Parasitiformes
Parazitiform gənələr (lat. Parasitiformes ) — Hörümçəkkimilər sinfinə aid dəstə.
Parazitiform gənələrdə bədən iki hissədən ibarət olur: 2 cüt ön ətraflı qnatosom və 4 cüt ayaqlı idiosom. Bu gənələrin bədəni seqmentləşməmişdir. Ayaqların birinci buğumları sərbəst şəkildə bədənə birləşmiş, hərəkətli və ya azhərəkətlidir. Onlarda 1 cüt yaxşı nəzərəçarpan nəfəsgah vardır. Cinsiyyət dəliyi idiosomun ön hissəsində yerləşir. İnkişaf sikli aşağıdakı fazaları əhatə edir. Yumurta, sürfə, nimfa və yaşlı gənə. Cinsi dimorfizim adətən yaxşı ifadə olunmuşdur.