Opsionun istifadəsi (icrası)

Exercise of option Opsion satıcısının müqavilənin şərtlərini yerinə yetirmək məqsədi ilə opsion sahibi tərəfindən görülən tədbirlər.
Opsionun daxili (real) dəyəri
Opsionun satıcısı
OBASTAN VİKİ
Faylın birgə istifadəsi
Faylın birgə istifadəsi (ing. file sharing) – hesablama şəbəkəsində mərkəzi kompüterdə və ya ümumi serverdə saxlanılan və birdən artıq istifadəçi tərəfindən sorğulanan, baxılan və dəyişdirilən fayllarla iş. Müxtəlif proqramlarda və ya müxtəlif kompüterlərdə işlədilən faylın birgə istifadəsi üçün münasib formata çevrilməsi lazım ola bilər. Əgər bir fayl çoxlu insan tərəfindən birgə istifadə olunursa, ona erişimi parollar vasitəsilə qoruma, erişim hüququnun yoxlanması və ya faylın kilidlənməsi kimi üsullarla tənzimləmək olar ki, bu da faylın eyni zamanda bir neçə şəxs tərəfindən dəyişdirilməsinin qarşısını alır.
Problemli smartfon istifadəsi
Psixoaktiv maddələrin rekreativ istifadəsi
Psixoaktiv maddələrin rekreativ istifadəsi (ing. Recreational drug use) — psixoloji aktiv maddələrin zövq və ya digər məqsədlər üçün tibbi göstəricilərlə əlaqəli olmayan dövri və ya epizodik istifadəsi. Bu istifadə çox vaxt fərdin ictimai fəaliyyəti ilə əlaqələndirilir, tipik nümunələr şənliklər, klublar və barlarda istifadədir. Preparatların istifadəsi, qanuni və qeyri-qanuni olmaqla iki yerə bölünür. Eyni zamanda, rekreativ preparat və ya rekreativ psixoaktiv maddə termini ilə də vurğulanır. Vaxtaşırı və ya bəzən zövq, məmnunluq hissi, o cümlədən sosial münasibətlər və qrup rekreasiyası üçün istifadə olunan bir dərman və ya maddədir. Bir çox psixoaktiv maddələrin tez-tez istifadəsi bu maddələrdən asılılığı və müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Rekreativ preparatlara — pivə, şərab və likörlər də daxil olmaqla bütün spirtli içkilər, marixuana və qaşiş; nikotin, qəhvə, çay və sərinləşdirici içkilər də daxil olmaqla bütün kofein məhsulları və resept ilə əlaqəli olmayan dərmanlar aiddir. 2015-ci ildə aparılan araşdırmalar nəticəsində, 15–65 yaş arası insanların təxminən 5% -nin ən azı bir dəfə qanunsuz narkotik istifadə etdiyi hesablanmışdır. Bir çox tədqiqatçı narkotikin rekreativ istifadəsinin etiologiyasını araşdırmışdır.
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi (ing. United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)), 1959-cu ildə (Sputnikin buraxılmasından qısa müddət sonra) Birləşmiş Millətlər Təşkilatının 1472 (XIV) saylı qətnaməsi ilə Ad hoc komitə kimi yaradılmış və 1962-ci ildə daimi komitəyə çevrilmiş katibliyini Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosunun etdiyi komitədir. Komitə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatları kimi beynəlxalq bir müqavilə ilə müstəqil bir beynəlxalq təşkilat olaraq deyil, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bir institutu olaraq yaradılmışdır. Komitənin 2016-cı il tarixində 83 üzvü olmuşdur. COPUOS-un missiyası “kosmosun dinc istifadəsində beynəlxalq əməkdaşlığın əhatə dairəsini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu sahədəki proqramları planlaşdırmaq, kosmos haqqında davamlı tədqiqatları və məlumatların yayılmasını təşviq etmək və kosmosun kəşfindən yaranan hüquqi problemləri öyrənmək” kimi müəyyənləşdirilmişdir. == Tarix == Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin kosmosa dair 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi” və “elm və texnologiya alt komitəsi” adlı iki alt komitəyə ayrılmışdır. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.