parabolik kollektor

ру параболический коллектор en parabolic collector de Parabolkollektor fr collecteur parabolique es colector parabólico it collettore parabolico
parabolik güzgü
parabolik qanov
OBASTAN VİKİ
Kollektor
Parabolik dyunlar
Neft və qaz üçün kollektor olan süxurlar
Neft və qaz üçün kollektor olan süxurlar - Neftin və qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki (süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü kimi, neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir. Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və metamorfik olur. Çökmə süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və s. nəticəsində əmələ gəlir. Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb, müxtəlif ölçülü parçalar və qırpıntılar əmələ gəlir. Çaylar bu süxur parçalarını və qırıntılarını gətirib dənizlərə tökür.