OSMOS

I
сущ. физ. осмос (проникновение, просачивание растворителя в раствор сквозь разделяющую их перегородку)
II
прил. осмотический. хим. Osmos təzyiqi осмотическое давление, osmos göstəricisi осмотический показатель
OSMİUM
OSMOTİK
OBASTAN VİKİ
Osmos təzyiqi
Osmos təzyiqi — Vant-Hoff (1887) qanunu ilə xarakterizə olunur. Həll olan maddə hissəciklərinin təmiz həllediciyə və əksinə, su molekullarının məhlula keçməsi hadisəsi diffuziya adlanır. Aralarında diffuziya hadisəsi müşahidə edilən müxtəlif qatılığa malik iki məhlul və ya məhlul ilə saf həlledici arasında su molekullarını özündən buraxan, lakin həll olan maddə molekullarını buraxmayan yarımsızdırıcı arakəsmə qoyularsa (yarımsızdırıcı arakəsmə üzvi və qeyri-üzvi mənşəli ola bilər) bir tərəfli diffuziya baş verər. Yəni, yalnız su molekulları məhlula keçə bilir. İlk dəfə 1748-ci ildə müşahidə edilən bu proses osmos adlandırılmışdı. Arakəsmə ilə iki yerə bölünmüş qabın bir hissəsinə məhlul, o biri hissəsinə su tökülür. Təcrübənin əvvəlində hər iki mayenin səviyyəsi eyni olur.Osmos prosesinə əsasən su molekullarının arakəsmədən məhlula keçməsi nəticəsində müəyyən müddətdən sonra məhlulun səviyyəsi müəyyən dərəcədə qalxır; suyun səviyyəsi isə müvafiq surətdə aşağı düşür. Su molekullarının arakəsmədən məhlula keçməsi nəticəsində yaranan təzyiq, osmos təzyiqi adlanır. Suyun məhlula keçməsi və bunun nəticəsində məhlulun səviyyəsinin artması müəyyən həddə qədər, yəni məhlul sütununun hidrostatik təzyiqinin osmos təzyiqi ilə bərabərləşməsinə qədər davam edə bilər. Osmos təzyiqi məhlulun qatılığıartdıqca artır.

Digər lüğətlərdə