PAPİLLOMA

is. \[lat. papilla "məməcik" + yun. -oma "şişlə bağlı sözlərdə sonluq"\] tib. İnsanlarda və heyvanlarda yaranan xoşxassəli şiş. Onun əsas struktur elementi epiteli ilə örtülmüş tərkibində damarlar olan birləşdirici toxumalı məməcikdir. Məməciklərin müxtəlif istiqamətlərdə böyüməsi bəzən papillomaya gül kələmi görünüşü verir.
PAPAYA
PARİTET
OBASTAN VİKİ
İnsan papilloma virusu
İnsan papilloma virusu (ing. human papillomavirus infection, HPV) — papillomavirus ailesinə aid, dəri ve mukozal səthlərdə bazal epiteliya qat hüceyrələrini infeksiya edən DNA virusu. Bir çox İPV infeksiyası heç bir əlamət göstərmir və 90%-i iki il ərzində spontan olaraq sağalır. Bununla birlikdə, bəzi hallarda İPV infeksiyası davam edərək, siğillər və ya xərçəng yaradan lezyonlarla nəticələnir. Bu lezyonlar təsirlənən sahəyə görə serviks, vulva, vajina, penis, anus, ağız, bademciklər və ya boğaz xərçəngi riskini artırır.

Digər lüğətlərdə