PÜNHAN

sif.zərf [ fars. ] Heç kəsin bilmədiyi; gizli, xəlvət.
Nə sözüm, söhbətim, nə həmdəmim var; Dərdim ürəyimdə pünhan, ağlaram. S.Vurğun.

□ Pünhan olmaq1) gizli olmaq, xəlvət olmaq, başqasına bildirilməmək, gizlədilmək.
[Kəndli Balasultana:] Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun. C.Məmmədquluzadə;

2) gizlənmək.
Naçar qalıb susdu daim ol zaman; Buludların altında oldu pünhan. A.Səhhət.

Синонимы

  • PÜNHAN pünhan bax məxfi
PÜXTƏLİK
PÜNHANİ

Значение слова в других словарях