Şaban Süli Bey, türk. Süli Bey, türk. Sevli Bey) — hökmdar, XIV yüzillik. Xəlil bəyin öldürülməsindən sonra bəyliyin basına kiçik qardaşı Süli bəy keçdi. Bu sırada Misirdə olan Osman bəy və İbrahim bəy Sultan Bərkuk tərəfindən tutuldular. Zülqədərlilərin toplanmasını istəməyən Sultan Bərkuk, Süli bəyin başa keçdiyini xəbər alar-almaz Həmadaki qüvvələrinə Süli bəyin üstünə yürüş etmələrini əmr etdi.
Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".
Hüdeybiyyə sülhü
Hüdeybiyyə sülhü (ərəb. الحدیبیّة‎) — hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz. Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər. == Müsəlmanların Həccə getmək əzmi == Hz. Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü.