Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Borut Pahor
Borut Pahor - Sloven siyasi xadim və dövlət başçısı. 2008-2012-ci illərdə Baş Nazir, həmin tarixdən sonra ölkə prezidenti seçilmişdir.
Paqo-Paqo
Paqo Paqo — Amerika Samoasının paytaxtı.
Paqo Paqo
Paqo Paqo — Amerika Samoasının paytaxtı.
Pavo
Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus). Asiyada, xüsusən Şri-Lanka və Sumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır. == Qısa təsviri == Bədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25 kq-a çatır.
Aleşandre Pato
Aleşandre Rodrigez da Silva (2 sentyabr 1989) — Braziliyalı peşəkar futbolçu. Adətən Aleşandre Pato (ˈpatu) və ya sadəcə Pato kimi tanınır. Hal-hazırda Braziliya Serie A -da Sao Paulo klubunda çıxış edir. == Karyerası == Pato karyerasına 2000-ci ildə "İnternasional" klubunun uşaq komandasında başlamış, 2006-cı ildə 16 yaşında klubun əsas komandasında debüt etmişdir. O, klubda ilk mövsümundə 27 oyunda 12 qol vurur və kluba 2006 FIFA Klublararası Dünya Kubokunu qazanmasına kömək edir. 2007-ci ilin avqustunda İtaliyanın "Milan" klubu ilə müqavilə imzalayır. 2009-cu ildə "Milan"ın heyətində bütün yarışlarda 42 matçda 18 qol vurur və bu, ona həm Qızıl Oğlan, həm də A Seriyasında İlin Gənc Futbolçusu mükafatlarını qazandırır. 2010–11 mövsümündə "Milan"a A Seriyasını qazanmağa kömək edən futbolçu, 25 oyunda 14 qolla klubun şərikli bombardiri olur. 2013-cü ilin yanvarında Braziliyaya qayıdan Pato "Korintians" klubu ilə müqavilə imzalayır. 2014-cü ildə Pato iki illik icarə müqaviləsi əsasında "San Paulo"ya keçir.
Baho Saakyan
Bako Saakyan (erm. Բակո Սահակյան, 30 avqust 1960, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. Xocalı soyqırımında iştirak etmişdir. İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətinə yenidən seçilib, təxminən üçdə iki səs toplayıb. 2017-ci ildə üç il müddətinə dolayı olaraq yenidən seçildi. İki dəfə beş il müddətinə prezident postunu tutan Arkadi Qukasyanın əvəzinə Saakyan gəldi. == Həyatı == Saakyan 1960-cı ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. Sovet ordusunda xidmət etdikdən sonra Xankəndi fabrikində doqquz il işləmişdir. 1990-cı ildə Dağlıq Qarabağ Müdafiə Ordusuna qoşuldu və bu vəzifədə komandir müavini oldu.
El-Paso
El Paso — Texas ştatında şəhər, ABŞ.
El Paso
El Paso — Texas ştatında şəhər, ABŞ.
Gilyerme Pato
Gilyerme Nunez Rodrigez (br-port. Guilherme Nunes Rodrigues; 17 fevral 2001, Kuarai[d], Riu-Qrandi-du-Sul), həmçinin Gilyerme Pato (br-port. Guilherme Pato) — Braziliya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın və Azərbaycan milli futbol komandasının hücumçusu. == Klub karyerası == Gilyerme Pato 1 fevral 2020-ci ildə "İnternasional" İK-nin heyətində, İpiranqa FK-na qarşı 0–0 hesabı ilə nəticələnən Qauşu liqası matçında debüt etmişdir.Pato 21 yanvar 2022-ci ildə Azərbaycanın "Neftçi Bakı" klubuna keçmişdir.
Kaho Minaqava
Kaho Minaqava (d. 20 avqust 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Kaho Minaqava 2016-cı ildə Yaponiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kaho Minaqava 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.523 xal topladı və 16-cı yeri tutaraq mübarizəni dayandırdı.
Maho çimərliyi
Maho çimərliyi (nid. Maho Beach) — Sen-Marten adasının cənub-qərbində yerləşən çimərlik. Adanın bu hissəsi Niderlandın tərkibində bir asılı ərazi olaraq Sint-Marten bölgəsinə daxildir.. Çimərliyi məşhurlaşdıran onun Şahzadə Yulian hava limanının yaxınlığında yerləşməsidir. Bu səbəbdən bəzən təyyarələr çimərlikdə istirahət edənlərin 10-20 metr üstlərindən uçaraq hava limanına daxil olur.. çimərlik və hava limanını iki hasar ayırır. Çimərliyin uzunluğu 300 m, eni isə 10-20 metr arasında dəyişir. Çimərlikdə çoxlu sayda kafe vardır. Onlar arasında ən məşhuru Sunset Bar and Grilldir. Burada olan lövhədə təyyarələrin uçuş-eniş vaxtları yazılmışdır.
Maho Şimizu
Maho Şimizu (d. 9 mart 1960) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Pako Alkaser
Pako Raban
Pako Raban (fr. Paco Rabanne), əsl adı Fransisko Rabaneda-i-Kuervo (isp. Francisco Rabaneda y Cuervo); 18 fevral 1934[…], Pasahes[d], Gipuskoa vilayəti[d], İspaniya – 3 fevral 2023[…]) — fransız modelyeri. == Həyatı == Francisco-i- Rabanedanın uşaqlığı qeyri-adi keçib. Oğlan 1934-cü ildə İspaniyanın San-Sebastyano şəhərində dünyaya gəlib və 5 yaşı olanda ailə vətənlərindəki müharibəyə görə Parisə köçürlər. Respublikaçı atası inqilab vaxtı itkin düşdü, Françiskonun tərbiyəsi ilə ateist, Marks ideyalarını dəstəkləyən anası və okkultizm sahəsində gizli biliklərə sahib olan çox dindar nənəsi məşğul olurdu. Bu müxtəlif tərəfli təsir- dəbin gələcək dahisinin xarakterini formalaşdırdı- sədaqət, alicənablıq, bütün yeniliklərə açıq fikirlilik, reallığın çox tərəfli və variantlı olmasına inam. 18 yaşlı Françisko Parisdə Milli sənət məktəbinin arxitektur fakültəsində oxumağa başladı. Təhsilinin pulunu ödəmək üçün Balenciaga Moda Evinə hazırladığı aksesusarları, düymələri təklif etdi. Onun ideyalarə iltifatla qəbul edilmişdi- ilk növbədə Cristobal Balenciagln köməkçisi işləmiş anasının sayəsində.
Paro Taktsanq
Paro Taktsanq — Butanın Paro vilayətində yerləşən buddist məbədi “Taxsanq Lakxanq” Paro şəhərinin Şimalında, hündürlüyü 3120 m olan bir uçurumun üstündə yerləşir. Məbədin bir çox adı var:Taksanq-lakxanq, Paro Taksanq və Taxsanq-dzonq. == Tarixi == Adı “Pələng yuvası” kimi tərcümə olunur. Məbədin tikildiyi qayanın yamacları demək olar ki, dikdir və məbəd binalarının xarici divarları uçurumun ən kənarında, sanki qayaya "gömülmüş" kimi inşa edilmişdir. İlk baxışda məbədə giriş əlçatmaz görünür, lakin əslində Taxsanq Lakxanq məbədinə çatmağın bir neçə yolu var: şimal-qərbdən və ya cənubdan (zəvvarlar adətən bu yolla gedirlər) və ya şimaldan "Yüz min Pəri" və ya “Bumda” adlanan qayalı bir yayladan. Daha sonra şam meşəsindən keçən qatır yolu var. Bu yol mamır çələngləri və rəngli bayraqlar ilə bəzədilib. Məbəd 1692-ci ildə inşa edilib. İlk vaxtlar meditasiya üçün istifadə edilib. Məbədlə bağlı çoxsaylı əfsanələr gəzir.
Pavo Nurmi
Paavo Yohannes Nurmi— Finlandiyalı yaxın və uzun məsafəyə qaçış üzrə atlet. O, XX əsrin əvvəllərində qaçış yarışlarında üstünlüyü öz əlində saxladığına görə "Uçan Fin" ləqəbini ilə tanınırdı. Nurmi 1,500 metr və 20 km arasında məsafələrə qaçış üzrə 22 rəsmi dünya rekordunu müəyyənləşdirib və Olimpiya Oyunlarında on iki dəfə iştirakı ərzində doqquz qızıl və üç gümüş medal qazanıb. 14 illik karyerası boyu o, ölkələrin kross yarışlarında və 10,000 metrlik məsafələrdə məğlubiyyətsiz oyunlar seriyasını qoruyub saxladı. Fəhlə ailəsində anadan olmuş Nurmi 12 yaşında ailəsini təmin etmək üçün məktəbi tərk etdi. O, 1912-ci ildə Hannes Kolehmaynenin Olimpiya uğurlarından ilhamlanaraq, özüdə ciddi olaraq qaçış idmanı ilə məşğul olmağa başladı. Nurmi hərbi xidməti zamanı bu idman növündə daha da inkişaf etməyə başladı və ilk dəfə 1920-ci il Yay Olimpiya Oyunlarında debüt etdi. 5000 metr məsafəyə qaçış yarışlarında gümüş medal qazandıqdan sonra, o 10000 metr məsafəyə və kross yarışlarında qızıl medal qazandı. 1923-cü ildə Nurmi eyni vaxtda 5000 və 10000 metr məsafələrə qaçış yarışlarında dünya rekorduna sahib olan və hələki yeganə idmançıdır. Nurmi 1924-cü il Yay Olimpiya Oyunlarında iki saatdan az müddətdə müxtəlif məsafələrə qaçış yarışlarında qızıl medallar qazandı.
Pavo cristatus
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. == Ümumi xarakteristikası == Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Pavo muticus
Yava tovuz quşu (lat. Pavo muticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü.
Villibald Pahr
Villibald Pahr — 1983–1986-cı illərdə Avstriyanın Qərbi Almaniyadakı səfiri. 1986–1989-cu illərdə Ümumdünya Turizm Təşkilatının baş katibi.
Maho-şoco
Maho-şoco (魔法少女 ; "sehrli qız") – sehrli qabiliyyətlərə malik gənc qızlar haqqında anime və manqa janrı. Adətən "sehrli qız" tipinə malik olan anime və manqanın əsas personajı qızlardır; Bu personajlar dostluğa inanan uşaqlar və ya yeniyetmələrdir. Janr 1966-cı ildə Sally the Witch anime seriyası ilə yaranmışdır.
Vanq Pao
Vanq Pao (laos ວັງປາວ; 8 dekabr 1929, Sianqkxuanq[d] – 6 yanvar 2011, Klovis[d], Kaliforniya) — Laos hərbçisi və siyasətçisi, kral qoşunlarının generalı, antikommunist hmonq milisi olan "Gizli Ordu"nun komandiri. Hind-Çin, Vyetnam və Laosda vətəndaş müharibələrinin fəal iştirakçısı olmuşdur. Müharibədəki məğlubiyyətdən və Laosda kommunist rejimi qurulduqdan sonra mühacirət etmiş, ABŞ-dəki icmasının və Laosun Azadlığı Uğrunda Birləşmiş Milli Cəbhənin lideri idi. O, Laosda dövlət çevrilişinə cəhddə ittiham olunmuş, hərbi cinayətlərdə və narkotik alverində iştirakda şübhəli bilinirdi. == Vəfat və irsi == Vanq Pao 2011-ci ildə 81 yaşında sətəlcəmdən vəfat etmişdir. Vang Paonun dəfn mərasimi ətrafında müəyyən çətinliklər yaranmışdı. Generalın tərəfdarları onun ABŞ-nin hərbi müttəfiqi kimi Arlinqton qəbiristanlığında dəfn edilməsində israr edirdilər, lakin hərbi cinayətlərdə və narkotiklərin qanunsuz dövriyyəsində iştirakda ciddi şübhələr olduğu üçün bu təklif rədd edilmişdi. Eyni əsaslarla Madisonda bir məktəbə Vang Pao adının verilməsi təklifi daha əvvəl mübahisələrə səbəb olmuşdu.
Pako de Lyusiya
Fransisko Sançez Qomez (Alxesiras, Cadiz vilayəti, İspaniya, 21 dekabr 1947-ci il — Playa del Karmen, Kintana Roo, Meksika, 25 fevral 2014-cü il), səhnə adı Pako de Lyusiya, bəstəkar və flamenko gitaraçısı. == Həyatı == İlkin gitara biliklərini atası Antonio Sançez Pesino və qardaşı Ramon de Alxesirasdan almışdır. Ailəsinin flamenko dünyası ilə sız əlaqədə olması kiçik Pakoya Ninyo Rikardo və Sabikas kimi dövrün məşhur gitaraçıları ilə tanış olmaq imkan yaratdı. 1962-ci ildə Xerez de la Fronterada keçirilən Beynəlxalq Flamenko Sənəti müsabiqəsində qardaşı Pepe de Lyusiya ilə birgə qalib olur və bir müddət sonra "Los Çikitos de Alxesiras" adlı qrup yaradaraq ilk disklərini çıxarırlar. Sonrakı illərdə Fosforito və "El Librexano", 1969-cu ildən isə Kamaron de la İsla kimi kantaorlarla birgə çalışmışdır. "Fuente i kuadal" adlı diskinin 1973-cü ildə işıq üzü görməsindən sonra Pakonun ifaları daha geniş auditoriyalarda səslənməyə başlayır. İllər keçdikcə ənənəvi flamenko mühitindən uzaq səhnələrdə ifa etdiyindən Pako de Lyusiya yaradıcılığına yeni rənglər qatır. Gitaraçı Şimali Amerika , Yaponiya və Avropada bir sıra uğurlu qastrol səfərlərində olmuşdur. Müasir flamenkonun ən əsas fiqurlarından biri olduğunu nəzərə alaraq, bossa-nova, ca ritmləri və klassik musiqilərdən istifadə etməklə bu sənət növünü dünya səviyyəsinə qaldırmaq Pakoya aid olmuşdur. Burada biz onun Karlos Santana, Con Maklaflin, Al di Meola kimi dünyaca məşhur ifaçılarla , eyni zamanda Tomatito və Kamaron de la İsla ilə əməkdaşlığını qeyd edə bilərik.
El Paso (dairə, Kolorado)
El Paso dairəsi, Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında yerləşən dairədir. Dairənin əhalisi 2014-cü ilin statistikasına görə 663,519 nəfər təşkil edir. Dairənin mərkəzi Colorado Springs şəhəridir.
El Paso Energy Building
El Paso Energy Building - 153 metr hündürlüyü olan Texasın Hyuston şəhərində göydələn. Tikintisi 1963-cü ildə bitmişdi, binada 33 mərtəbə var. Əvvəlcə binanın adı Tenneco idi. Bu göydələn Hyuston şəhərində hündürlüyünə görə 28-ci binadır.
Palo-Alto (film, 2013)
Palo-Alto (ing. Palo Alto) — Cia Koppolanın rejissorluğu ilə 2014-cü ildə çəkilmiş dram filmi. Ceyms Frankonun 2010-cu ildə yazdığı eyniadlı hekayə əsasında çəkilmişdir. Filmdə Emma Roberts, Cek Kilmer, Ceyms Franko, Net Vulff və Zoi Levin rol alıb. Film Kaliforniyada yaşayan üç gəncin həyatından bəhs edir. == Rollarda == Emma Roberts — April Ceyms Franko — Mr.
Aphos
Aphos (lat. Aphos) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Babo
Babo, (16 noyabr 1976) — məşhur Meksika reperi.
Ahoa
Ahoa — Uollis və Futunada yerləşən kənddir. Kənd Uollis adasının qərb sahilində yerləşən Hahake rayonuna daxildir. 2008-ci ilin statistikasına görə əhalinin sayı 437 nəfərə bərabərdir. Kəndin cənub şərqində adanın ən böyük krater gölü olan Lalolalo gölü yerləşmişdir.
Qado-qado
Qado-qado (indoneziya. gado-gado) — İndoneziya mətbəxinin şorbasıdır. Müxtəlif növ tərəvəz və bir sıra digər məhsulların bişməsindən alınır. Şorbaya araxis şirəsi də əlavə edilir. Xüsusən Yavada bu yemək çox məşhurdur. Müxtəlif regionlarda bişirilimə qaydası da müxtəlifdir. == Yaranması və yayılması == Qado-qado Yava şorbası adlanır. Adanın qərb və şərq hissəsinin milli şorbasıdır. onun bir çox növləri mövcuddur. XX əsrin ikinci yarısında qado-qado İndoneziyanın digər bölgələrinə yayılmağa başladı.