peyvəndlənmək
pəhləvancasına
OBASTAN VİKİ
Pəhləvan
Pəhləvan və ya Pəhlivan — Ad, təxəllüs. Pəhləvan bəy Bayandur — Bayandur elinin başçısı. Bu təxəllüsü olan şəxslər Pəhləvan Nabat — Qarabağın adlı-sanlı güləşçisi Yaşayış məntəqələri Pəhləvan (Takab) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Cahan Pəhləvan
Məhəmməd Cahan Pəhləvan (fars. محمد جهان پهلوا‎; tam adı: Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz, fars. نصرت الدین محمد بن ایل دنیز‎; Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan; 1136 və ya 1137, Ərdəbil, Eldənizlər və ya Naxçıvan – fevral 1186 və ya aprel 1186, Həmədan, Eldənizlər) — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu. Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər, lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur. Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlanın çıxışını yatırmalı oldu.
Pəhləvan (Takab)
Pəhləvan (fars. پهلوان‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır.
Pəhləvan Nabat
Pəhləvan Nabat (1812, Şuşa – XX əsr) — Qarabağın adlı-sanlı güləşçisi[mənbə göstərin] == Həyatı == Nabat Məşədi Səfərəli oğlu 1812-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Dabbaqlıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Məşədi Nabat hündür, qolu zorlu bir adam idi. Cəfərqulu xan Cavanşirin pəhləvanı idi. Xan şərq dünyasından tanınmış pəhlivanları Şuşaya dəvət edər, Məşədi Nabatla güləşdirərdi. Tarixçi Baharlı yazır: "Belə ki, bundan əqdəm Dördlər qurdu məhəlləsində bir pəhləvan var idi. Onun adı pəhləvan Nabat və sənəti dabbağlıq idi. Çox zorlu və güləşkən adam idi. Baharlı Pəhləvan Nabat haqqında yazır: "Və heç kəs onun arxasın yerə qoymayıbdır.
Əmir Pəhləvan
Əmir Pəhləvan — Azərbaycan dramaturqu, Qazaxıstan və Qırğızıstan Respublikalarının Dövlət Mükafatları Laureatı. == Həyat == Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvan (Hacılı Əmir Pəhlivan oğlu) 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Cəlil Məmmədquluzadə adına Şahbuz rayon orta məktəbini bitirib (1976), Rusiyanin Novosibirsk vilayətində əsgəri xidmətdə olub (1977-1979), Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1980-1985). Eyni zamanda Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında "Gəncliyin səsi" proqramının yaradıcısı kimi fəaliyyətə başlayıb (1981), "Baku", "Bakı" axşam qəzetlərində (1985-1988), "Azərbaycan müəllimi" qəzetində (1988-1990) müxbir işləyib, "İlham" qəzetinin təsisçisi və baş redaktoru olub (1990). 1985-ci ildə Əmir ali məktəbin sonuncu kursunu bitirməmiş "Bakı", "Baku" axşam qəzetlərinə müxbir kimi işə götürülür. Buradan o, "Azərbaycan müəllimi" qəzetinə dəvət olunur. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist kimi tanınan Əmir Pəhləvanın "O ay bir də doğmayacaq" adlı ilk kitabı çapdan çıxır. 1990-cı ildə "İlham" mədəniyyət qəzetini təsis edərək baş redaktoru olur. Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə Əmirin bütün yazılarında xalqın sərt və dönümsüz "alın yazısı", "qisməti" diqqət mərkəzinə çəkilir. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq qismətə boyun əyməkdən qaçırlar.
Cırtdan-"pəhləvan"
Cırtdan–"pəhləvan" (rus. Про Джыртдана "Великана") — Azərbaycan cizgi filmi. == Məzmun == Burada Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur. == Film haqqında == Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. Forumda filmin rəssamı Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq Ağayev, Aleksandr Timofeyevski Rejissor: Bəhmən Əliyev Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Mahnıların mətni: Aleksandr Timofeyevski Səs operatoru: Akif Nuriyev Multiplikasiya rəssamı: Rauf Dadaşov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Vladimir Zarubin Rəssam: T. Hüseynov, Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, S. Candarov, Zəkiyyə Mahmudova, Cəvahir Quliyeva, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Y. Melkumova Redaktor: D. Tahirova Filmin direktoru: E. Şirinov === Filmi səsləndirənlər === Klara Rumyanova — Cırtdan Stanislav Fedosov == Dublaj == Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirənlər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova == Həmçinin bax == Cırtdan və div (film, 1983) Cırtdan cizgi filmi (1969) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cırtdan-"Pəhləvan" (1981)
Məhəmməd Cahan Pəhləvan
Məhəmməd Cahan Pəhləvan (fars. محمد جهان پهلوا‎; tam adı: Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz, fars. نصرت الدین محمد بن ایل دنیز‎; Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan; 1136 və ya 1137, Ərdəbil, Eldənizlər və ya Naxçıvan – fevral 1186 və ya aprel 1186, Həmədan, Eldənizlər) — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu. Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər, lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur. Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlanın çıxışını yatırmalı oldu.
Pəhləvan bəy Bayandur
Pəhləvan bəy Bayandur — İdris bəy Bayandurun oğlu, Bayandur elinin başçısı. İlk dəfə onun dövründə Bayandur eli Diyarbəkir bölgəsində yerləşdi. Kitabi-Diyarbəkriyyə əsərində Əlincə qalasını ələ keçirdiyi, Çormoğun noyonu məğlub etdiyi və 1340-cı ildə Diyarbəkirdə öldüyü qeyd olunur.
Cırtdan-"pəhləvan" (film, 1981)
Cırtdan–"pəhləvan" (rus. Про Джыртдана "Великана") — Azərbaycan cizgi filmi. == Məzmun == Burada Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur. == Film haqqında == Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. Forumda filmin rəssamı Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq Ağayev, Aleksandr Timofeyevski Rejissor: Bəhmən Əliyev Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Mahnıların mətni: Aleksandr Timofeyevski Səs operatoru: Akif Nuriyev Multiplikasiya rəssamı: Rauf Dadaşov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Vladimir Zarubin Rəssam: T. Hüseynov, Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, S. Candarov, Zəkiyyə Mahmudova, Cəvahir Quliyeva, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Y. Melkumova Redaktor: D. Tahirova Filmin direktoru: E. Şirinov === Filmi səsləndirənlər === Klara Rumyanova — Cırtdan Stanislav Fedosov == Dublaj == Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirənlər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova == Həmçinin bax == Cırtdan və div (film, 1983) Cırtdan cizgi filmi (1969) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cırtdan-"pəhləvan" (film, 1983)
Cırtdan və div və ya orijinal adı ilə Cırtdan-"pəhləvan": ikinci film (rus. Про Джыртдана Великана — 2) — Azərbaycan cizgi filmi. == Məzmun == Filmdə Cırtdanın başına gələn sərgüzəştlərdən, divə qalib gəlməsindən söhbət açılır. == Film haqqında == Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Bəhmən Əliyev Ssenari müəllifi: L. Dadaşidze, Aleksandr Timofeyevski Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Arifə Hatəmi, Gülşən Quliyeva, Hüseyn Cavid İsmayılov == Dublaj == Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirdilər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova == Həmçinin bax == Cırtdan-"pəhləvan" (film, 1981) Cırtdan cizgi filmi (1969) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Pələng dərisi geymiş pəhləvan
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. == Tarixçə == Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. == İdeya və məzmunu == Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Azərbaycan pəhləvanları (film, 2014)
Mustafa Pəhləvanoğlu
Mustafa Pəhləvanoğlu (3 mart 1958, Ayaş, Ankara ili – 7 oktyabr 1980, Altındağ ilçəsi, Ankara ili) — Türkiyədə 12 sentyabr hərbi çevrilişindən sonra edam edilən ilk ülküçü. Balgat qırğınındakı qəhvəxana axtarışlarında 5 adamın ölümünə səbəb olmaqla günahlandırılmış, 12 sentyabr 1980 həri çevrilişdən əvvəl edilən mühakimə etmə sonunda edam cəzası ilə cəzalanmışdır. Yatmaqda olduğu və çox möhkəm qorunan Mamak Hərbi Həbsxanadan qaçdı, ancaq 18 avqust 1980-də Kütahyada tutuldu. 7 oktyabr 1980-də, solçu xadim Necdət Adalıdan bir neçə saat sonra 22 yaşındaykən Ankara Mərkəz Bağlı Cəza və Həbsxanada edam hökmü ilə edam edildi. Pəhləvanoğlu, Ankara Qarşıyaqa Qəbiristanlığına basdırıldı. Mustafa Pəhləvanoğlu məhkəməsi boyunca polisdə ifadəsinin işgəncə çətiniylə alındığını və özünün günahsız olduğunu iddia etdi. Edam qərarını verən Hərbi vəziyyət Məhkəməsi Hakimi Əli Fahir Kayacan daha sonra izah etdiyi xatirələrində, Mustafa Pəhləvanoğlunun asılan solçu Necdət Adalıya tarazlıq olsun deyə edam edildiyini ifadə etdi. Ailəsi edamı ancaq edamdan 3 gün sonra uşaqlarını ziyarətə gəldiklərində öyrənə bildi.
Pəhləvanlar (film, 1975)
Pəhləvanı
Pəhləvanı — Azərbaycanın milli rəqsi. Gənc pəhləvanlara həsr olunmuş qədim rəsdir. O, Şəki rayonunun dağlarında meydana çıxmışdır. Olduqca cəld hərəkətli, son dərəcə dinamik rəqsdir. Pəhlivanlar burada öz gücünü göstərməkdən daha çox, məharətini, gəncliyə xas olan qoçaqlığını numayiş etdirməyə çalışırlar. Respublikanın bir çox rayonlarında ifa olunur.
Sovet Pəhləvanı (1942)
Sovet pəhləvanı (film, 1942)
== Məzmun == Kinonovelladır. Hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş bu film Sovet İttifaqı Qəhrəmanı, xalqımızın igid oğlu İsrafil Məmmədovun 1941-1945-ci illər müharibəsində göstərdiyi hünərdən danışır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Quruluşçu rejissor: Mikayıl Mikayılov Ssenari müəllifi: Şəmsəddin Abbasov Quruluşçu operator: Vladimir Yeremeyev Səs operatoru: İlya Ozerski === Rollarda === İsmayıl Dağıstanlı — İsrafil Məmmədov Mirvari Novruzova — Gülsüm Gündüz Abbasov — balaca çoban == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 62; 81-82.
Pəhləvani
Pəhləvani və ya cənubi kürd dili (kürd. زەرەوایە کوردیا خوارین/Zaravayê Kurdîya Xwarîn) — kürd dillərindən biri. İranda (4,1 milyon; əsasən Kirmanşah və İlam ostanlarında) və İraqda (200 min; Diyalə və Vasitdə) kürdlər arasında yayılmışdır. Otuz yeddi variasiyanı özündə birləşdirir. Erqativliyinə görə dilçilər tərəfindən ayrıca dialekt kimi təsnif edilən lək ilə qarşılıqlı anlaşılır. == Tarixi == Orta əsrlərdə cənubi kürd dili fars dilinin böyük təsiri altında olmuşdur. Onu danışan Kalhor tayfasını XVI əsrdə kürd tarixçisi Şərəf xan Bitlisi qeyd etmişdir. O, kürdləri dil və məişət həyatına görə şərti olaraq dörd qrupa ayırmışdır: kurmanc, lur, kalhor və goran.

Значение слова в других словарях