NƏRİLDƏMƏK

f.
1. Nərilti səsi çıxarmaq; bağırmaq, qışqırmaq, nərə vurmaq.
[Pələng] iki-üç addım məndən aralı bir qaratikan kolu yanında yıxılıb nərildəyirdi. A.Şaiq.
Xan acığından şəbkülahını başına basıb bir az vəhşi heyvanlar tək nərildədi. Çəmənzəminli.

2. məc. Guruldamaq, uğuldamaq, gurultulu səs salmaq. Çay nərildəyib meşəyə səs saldı.
– Qatar nəhəng bir əjdaha kimi yorğun və boğuq bir səslə nərildəyib getdi. M.Rzaquluzadə.

Синонимы

  • NƏRİLDƏMƏK bağırmaq — qışqırmaq
NƏRİLDƏMƏ
NƏRİLTİ

Значение слова в других словарях