oda yanmaq

1. bax oduna yanmaq; 2. Cf. one’s heart is bleeding Cр. сердце кровью обливается (горевать, печалиться)
oda düşmək
oddan-alovdan keçmək
OBASTAN VİKİ
Oda
Oda — lirik şeir və musiqi janrı. Bir şəxsin, yaxud mühüm, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı. Qədim Yunanıstanda və Romada yaranmış (Pindar, Horatsi, Ovidi), klassizm dövründə Qərbi Avropada geniş yayılmışdı. M.B.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, K.F.Rıleyev, A.S.Puşkin və başqa rus şairləri vətəndaşlıq ruhlu odalar yazmışlar. XIX–XX əsrlər poeziyasında oda janr kimi tədricən aradan çıxmış, sovet şeirində ara-sıra işlənmişdir (V.Mayakovski və başqaları). Yaxın və Orta Şərq, eləcə də Azərbaycan ədəbiyyatındakı qəsidə odaya yaxındır. XVII əsrdən Qərbi Avropa ölkələrində saray şənlikləri, hər hansı təntənəli hadisənin, yaxud əyanın şərəfinə yazılmış vokal-instrumental əsər də oda adlanmışdır. İngiltərədə (H.Pörsell, G.Hendel), Almaniyada (İ.Bax, L.Bethoven) kantataya yaxın odalar yaranmışdır. Sonralar müxtəlif heyətlər, o cümlədən xalis instrumental heyət üçün odalar yazılmışdır (F.List, J.Bize, İ.Stravinski, S.Prokofyev və başqaları). Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, R.Mustafayev, Emin Sabitoğlu və başqalrının odaları var.
Eyiçiro Oda
Eyiçiro Oda (yap. 尾田 栄一郎) — ən çox One Piece manqasının müəllifliyinə görə tanınan yapon manqaka. Eyiçiro Oda özü iddia edir ki, dörd yaşında əsl peşədən uzaq olmaq üçün, manqaka olmağa qərar verib. Ona ən çox Akira Toriyama və onun Dragon Ball manqa serialı təsir edib. O, həmçinin qeyd edir ki, dəniz quldurluğla marağını Viking Viki animesi yaradıb. 17 yaşı olanda, Odanın Wanted! manqası bir sıra mükafat, o cümlədə Tedzuka mükafatın ikinci yeri almış. Bu ona Weekly Shōnen Jump jurnalında işləməyə imkan verib. Bundan əvvəl isə o, bu jurnalın müəlliflərdən onan Şinobu Kaitaniyə Suizan Police Gang, Masaya Tokuhiroya isə Jungle King Tar-chan və Mizu no Tomodachi Kappaman manqaları ilə köməkçilik edirdi. Oda Nnabuiro Vatsukiyə Rurouni Kenshin manqası ilə də köməkçilik edirdi.
Oda (1990)
Kinolent həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdir. Filmdə dahi bəstəkar Bethovenin 9-cu simfoniyasından sevinc odası səslənir. Rejissor: Vahid Talıbov, Rafiz İsmayılov Ssenari müəllifi: Rafiz İsmayılov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.
Oda Nobunaqa
Oda Nobunaqa (yapon織田 信長 ) 23 iyun 1534 – 21 iyun 1582) Yaponiyanın birləşdirilməsi üçün böyük işlər görmüş Orta əsrlər yapon sərkərdəsi. Yaponiyada 34 il yaşamış və dəfələrlə Oda Nobunaqa ilə qarşılaşmış portuqaliyalı missioner Luiş Froiş, onu barəsindəki təəsuratı belə təsvir edir: " Bu orta boylu, incə quruluşlu, seyrək bığlı və məlahətli səsi olan adam idi. O şöhrətsevər və təkəbbürlü idi, lakin ədaləti sevirdi, kim tərəfindən olsa da təhqiri cavabsız qoymazdı. Eyni zamanda çox istiqanlı və mərhəmətli idi. Az yatırdı. Tez oyanırdı. Gözü tox idi. Həmişə gizli hərəkət edərdi. Hərbi işdə çox çevik və bacarıqlı, hirslənəndə səbirsiz, lakin tez soyuyan idi. O demək olar ki heç vaxt təbəələrinin məsləhətlərinə qulaq asmazdı.
Oda Teatrı
Oda Teatrı — Bakıda yerləşən müstəqil teatr. Teatr yarandığı ilk vaxtlarda müxtəlif məkanlarda tamaşalar göstərib. Daha sonra Bakə şəhəri, Topçubaşov küçəsi, 38 ünvanında yerləşən zirzəmidə məskunlaşan teatr Azərbaycanda ilk zirzəmi teatrı olaraq fəaliyyətini davam etdirib. Fəaliyyəti dövründə problemlərlə üzbəşən teatr hətta bir müddət fəaliyyətini dayandırıb. Hazırda teatr Bakı şəhər, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşir. ODA 2-ci mövsümünü amfiteatr quruluşunda həyata keçirib. Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlovdur. Müxtəlif təzyiqlər nəticəsində 2015-ci ilə qədər ODA 4 dəfə məkanını dəyişib. Daha sonra teatr adını dəyişib "ADO Theatre - Collective" edib (Azərbaycan Dağınıq Oda teatrı). Ətraflı: ADO.AZ Teatr fəaliyyət göstərdiyi dövr ərzində Rumıniya dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?”, Qoqolun “Evlənmə”, Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset Moemin “Qisas” hekayəsi əsasında hazırlanan “Xəyali Qisas”, Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide”(İntihar), Sien Ekerin əsəri əsasında hazırlanmış "Apokalipsis", Müzəffər İzgünün "Sərhəd" əsəri əsasında "Tikanlı məftillər" və pantomim "MimOda 18+" tamaşalarını səhnələşdirib.
Sakunosuke Oda
Sakunosuke Oda (織田 作之助, Oda Sakunosuke, 26 oktyabr 1913, Osaka – 10 yanvar 1947, Tokio[d]) – Yaponiya romançısı. Osaka şəhərini və İkinci Dünya müharibəsindən sonrakı Yaponiyanı təsvir edən əsərlər yazmışdır. Osamu Dazainin dostu olmuşdur. == İlk illəri == Sakunosuke Oda 1913-cü ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Ailəsi balıq alveri ilə məşğul olurdu. Kiotoda yerləşən Üçüncü liseydə təhsil alsa da, məzun ola bilməmişdir. == Yaradıcılığı == Oda 1937-ci ildə Kiotoya köçmüş, Stendal və İhara Saykakudan təsirlənərək nostalji romanları yazmağa başlamışdır. Osaka şəhərinin gündəlik həyatını və insanlarını əks etdirən əsərlər ortaya çıxarmışdır. 1939-cu ildə yazdığı "Zakuşu" hekayəsinə görə Akutaqava mükafatına namizəd göstərilmişdir. 1940-cı ildə yazdığı və uğur qazanmış "Cütlüyün yaxşı uğuru" (Meoto zenzay) əsərinin adı Osakada yerləşən bir şirniyyatdan dükkanından gəlir.
Oda (film, 1990)
Kinolent həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdir. Filmdə dahi bəstəkar Bethovenin 9-cu simfoniyasından sevinc odası səslənir. Rejissor: Vahid Talıbov, Rafiz İsmayılov Ssenari müəllifi: Rafiz İsmayılov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.
Müqəddəs oda yanaram
Kino əsərinin mövzusu insanın daxilən, mənən təmizlənməsi, onun özünə və cəmiyyətə qayıtması haqqındadır. Filmin qəhrəmanı buna bir neçə dəfə yolunu azandan sonra nail olur. Süjetin mərkəzində qələm və kağızı tullayıb siyasətə qoşulan istedadlı yazıçı durur. Lakin bir gün o, başını qaldırıb başa düşür ki, artıq bir sətir belə yaza bilmir. Yalnız bir sıra mənəvi və əxlaqi təmizlik mərhələlərindən keçəndən və gözəl Zəhraya (Həmidə Ömərova) rast gələndən sonra Zaur (Füzuli Hüseynov) yenidən yaradıcılığa qayıtmağa, alicənab olmağa özündə qüvvə tapır...
Sevinc üçün oda
"Sevinc üçün" oda (alm. An die Freude‎) — Fridrix Şiller tərəfindən 1785-ci ildə yazılmış oda. 1786-cı ildə Leypsiqdə çıxan "Taliya" jurnalında nəşr edilmişdir. Oda 1793-cü ildə yenidən işlənmiş və sonradan müxtəlif bəstəkarlar tərəfindən bir neçə dəfə ona musiqi bəstələnmişdir. Ən məşhuru 1823-cü ildə Bethoven tərəfindən bu oda üçün bəstələnmiş və məşhur 9-cu simfoniyaya daxil edilmiş musiqidir. 1972-ci ildə Avropa Şurasının, 1985-ci ildən isə Avropa Birliyinin (1993-cü ildən Avropa İttifaqının) rəsmi himni kimi qəbul edilmişdir. 1974-cü ildə bu melodiya əsasında Cənubi Rodeziya dövlət himni " Daha yüksək səslən, Rodeziyanın səsi " qəbul edildi.
Müqəddəs Oda Yanaram (1991)
Müqəddəs oda yanaram (film, 1991)
Kino əsərinin mövzusu insanın daxilən, mənən təmizlənməsi, onun özünə və cəmiyyətə qayıtması haqqındadır. Filmin qəhrəmanı buna bir neçə dəfə yolunu azandan sonra nail olur. Süjetin mərkəzində qələm və kağızı tullayıb siyasətə qoşulan istedadlı yazıçı durur. Lakin bir gün o, başını qaldırıb başa düşür ki, artıq bir sətir belə yaza bilmir. Yalnız bir sıra mənəvi və əxlaqi təmizlik mərhələlərindən keçəndən və gözəl Zəhraya (Həmidə Ömərova) rast gələndən sonra Zaur (Füzuli Hüseynov) yenidən yaradıcılığa qayıtmağa, alicənab olmağa özündə qüvvə tapır...