Oberkommando

das; -s, -s baş komandanlıq
Oberkiefer
Oberkommissar
OBASTAN VİKİ
Oberkommando der Marine
Oberkommando der Marine (OKM) Nasist Almaniyasının Dəniz Qüvvələri Komandanlığı və Kriegsmarinenin ən yüksək inzibati və komandanlıq orqanı idi. Rəsmi olaraq Reichswehrin Marineleitung (“Dəniz Qüvvələri Komandanlığı”) 1936-cı ilin yanvar ayında quruldu. 1937-ci ildə yeni qurulmuş Seekriegsleitung (SKL) ilə birləşdirildi. Nəzəri olaraq OKW-nin əmri altında idi, amma əslində onlar olduqca müstəqil hərəkət edirdilər.
Oberkommando der Wehrmacht
Silahlı Qüvvələrin Baş Komandanlığı (alm. Oberkommando der Wehrmacht‎ Qısaca: alm. OKW‎) Vermaxtın 1938–1945-ci illər arasında baş komandanlığıdır. Adolf Hitler, Müdafiə Naziri Werner von Blombergi vəzifəsindən azad etdikdən sonra, 4 fevral 1938-ci ildə Üç Orduya şəxsən rəhbərlik edəcəyini bəyan etdi. Bunun üçün Hitler, Müdafiə Naziri təyin etmədən mövcud olan Wehrmachtamtın adını Oberkommando der Wehrmacht (OKW) olaraq dəyişdirdi və Vilhelm Keyteli onun rəhbəri təyin etdi. Faşistlərin sovet əsirlərinə qarşı törətmiş olduğu cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando der Wehrmachtın əmri ilə baş vermişdir.
Oberkommando des Heeres
Oberkommando des Heeres (qısaca: OKH, Quru Qoşunlarının Baş Qərargahı) — 1935–1945-ci illər arasında Nasizm dövründə Heer (Quru Qoşunları) qərargahına verilən addır. Veymar Respublikası dövründən Almaniyanın silahlı qüvvələrinin adı olan Reichswehr, Adolf Hitlerin 16 mart 1935-ci ildə Versal sülh müqaviləsinin Almaniya Silahlı Qüvvələrini məhdudlaşdıran maddələrini ləğv edərək yenidən silahlandırma haqqında qanun verməsindən sonra Wehrmacht olaraq dəyişdirildi. Wehrmachtın quru qüvvələri qolu olan Reichsheer də Heer adlandırıldı və OKH Heerin baş qərargahı olaraq yaradıldı. Faşistlərin sovet əsirlərinə qarşı etdiyi cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando des Heeresin əmri ilə baş vermişdir.