OLİQOSAPROBLAR
təmiz, yaxud üzvi maddələrlə az çirklənmiş sularda yaşayan orqanizmlər. O.-a bəzi yaşıl və diatom yosunlar, çiçəkli bitkilər (məs., suzanbağı), bəzi rotatorilər, briozoylar, süngərlər, şaxəbığcıqlı xərçənglər, balıqlardan isə çəki, qızılxallı balıq aiddir.