PADAR

сущ. падар (туьрк тайифайрикай садан тӀвар ва гьа тайифадикай тир кас).
PAÇALAMAQ
PADŞAH
OBASTAN VİKİ
Padar
Yaşayış məntəqələri Padar (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Padar (Dərbənd) — Dağıstanın Dərbənd rayonunda kənd. Padar (Əsgəran) — Azərbaycanın Əsgəran rayonunda qəsəbə. Padar (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Padar (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Padar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Padar (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Padar (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Padarqışlaq — Azərbaycanın Ağsu rayonunda kənd. Armudapadar — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Padar (Ağsu)
Padar — Azərbaycan Respublikasının Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Toponimin mənşəyinin qədim Azərbaycan ərazisində yaşayan türkdilli tayfanın adından gəldiyi güman edilir. Qədim adı "Baydar" dərs. Osmanlı dövlətinin özəyini təşkil edən Qayı tayfasına daxil olan qəbilələr sırasına aiddir. Səfəvilər dövründə şimaldan gələn təhlükələri dəf etmək üçün İrandakı Cənubi Azərbaycandan köçürülmüşdür. Tarixi şəxsiyyətləri içərisində Şeyx Dursun xüsusilə seçilir. Ağsu rayonunda Şeyx Dursun türbəsi, Şuşa yaxınlığında Xocavənd rayonu ərazisində Şıx Dursun kəndi mövcüddur.
Padar (Dərbənd)
Padar — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kəndin əski adı Atabəydir. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 633 nəfər əhali yaşayırdı. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 2,120 nəfər azərbaycanlı yaşamaqda idi. Kəndin dəqiq salınma tarixi məlum olmasa da buradakı qəbristanlıqda yerləşən ən qədim məzar daşı 1400-cü ilə aiddir. Оруджев Фахретдин. "Падар и падарцы". Республиканская газета "ВАТАН". Выпуск № 42 (1508) (rus). etnosmi.ru.
Padar (Hacıqabul)
Padar — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Şirvan düzündədir. 1886-cı ildə köçəri Padar-Hacı-Alim, Bakı quberniyasının inzibati-ərazi bölgüsünə görə, Cevat rayonunun Padar kənd icmasına aid idi. 1903-cü ildə, dəmir yolu tikintisi ilə kəndin yaxınlığında eyni adlı kənd quruldu, daha sonra kəndə birləşdirildi. 1913-cü ildə Bakı quberniyasının inzibati-ərazi bölgüsünə görə Padar kəndi Şamaxı rayonunun Padar kənd icmasına aid idi. 1926-cı ildə Azərbaycan SSR inzibati-ərazi bölgüsünə görə kənd Salyan rayonunun Əli-Bayramlı kəndinə aid idi. Azərbaycan SSR-nin Karasuinsky rayonuna girdi. Sonradan rayon ləğv edildi, kənd Əli-Bayramlı rayonunun tərkibinə daxil oldu, lakin 1939-cu ildə kənd Kazi-Magomedskiy rayonuna verildi. 4 dekabr 1959-cu ildə Kazi-Magomed rayonu ləğv edildi və kənd Əli-Bayramlı mahalına verildi. 1961-ci il inzibati bölgüsünə görə Padar dəmiryol stansiyasındakı kənd Azərbaycan SSR Əli-Bayramlı rayonunun Qarasu kənd sovetinin tərkibinə daxil olmuş və 1963-cü il yanvarın 4-dən kənd Sabirabad rayonunun tərkibində olmuşdur.
Padar (Oğuz)
Padar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsinin adı oğuz-səlcuq tayfalanndan biri olan padarların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın cənubunda yaşamış, Səfəvilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şimal zonasına köçürülmüşdülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XVIII əsrdə Cavad qəzasında yaşayan padarların ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən, ümumiyyətlə 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur. Padar türk-Azərbaycan mənşəli etnotoponimidir. Padarlar Oğuz-Səlcuq tayfalarından biridir. Akademik İ.M.Meşşaninov Azərbaycanda Padar oykonominin çox qədim tarixə malik olub, Patari (şəhər adı) oykonomini ilə bağlı olduğunu göstərmişdir.
Padar (Qubadlı)
Padar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Padar kəndi Həkəri çayının sahilindədir. Yaşayış məntəqəsi oğuz-səlcuq tayfalarından biri olan padaraların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın c.-unda yaşamış, Səfe- vilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şm. zonasma köçürülmüş¬dülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XIX əsrdə Cavad qəzasında yaşayan padarlarm ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s.
Padar (Xaçmaz)
Padar — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir.
Padar (Şabran)
Padar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Kəndin əhalisi 563 nəfər təşkil edir. Kənd əhalisi fərdi təsərrüfatla məşğul olurlar. Kənddə maldarlıq əkinçilik kimi işlər aparılır.
Padar bələdiyyəsi
Padar bələdiyyəsi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunda bələdiyyə. Padar bələdiyyəsi (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunda bələdiyyə. Padar bələdiyyəsi (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunda bələdiyyə.
Padar eli
Padarlar — Azərbaycanlıların etnoqrafik qruplarından biri. Fəzlullah Rəşidəddin Cəmi ət-Təvarixdə On–Uyğurların (fars. اون ایغور‎) tayfa siyahısında altıncı tayfanın adını "Badar" (fars. بادار‎) kimi yazmışdır. Alman əsilli şərqşünas, tarixçi və dilçi Yozef Makvart(en) Fəzlullah Rəşidəddinə istinadən Padarları On–Uyğurların bir tayfası hesab etmiş, türk tarixçi, şərqşünas–türkoloq Əhməd Zəki Vəlidi Toğan da bu fikirlə razılaşmışdı. Məhəmmədhəsən bəy Vəliyev-Baharlı hesab edirdi ki, Səfəvilər ləzgiləri itaətə gətirmək üçün padarları onlara yaxın rayonlara köçürüblər. Tarixçi Əhməd Zəki Vəlidi Toğan "Azərbaycan" adlı kitabanda padarlar haqqında yazır: "…müxtəlif yerlərdəki padar tayfasına aid məskənlər diqqəti cəlb edir. Hər iki qəbilə (Sulduz və Padar-Ə. Ç.) bu əraziyə gəldikdən sonra torpağa bağlanmışdır. Padar onuyğur tayfasının biridir.. Böyük etnoqraf alim Məhəmmədhəsən bəy Vəlili-Baharlı Padar elinin Azərbaycanda yerləşməsindən bəhs etmişdir.
Gerli Padar
Gerli Padar ( 6 noyabr 1979 ) estoniyalı müğənni və aktrisadır. O, 2007 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı təmsil etmişdir. O, 2001-ci ildə Estoniya adına Avroviziya Mahnı Müsabiqəsində qalib gələn Tanel Padarın bacısıdır. == Karyera == Padar bir neçə məşhur Estoniya musiqili filmlərində rol alıb, o sıradan "Kabaret" filmində Salli, "Şahmat" filmində Florensiya və "Detektiv Lotte" filmində Lotte rollarını ifa edib. Müğənni karyerasında isə 2011-ci ildə solo albomunu buraxdı. Padar Estoniyanı 2007 Avroviziya Mahnı Müsabiqəsində " Partners in Crime " mahnısı ilə təmsil edib, lakin finala vəsiqə qazana bilməyib və 33 xal qazanıb. 2010 Avroviziya Mahnı Müsabiqəsində isə Estoniya üzrə 5 münsifdən biri olub. O, 2018-ci ildə də Avroviziya yarışmasına qatılmaq üçün Estoniyanın milli seçim turlarında yenidən iştirak etmişdi və Eliis Parna ilə birlikdə finalda sonuncu olan ing. Sky mahnısı ilə yarışmışdı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Gerli Padar ilə əlaqəli mediafayllar var.
Padar bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Padar bələdiyyəsi (Hacıqabul)
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraməryəm-Padar neotektonik qalxımı
Qaraməryəm-Padar neotektonik qalxımı Acınohur dağətəyi zonasının şərq qurtaracağında yerləşir və relyefdə bilavasitə əksini tapmış, pleystosen süxurlarının yaratdığı cavan antiklinal qalxım olaraq, Girdimançay çayının Kür çökəkliyinə çıxdığı sahədə qollarının yaratdığı və “padar pəncərələri” kimi tanınan antesedent vadilər vasitəsilə bir neçə hissəyə eninə parçalanmışdır. Qalxım cənuba çevrilmiş iki antiklinal qırışıq və onları ayıran ensiz sinklinalla təmsil olunur və alp tektogenezinin ən cavan pasaden (orta-gec pleystosen) fazasında formalaşmışdır.
Hacıməmməd Padarov
Padarov Hacı Məmməd İbrahim oğlu -polkovnik. Azərbaycan SSR Baş Siyasi idarəsində, NKVD-də və DTN-də 1931-ci ildən 1954-cü ilədək işləmiş, Azərbaycan SSR Təhlükəsizlik nazirinin müavini Balakən rayon Siyasi İdarəsinin müvəkkili Hacı Məmməd Padarov idi. Axtarışda olan Molla Mustafa Şeyxzadəni tapıb hökumətə vermək üçün Padarov Omarxan Xalayevdən istifadə etdi. Daha doğrusu, Omarxana hədə-qorxu gəlib Şeyxzadənin gizləndiyi yeri öyrəndi. Onu Tiflisin Ortacalasında həbs edib Balakənə gətirdi, oradan da Bakıya apardılar. Buna görə Hacı Məmməd İbrahim oğlu Padarovu deputat seçdilər. Daha sonra respublika istintaq şöbəsinin rəisi və Dövlət Təhlükəsizlik nazirinin müavini vəzifəsinə qədər yüksəltdilər. Rütbəsi də polkovnik oldu.
Padardərə
Padardərə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 2020-ci ildə işğaldan azad olunub. Padardərə -Cəbrayıl rayonunda kənd adı. Padar ( Ağsu, qubadlı, dəvəçi, Zaqatala və Xaçmaz rayonları), Pazarqışlaq ( Ağsu Padardərə rayonu) və Padarçay ( Zəngilan rayonu) kənqd adları ilə mənşəcə eynidir. Qədim türk tay falarından biri də Padar olmuşdur. Hulakular (Elxanilər) dövlətinin ( 1256- 1365) vaxtında Orta Asiyadan Cənubi Azərbaycana köçürülüb yerləşdirilmiş tayfalardandır. XYIII əsrdə Şah I Abbas padarların bir hissəsini Şimali Azərbaycana dağıstanlılara qarşı köçürmüşdü.
Padarlar
Padarlar — Azərbaycanlıların etnoqrafik qruplarından biri. Fəzlullah Rəşidəddin Cəmi ət-Təvarixdə On–Uyğurların (fars. اون ایغور‎) tayfa siyahısında altıncı tayfanın adını "Badar" (fars. بادار‎) kimi yazmışdır. Alman əsilli şərqşünas, tarixçi və dilçi Yozef Makvart(en) Fəzlullah Rəşidəddinə istinadən Padarları On–Uyğurların bir tayfası hesab etmiş, türk tarixçi, şərqşünas–türkoloq Əhməd Zəki Vəlidi Toğan da bu fikirlə razılaşmışdı. Məhəmmədhəsən bəy Vəliyev-Baharlı hesab edirdi ki, Səfəvilər ləzgiləri itaətə gətirmək üçün padarları onlara yaxın rayonlara köçürüblər. Tarixçi Əhməd Zəki Vəlidi Toğan "Azərbaycan" adlı kitabanda padarlar haqqında yazır: "…müxtəlif yerlərdəki padar tayfasına aid məskənlər diqqəti cəlb edir. Hər iki qəbilə (Sulduz və Padar-Ə. Ç.) bu əraziyə gəldikdən sonra torpağa bağlanmışdır. Padar onuyğur tayfasının biridir.. Böyük etnoqraf alim Məhəmmədhəsən bəy Vəlili-Baharlı Padar elinin Azərbaycanda yerləşməsindən bəhs etmişdir.
Padarlı (Tikantəpə)
Padarlı (fars. بدرلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (30 ailə).
Padarqışlaq
Padarqışlaq — Azərbaycan Respublikasının Ağsu rayonunun Padarqışlaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağsu rayonunun Padarqışlaq kəndi Bico kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Padarqışlaq kənd Soveti yaradılmışdır.
Padarqışlaq bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Padarçöl (film, 2002)
Film Padarçöl zonası haqqındadır.
Qışlaq-i Padarcamal (Biləsuvar)
Qışlaq-i Padarcamal (fars. قشلاق پادارجمال‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (13 ailə).
Qışlaq-i Padareysxan (Biləsuvar)
Qışlaq-i Padareysxan (fars. قشلاق پادارعيس خان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (4 ailə).
Qışlaq-i Padarhacıbəhriş (Biləsuvar)
Qışlaq-i Padarhacıbəhriş (fars. قشلاق پادارحاجي بهريش‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (20 ailə).

Значение слова в других словарях