OROGEN MAQMATİZM

mütəhərrik qurşaqların orogen inkişaf mərhələsində əsas qırışıqlıqdan sonra başlayan maqmatizm. Əsas etibarı ilə mərkəz tipli vulkanların yer üstü püskürmələri və hipabissal xarakterli intruziv-effuziv assosiyasiyasının geniş inkişafı ilə səciyyələnir. магматизм орогенный orogenic magmatism
OROGEN QURŞAQ
OROGEN PROSESLƏR
OBASTAN VİKİ
Maqmatizm
Maqmatizm (rus. магматизм, ing. magmatism) — hərəkətverici qüvvəsi maqma və onun törətdiyi bütün geoloji proseslərin məcmusu; əsasən effuziv (vulkanizm) və intruziv (plutonizm) formada təzahür edir. Başlanğıc maqmatizm, Stille, 1940 - qalın sualtı vulkanogen süxur qatları (spilit-diabaz, andezit, kvars-keratofir formasiyaları) və intruziv formasiya seriyaları (hiperbazit, qabbro-plaqioqranit, qabbro-sienit formasiyaları) ilə səciyyələnən maqmatizm. Başlanğıc maqmatizm əsasi, ultraəsasi tərkibli maqma və onun turş diferensiatları xasdır. Evgeosinklinallar və qırışıqlıq vilayətlərin tipik zonalarının ilkin yaranma mərhələlərində geniş inkişaf etmişdir. Sinonim: İnsial maqmatizm. Maqmatik fəallaşma sahələrində təbii hadisələrdən daha çox vulkanlara, zəlzələlərə və iqlim dəyişmələrinə rast gəlinir. Belə sahələrdəki sularda, xüsusən yeraltı suların yuvenil növlərində Cl elementinin miqdarının yüksəlməsi müşahidə edilir. Maqmatik fəallaşma mərhələləri yer qabığında vulkanların fəaliyyəti ilə də müşayiət oluna bilər.
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.