OKKLÜZİYA

is. \[lat. occlusio "qıfıllanmış, bağlanmış"\] Adətən açıq olub, lakin müəyyən hallarda tamamilə bağlanma vəziyyətlərini əks etdirən termin. 1. tib. Tromb və ya xolesterin düyünləri ilə damarın tıxanması, tutulması. 2. stomot. Üst və alt çənə dişlərinin hər cür kontaktı. 3. psix. Bir refleksin digərini bloka salması. Məsələn, dilin tutulması. 4. kim. Qazın əriyən və ya bərk maddələr (adətən metallar) tərəfindən udulması nəticəsində bərk məhlul və ya kimyəvi qatqının əmələ gəlməsi.
OKKAMA
OLİQOPOLİST
OBASTAN VİKİ
Okklüziya cəbhəsi
Oroqrafik okklüziya

Digər lüğətlərdə