OSI

Open Systems Interconnection Açıq sistemlərin qarşılıqlı əlaqəsi
OS
OSINT
OBASTAN VİKİ
Aleksey Osipoviç
Aleksey Osipoviç Çernyayevski — görkəmli maarifçi, metodist, pedaqoq. Aleksey Çernyayevski 1840-cı ildə Şamaxı yaxınlığında anadan olmuşdur. İlk təhsilini Şamaxı qəza məktəbində almışdır, daha sonra dörd il Şamaxı şəhər məktəbində oxumuşdur. Maddi sıxıntı ilə bağlı məktəbi tərk edib işə düzəlmək məcburiyyətində qalır. Məktəbi bitirmədən Aleksey Çernyayevski 16 yaşında poçta işə düzəlir və poçtalyon, 1864-cü ildən isə nəzarətçi işləyir. Mərəzə poçt stansiyasında işlədiyi zaman bir dəstə kənd uşağını başına yığıb onlara rus dilini öyrətmişdir. Həvəskar müəllimin könüllü təşkil etdiyi iş gözdən qaçırılmır və 1867-ci ildə o, Şamaxı qəza məktəbinin müəllimi vəzifəsinə keçirilir. 1869-cu ildə Aleksey Çernyayevskini Duşeti-Tianeti ikisinifli qapalı pansiona müdir təyin edirlər. 1870-ci ildə o, Tiflisdəki Nikolayev ibtidai məktəbinə müdir keçirilir. 1871-ci ildə Bakı xalq məktəbləri idarəsinə müdir müavini təyin olunur, lakin bu vəzifədə yalnız dörd ay çalışa bilir, onu Kuban vilayət xalq məktəbləri idarəsinə yenə də müdir müavini (1876-cı ildən müdir) vəzifəsinə təyin edirlər.
Aleksey Osipoviç Çernyayevski
Aleksey Osipoviç Çernyayevski — görkəmli maarifçi, metodist, pedaqoq. Aleksey Çernyayevski 1840-cı ildə Şamaxı yaxınlığında anadan olmuşdur. İlk təhsilini Şamaxı qəza məktəbində almışdır, daha sonra dörd il Şamaxı şəhər məktəbində oxumuşdur. Maddi sıxıntı ilə bağlı məktəbi tərk edib işə düzəlmək məcburiyyətində qalır. Məktəbi bitirmədən Aleksey Çernyayevski 16 yaşında poçta işə düzəlir və poçtalyon, 1864-cü ildən isə nəzarətçi işləyir. Mərəzə poçt stansiyasında işlədiyi zaman bir dəstə kənd uşağını başına yığıb onlara rus dilini öyrətmişdir. Həvəskar müəllimin könüllü təşkil etdiyi iş gözdən qaçırılmır və 1867-ci ildə o, Şamaxı qəza məktəbinin müəllimi vəzifəsinə keçirilir. 1869-cu ildə Aleksey Çernyayevskini Duşeti-Tianeti ikisinifli qapalı pansiona müdir təyin edirlər. 1870-ci ildə o, Tiflisdəki Nikolayev ibtidai məktəbinə müdir keçirilir. 1871-ci ildə Bakı xalq məktəbləri idarəsinə müdir müavini təyin olunur, lakin bu vəzifədə yalnız dörd ay çalışa bilir, onu Kuban vilayət xalq məktəbləri idarəsinə yenə də müdir müavini (1876-cı ildən müdir) vəzifəsinə təyin edirlər.
Arxipo-Osipovka
Arxipo-Osipovka — Krasnodar diyarında kənd. Gelencik şəhər-kurort rayonu ərazisinə daxildir. Arxipo-Osipvka kənd dairəsinin mərkəzi. Kənd Qara dəniz sahilində, Vulan və Teşebs çaylarının hövzəsində yerləşir. Krasnodardan 125 km cənub-qərbdə, Novorossiysk — Tuapse magistral yolunun üzərində yerləşir. Arxipo-Osipovkanın inzibati yurisdiksiyası altında olan ən yaxın yaşayış məntəqələri şimal-qərbdə Tekos və şərqdə Teşebsdir. Dzubqa və Betta kəndləri çimərlik sahili və kurort yerinin olması baxımından Arkhipo-Osipovka kəndinin qonşudur. Betta xutoru Qara dənizdən 10 km qərbdə yerləşir, avtomobillə ona olan məsafə 36 kilometirdir. Relyeif əsasən dağlıq və dağ ətəyidir. Kənd bütövlükdə sahildən şimala doğru uzanan formaya malikdir.
Echinodorus osiris
Aquarius uruguayensis (lat. Aquarius uruguayensis) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin baqəvərkimilər fəsiləsinin aquarius cinsinə aid bitki növü. Echinodorus martii var. uruguayensis (Arechav.) Hauman Echinodorus uruguayensis Arechav.
Nina Osipyan
Nina Ovanesovna Osepyan (14 aprel 1915, Bakı – 19 noyabr 1977, Stepanakert) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1962). 14 aprel 1913-cü ildə Bakıda anadan olmuşdur. Uzun illər Xankəndi Dövlət Dram Teatrının aktrisası olmuşdur. 19 noyabr 1977-ci ildə Xankəndidə vəfat etmişdir.
Osiloskop
Osiloskop və ya digər adıyla rəqsölçən - elektron ölçü və müşahidə vasitəsi. Gərginlik və cərəyan dəyərlərinin dəyişməsi ilə amplitudun zamana bağlı olaraq dəyişməsini qrafik halında göstərir. Bu qrafiklərdən siqnalın zərbə və boşluq müddətində, amplitudu, tezlik və periodu əldə edə bilir. Elektrik dövrələrindən çox, elektronik dövrələrdəki ölçülmələrdə istifadə olunur. Kvadrat və ya sinuzoidal girişli dövrələrin çıxışlarını və xarakteristikalarını aşkarlamaq üçün hazırlanmışdır.
Osima yarımadası
Osima yap. 渡島 半島 — Hokkaydo adasının cənub-qərbində yerləşir. Yarımada Kuromasunay çökəkliyinin cənubunda yerləşir. Ərazidə Sussu və Osyamambe yaşayış məntəqələri vardır. Yarımadanın şərqində Utiura körfəzi, qərbində isə Yapon dənizi onun sahillərini yuyur. Çökəklikdən cənubda çoxlu sayda vulkanlar vardır. Onlardan ən irisi Yotey, Komaqake və Esandır. Yarımadanın vənubunda Sanqar boğazı yerləşir. Yarımadanın ərazisi dağlıqdır. Osima dağları Honsü adasında yerləşən Ou dağlarının adını təşkil edir.
Osip Abdulov
Osip Naumoviç Abdulov (rus. О́сип Нау́мович Абду́лов; 3 (16) noyabr 1900, Lodz, Varşava general-qubernatorluğu[d] – 14 iyun 1953, Moskva, RSFSR, SSRİ) — SSRİ teatr və kino aktyoru, rejissor. RSFSR xalq artisti (1944). Teatrdakı fəaliyyətinə görə II dərəcəli "Stalin" mükafatı laureatı (1951). Parlaq komediya xarakter aktyoru olmuşdur. O, sovet kinosunda personajların dərin psixoloji inkişafı ilə kəskin xarici rəsmin təsvirləri qalereyasını yaratmışdır. Abdulov virtuoz texniki məharətə malik idi, qroteskdən yayınaraq parlaq satirik xüsusiyyətlər yaratmışdır. Osip Naumoviç Abdulov 3 noyabr 1900-cü ildə Lodzda (indiki Polşa) yəhudi ailəsində anadan olmuşdur. Atası tekstil mühəndisi idi. 1913-cü ildə ailəsi Moskvaya köçmüşdür.
Osip Mandelştam
Osip Mandelştam (rus. О́сип Эми́льевич Мандельшта́м; 2 (14) yanvar 1891, Varşava, Polşa çarlığı, Rusiya imperiyası[…] – 27 dekabr 1938[…]) — Rus şairi; akmeist cərəyanın banilərindən biri. Osip Mandelştam 3 yanvar 1891-ci ildə Varşavada anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Peterburqda keçib. Atası Emili Mandelştam kommersant, anası Faina Verlobskaya musiqi müəllimi idi. 1900–1907-ci illərdə Tenişov kommersiya peşə məktəbində təhsil alır. Peşə məktəbini bitirdikdən sonra üç dəfə xaricə səfər edir, bir müddət Parisdə yaşayır, sonra bir il Almaniyada Heydelberq Universitetində roman filologiyasını öyrənir. Bir neçə ay Berlin ətrafındakı Selendorf şəhərciyində yaşayır. Qərbi Avropa onda unudulmaz təsir buraxır, bu təəssüratın izləri sonralar onun şeirlərində, hətta son əsərlərində də görünür. Anna Axmatova və Nikolay Qumilyovla tanışlıqdan sonra Mandelştamın yaradıcılığında yeni bir dövr başlayır.
Osiris
Osiris (qıpti. wsjr, q.yun. Ὄσιρις, lat. Osiris) — Qədim Misir mifologiyasına görə axirət dünyasının hökmdarı, dirçəlmə və münbitlik tanrısı. Osiris dirçəliş və yeraltı dünyanın tanrısı olmuşdur. Əski Misir yazıları, eləcə də yunan yazarlarına görə, o, yer tanrısı Geb və göy tanrısı Nutun oğlu, eləcə də İsis tanrıçasının qardaşı və əri, Neftis və Setin qardaşı, Horusun atası olmuşdur. Misir ənənəsinə görə, Osiris yer üzərində ilkin tanrılardan sayca dördüncüsü olmuş, çarlığı atası Atum-Ra'dan, babası Şu'dan, atası Geb'dən almışdır. Misir üzərində çarlığ edərkən o, insanları adam yemək və vəhşi yaşamdan çəkindirmişdir. Osiris insanları arpa və buğda əkməyə, üzümçülüyə, çörək bişirməyə, çaxır düzəltməyə, qızıl və mis filizləri emal etməyə, şəhərlər salmağa, təbabətə öyrəşdirmişdir. Osirisin qardaşı Set qızmar çöllüklərin tanrısı idi və onunla düşmənçilik edirdi.
Osisanq Şilton
Osisanq Şilton (23 fevral 1996) — Palaulu üzgüçü. Osisanq Şilton Palaunu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Osisanq Şilton birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:46.60 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 32-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Osiyek Universiteti
Osiyek Universiteti və ya tam adı Yosip Yuray Ştrosmayer adına Osiyek Universiteti (xorv. Sveučilište J. J. Strossmayera u Osijeku) — Xorvatiyanın Osiyek şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Zeljko Turkaljdır. Osiyek Universitetinin əsası Xorvatiya parlamentinin 26 mart 1975-ci il tarixli qərarına əsasən qoyulmuşdur. 2 ay sonra isə 31 may 1975-ci ildə universitetin qurulması ilə bağlı Zaqreb Universiteti ilə və bir sıra başqa qurumlarla anlaşma imzalandı. Belə ki, 1959-cu ildən Osiyek şəhərində Zaqreb Universitetinin İqtisadiyyat fakültəsinin tədqiqat mərkəzi yerləşirdi. Bütün bunlar Universitetin qurulması üçün mühüm baza roluna malik idi. Universitetin əsas binası 1895-ci ildə inşa edilmişdir. Hazırda bu universitet 1815-1905-ci illərdə yaşamış katolik ilahiyyatçısı və siyasətçi Yosip Yuray Ştrosmayerin adını daşıyır. Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
Pavel Osipov
Pavel Dmitriyeviç Osipov (1913, Bakı – 27 mart 1944, Mikolayev) — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945). Pavel Osipov 1913-cü ildə Bakıda anadan olub. Milliyətcə rusdur. Orduya çağırılanadək Bakı şəhərində Böyük Qala küçəsindəki 37 saylı evdə yaşamışdır. Paris Kommunası zavodunda dəmirçi işləmişdir. 1942-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Matros idi. Ukrayna, Krım, Tuapse cəbhələrində vuruşmuşdur. 27 mart 1944-cü ildə Ukraynanın Nikolayev vilayətində həlak olmuşdur. 20 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Polina Osipenko
Polina Osipenko (rus. Полина Денисовна Осипенко) — Rus əsilli qadın sovet pilotu, Sovet İttifaqı Qəhrəmanı. Ən məşhur qadın sovet pilotlarından biri hesab olunur. 1939-cu ildə gündəlik uçuşlar zamanı keçirdiyi qəzada həlak olmuşdur.
Qvemo Osiauri
Qvemo Osiauri (gürc. ქვემო ოსიაური) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 989 nəfər idi. 2014-cü ildə 734 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Yuri Osipov
Yuri Sergeyeviç Osipov (7 iyul 1936, Tobolsk, Rusiya) — Rusiya riyaziyyatçısı və mexaniki, Rusiya Elmlər Akademiyasının akademiki. Keçmiş Rusiya Elmlər Akademiyasının prezidenti (1991-2013). AMEA-nın Fəxri üzvü (2002). Yuri Sergeyeviç Osipov 1936-cı ildə anadan olmuş, 1959-cu ildə Ural Dövlət Universitetini bitirmişdir. 1965-ci ildə elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1969-1993-cü illərdə SSRİ EA Ural bölməsinin Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir. 1986-1993-cü illərdə bu institutun direktoru olmuşdur. 1971-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1993-cü ilin iyun ayından REA V.A.Steklov adına Riyaziyyat İnstitutuna rəhbərlik etmişdir. Y.S.Osipov tətbiqi riyaziyyat və mexanika üzrə mütəxəssisdir.
Zemo Osiauri
Zemo Osiauri (gürc. ზემო ოსიაური) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1354 nəfər idi. 2014-cü ildə 1059 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
İnna Osipenko-Radomska
İnna Osipenko-Radomska (ukr. Iнна Володимирiвна Осипенко-Радомская d. 20 sentyabr 1982; Xerson, Ukrayna) — Ukrayna və Azərbaycanı təmsil edən kanoeçi. Ukrayna yığmasının heyətində Sidney, Afina, Pekin və London Olimpiadalarına qatılıb və bir qızıl, iki gümüş, bir bürünc medal qazanıb. Azərbaycan yığmasının heyətində isə Rio-de-Janeyro Olimpiadasında qüvvəsini sınayan İnna Osipenko-Radomska bürünc medal qazanıb. İnna Osipenkonun birinci beynəlxalq turniri 1999-cu ilin 22–25 iyulunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. İnna Osipenko bu çempionatda K2–500 və K4–500 turnirlərində mübarizə apardı. Əvvəlcə K4–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvləri 1:42.446 dəqiqə nəticə göstərdi və final mərhələsini doqquz yığma sırasında beşinci pillədə başa vurdu. Daha sonra isə K2–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvü 1:52.984 dəqiqə nəticə göstərdi və bu səfər də final mərhələsini doqquz idmançı sırasında beşinci pillədə başa vurdu. 18 yaşlı İnna Osipenko 2001-ci ilin 22–26 avqustunda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.
Viktor Osimhen
Viktor Osimhen (29 dekabr 1998, Laqos, Laqos ştatı) — Nigeriyalı futbolçu. İtaliyanın "Napoli" və Nigeriya milli komandasının hücumçusu. Nigeriyada anadan olan Osimhen peşəkar karyerasına 2017-ci ildə Almaniyanın "VfL Volfsburq" klubunda başlayıb. Klubda bir yarım mövsüm keçirdikdən sonra o, 2018–19-cu illərdə icarə əsasında Belçikanın "Şarlerua" komandasına keçir. 2019-cu ildə Fransanın "Lill" komandasına keçir. 2020-ci ildə Osimhen İtaliyanın "Napoli" klubuna rekord məbləğə, 70 milyon avroya transfer olur. 2021–22 mövsümündə A Seriyasının Ən Yaxşı Gənc Oyunçusu mükafatını qazanır. Osimhen Nigeriyanın qazandığı 2015-ci ildə keçirilmiş "FIFA U-17 Dünya Kuboku"nda Qızıl buts mükafatını qazanır. O, 2017-ci ilin iyununda Nigeriya millisində debüt edir və 2019 Afrika Millətlər Kubokunda iştirak edib.
Osiliyalılar
Osiliyalılar (lat. Oеsilianos) və ya Saarlased — XIII əsrdə Şimali Səlib yürüşlərindən əvvəl Estoniyanın Saaremaa adasının əhalisinin tarixi adı. Baltik dənizində yerləşən ada o dövrə aid yazılı mənbələrdə "Osiliya" kimi də xatırlanırdı. Vikinq dövrü ədəbiyyatında sakinlər tez-tez "Estoniyadan olan vikinqlər" adı altında yer alırdılar. Sözün yazıda hallandığı məlum ən erkən mənbə XIII əsrdə Latviyalı Henrixə məxsusdur. Saaremaa sakinləri Estoniya vikinqləri dövrünə aid bir sıra tarixi yazılı mənbələrdə də xatırlanır. Şimali Səlib yürüşləri ərəfəsində "Livoniya qafiyəli salnaməsi"ndə o vaxt Saaremaada yaşayan insanlar belə təsvir edilmişdir: "Kurşlar ilə qonşu olan osiliyalılar dənizlə əhatə olunmuşdur və gücləri gəmilərində olduğu üçün heç vaxt qüdrətli ordulardan qorxmurlar. Onlar yayda dənizdən keçə bildikləri zaman həm xristianlara, həm də bütpərəstlərə basqın edərək ətrafdakı ölkələrə zülm edirlər". Latviyalı Henrixin salnaməsi beş yüz osiliyalı döyüşçü daşıyan on altı gəmidən ibarət donanmanın indiki İsveçin cənubunda, o zamanlar Danimarkaya aid olan ərazini dağıddığını təsvir edir. "Gesta Danorum"un XIV kitabında Sakson Qrammatik 1170-ci ildə Elandda baş verən döyüşü təsvir etmişdir.
Osip Şpitko
Osip Şpitko (ukr. Осип Степанович Шпитко́; 7 aprel 1869 – 1942, Rio-de-Janeyro) — ukraynalı və braziliyalı yazıçı və publisist. O, Qorodnitsa kəndində (indiki Ukraynanın Ternopil vilayəti, Çortkivski rayonu) anadan olub və Braziliyanın Rio-de-Janeyro şəhərində vəfat edib. 1869-cu il aprelin 7-də Qorodnitsa kəndində (indiki Qusyatinski rayonu; başqa mənbələrə görə, Kopıçinski rayonunun Qovılovi şəhərində, indi Terebovlyanski rayonunun kəndi) anadan olub, hər iki yaşayış məntəqəsi indi Ternopolun daxilində yerləşir. , Ukrayna). Qusyatinski rayonu, Xovılov Veliki şəhərində adi məktəbi bitirib. Ternopolda müəllimlər seminariyasında oxuyub. O, dəfələrlə peşəsini dəyişib, bəzən bilyard və ya kart oynamaqla dolanırdı. Üç il Qalisiyanın əyalət teatrlarında əvvəlcə kiçik şəhərlərdə, sonra isə Lvovda aktyor kimi çalışıb. O, "Monitor" jurnalı üçün polyak dilində şeir yazmağa başladı.