PAPİROSYANDIRAN
PARA
OBASTAN VİKİ
Papirus
Papirus (yun. πάπυρος) və ya Biblios (βιβλίον — kitab) — qədim dövrdə (eramızdan 3000 il əvvəl) Misirdə və digər ölkələrdə yazı materialı, informasiya daşıyıcısı. Papirusların hazırlanması üçün su-bataqlıq bitkisi olan papirus topalağından (lat. Cyperus papyrus) istifadə edilirdi. Üzərində yazmaq üçün xüsusi perodan istifadə edilirdi. Tez bitən papirus bitkisi Nil çayının deltasında çox yayılmışdı, hal-hazırda az bitir. Misirdə papirusun istehsalı olduqca geniş idi və burada fabriklər hətta xəlifələrin vaxtlarında da mövcud idilər. R.Əliquliyev, P.Salmanova. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı, İnformasiya Texnologiyaları, 2013, 169 s.
Papirus (bitki)
Papirus topalağı
Papirus topalağı (lat. Cyperus papyrus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. 5 m-dək hündürlüyündə çiçəkverən gövdəsi üçtilli, yoğun, dar lansetvarı yarpaqları aşağıda pulcuqvarı çıxıntılarla örtülüdür. Çiçək qrupu iri, çətirşəkilli olub, 6–16 çiçək sünbülcüyündən əmələ gəlmiş çoxlu silindrik sünbüllərdən ibarətdir. Papirus topalağı tropik Afrikada çay və göl sahillərində, sakit axan sularda bitir. Geniş cənkəlliklər əmələ gətirir. Qədimdə Misirdə, Fələstində və Cənubi Avropanın bir sıra ölkəsində becərilirdi. Papirus topalağı dekorativ bitki kimi bağ, park və oranjereyalarda yetişdirilir. Papirus topalağının gövdəsindən parça, ayaqqabı və s. hazırlanmasında istifadə olunur.
Dervenidən papirus
Dervenidən papirus və Derveni papirusu (yun. Πάπυρος του Δερβενίου) — 1962-ci ildə Derveni dar dağ dərəsi yaxınlığında qədim dəfn odunun yerində tapılmış qədim Makedoniya papirusunun tumarı. Vərəqdə fəlsəfi və dini məzmunlu mətn (e.ə. V əsrin sonları) tanrıların doğulması haqqında orfik poemanın əvvəllər məlum olmayan alleqorik interpretasiyası var. Bu traktat klassik filologiya sahəsində XX əsrin ən mühüm arxeoloji kəşflərindən biridir. Tumar e.ə. 340-cı ilə aiddir və bu, Avropada tapılan ən qədim əlyazmadır. Mətnin fraqmentləri və onun tərcümələri XX əsrdə nəşr olunsa da, tam əlyazma yalnız 2006-cı ildə işıq üzü görmüşdür.
Misir Muzeyi və papirus kolleksiyası
Misir Muzeyi və papirus Kolleksiyası ( almanca: Ägyptisches Museum und Papyrussammlung) — Berlin muzeylərinə daxil olan bir muzeydir. 2009-cu ildən Misir Muzeyi Muzey adasında bərpa edilmiş Yeni Muzeydə saxlanılır. 2009-cu ildən Frederik Zeyfrid muzeyin direktoru olub. Misir Muzeyi 1828-ci ildə Aleksandr fon Humboldt-un tövsiyəsi ilə yaradılmış, kral III Fridrix Vilhelmin kolleksiyasında Misir şöbəsində sərgilənib. Monbijo sarayında yerləşən bu şöbənin ilk rəhbəri Triestdən olan tacir Cüzeppe Passalacqua idi, arxeoloji tapıntıların toplanmasında böyük rolu olmuşdur. Bu kolleksiya 1842-1845-ci illərdə Karl Riçard Lepsiusun ekspedisiyasından gətirilmiş eksponatlarla tamamlandı. 1850-ci ildə muzey Fridrix Avqust Stülerin layihəsinə əsasən Muzey adasında tikilmiş yeni binasını, Yeni Muzeyi aldı. 1920-ci ildə Ceyms Simon kolleksiyanın ən məşhur əsəri olan Nefertitinin büstünü muzeyə hədiyyə etdi. Simon Misirin Amarna şəhərində Lüdviq Borçardtın rəhbərlik etdiyi qazıntıları maliyyələşdirib və tapıntıların Almaniyaya çatdırılmasını təmin edib. İkinci Dünya Müharibəsi muzeyin fondlarını ayırdı.
Moskov papirusu
Moskva şəhərində A.S Puşkin adına Təsviri İncəsənət Muzeyinda saxlanılan Qədim Misir riyazi papirusu, digər adı Qolenişşevin riyazi papirusu – məlum olan qədim riyazi mətnlərdən biri. Bizim eradan əvvəl 1850-ci ilə yaxın tərtib olunmuşdu və buna görə də öz qədimliyi ilə digər məşhur riyazi məsələlərin həllinə həsr olunmuş Rinda Papirusu adlanan (və ya Ahmes Papirusu) və bizim eradan əvvəl 1650-ci ilə yaxın yazılan Qədim Misir mətnindən üstündür. Beləliklə, Moskva Papirusu Rinda Papirusundan təxminən 200 yaş böyükdür.
Moskva riyazi papirusu
Moskva şəhərində A.S Puşkin adına Təsviri İncəsənət Muzeyinda saxlanılan Qədim Misir riyazi papirusu, digər adı Qolenişşevin riyazi papirusu – məlum olan qədim riyazi mətnlərdən biri. Bizim eradan əvvəl 1850-ci ilə yaxın tərtib olunmuşdu və buna görə də öz qədimliyi ilə digər məşhur riyazi məsələlərin həllinə həsr olunmuş Rinda Papirusu adlanan (və ya Ahmes Papirusu) və bizim eradan əvvəl 1650-ci ilə yaxın yazılan Qədim Misir mətnindən üstündür. Beləliklə, Moskva Papirusu Rinda Papirusundan təxminən 200 yaş böyükdür.
Turin çar papirusu
Turin çar papirusu (Papyrus royal de Turin) uzunluğu 170 sm olan, günümüzə 160 fraqmentə parçalanmış şəkildə gəlib çıxmış, üzərində Qədim Misirin mifik və tarixi çarlarının siyahısı həkk olunmuş papirus əlyazma Turin çar papirusuhda ilk on beş sülalə fironlarının adları, hökmranlıq müddətinin ili, ayı və günü, hər bir sülalənin yekun hökmranlıq müddəti göstərilmişdir. Turin çar papirusundakı siyahı tanrı sülalələri ilə başlanır. Siyahının ilk hissəsində Ptahla başlanan Memfis tanrıları, ikinci hissədə Amonla başlanan Fiv tanrıları, üçüncü hissədə tanrı xarakterli ilahi heyvanlar (Anubis, İbis, Apis, Mnevis və s.) yer alırlar. Papirusun yazılma (yaranma) tarixi mübahisəlidir. Əlyazmada dövri olaraq XX sülalə fironu III Ramzesin adının xatırlanması onun qədim nüsxədən köçürülmə olmasına bir növ işarədir. Papirus Manefon çar siyahısı ilə tutuşdurulduqda onların hər ikisinin eyni mənbədən yarandığını demək olar. Turin çar papirusunda Misir fironları ilə yanaşı hiksos hökmdarlarının və digər az tanınan çarların adları da göstərilmişdir. Papirus Liksorda 1820 ci ildə Misirdə Fransanın baş konsulu vəzifəsini tutarkən Bernardino Drovetti tərəfindən aşkarlanmış və onu 1824 cü ildə Turin Misir muzeyinə satmışdır. Italiyaya gətirilərkən papirus ovxalanaraq kiçik fraqmentlərə parçalanmış olur. Onu ilk dəfə yığmaq dahi Şampoleona nəsib olmuşdur.
Sais orakul papirusu
Sais orakul papirusu — Misirin Sonrakı dövrünə aid papirus. Burada bir adam atasından onun məbədinin kahinliyini tərk edib qonşu şəhərin (Montu-Re-Horaxtı ) kahinliyinə qoşulmasına icazə verilməsi üçün müraciət edir. Təsvirdə Amun-Re tanrısının presessiyasını müşahidə etmək olar, onun məbədinin hissələri kahinlər tərəfindən tutulan daşıyıcı dirəklərin üstündə görünür.
London tibbi papirusu
London tibbi papirusu — qədim Misir papirusu. Londonda, Britaniya Muzeyində saxlanılır. Bu papirusun yazıları 61 reseptdən ibarətdir, onlardan 25-i tibbi, qalanları isə magiyalı reseptlərdir. Yazının tibbi mövzuları dəri şikayətləri, göz şikayətləri, qanaxma (əsasən sehirli üsullarla ana bətnində uşaq ölümünün qarşısını almaq məqsədi ilə) və yanıqlardır. Papirus ilk dəfə 1912-ci ildə Leypsiqdə Valter Vreszinski tərəfindən nəşr edilmişdir. Papirus BM EA 10059 kimi də tanınır. == İstinadlar == == Xarici keçidlər == "London Medical Papyrus, New Kingdom, c.1325 BC". Bridgeman Art Library International. 2011-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-29.

Значение слова в других словарях