OROGEN ÇÖKƏKLİK

nisbətən möhkəmlənmiş qırışıq özül üzərində, eləcə də qırılma zonaları boyu təzadlı qonşu qalxma və enmələrin sərhəd zonasında intensiv dağəmələgəlmə mərhələsində yaranmış, mənfi strukturlar qrupu. O.ç uzunluğu on və yüz km, eni isə bir neçə km-dən on kilometrlərə qədər çatır. O.ç müxtəlif növləri vardır. впадина орогенная orogenic basin, orogenic depression
OROGEN
OROGEN ÇÖKƏKLİKLƏR
OBASTAN VİKİ
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Qrabenvari çökəklik
Qrabenvari çökəklik (rus. грабенообразный прогиб, ing. graben-like depression) — uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Çökəklik karstı