PANAŞİR(LƏMƏ)

(latın panachage-qatışıq, təbəqə) bəzi dövlətlərdə (Norveç, İsveç, İsveçrə) təmsilçilərin proporsional seçki sistemində, eyni seçicinin, eyni seçkilərdə müxtəlif siyasi partiyalardan olan namizədlərə (yəni iki və ya daha çox namizədlərə) qanunvericiliklə bərkidilmiş səsvermə imkanı (mümkünatı, icazəsi). P.-də hər bir seçicinin bir seçici səs hüququ saxlanılır, lakin bir neçə (partiyanın) namizədlərinə səs vermək hüququ verilir. P. – seçicilərə geniş seçim imkanlrının verilməsini tərənnüm edir, o prinsiplə ki, bir partiyanın namizədi seçilməyə layiqdirsə - o demək deyil ki, başqa partiyalrın namizədləri seçilməyə layiq deyillər. Odur ki, P. tətbiq edilən seçkilərdə yığılmış səslərin sayı ilə seçicilərin sayı tam mütənasib olmaya da bilər. Bəzi elmi mənbələrdə P. neqativ hal kimi qiymətləndirilir və siyasi spekulyasiyalara, pərdəarxası müxtəlif əqdlərin törədilməsinə yol açan kimi qiymətləndirilir, yəni misal üçün: partiyaların arasında həmin “artıq” səslərin (partiyanın öz seçicilərinə müraciət etməsi ilə) bir-birinə ötürülməsi.
ÖZÜNÜİDARƏ(ETMƏ)
PARLAMENT