paravulkanogen
parazitar
OBASTAN VİKİ
Parazit göbələkləri
Parazit göbələklər — bitki xəstəliklərini törədən göbələklərdir. Parazit göbələyinin törətdiyi xəstəliklər aşağıdakılardı: Sürmə — Çiçəkli orqanlarda müşahidə olunur; sünbülləşmə zamanı qaralmış yaxud formasını itirmiş sünbül xaricə çıxır. Çovdar mamırı — Çovdar çiçəkləyən zaman göbələyin sporları yumurtalığı zədələyir. Nəticədə dən yerinə tünd qəhvəyi rəngdə buynuzcuq əmələ gəlir. Məhsuldarlığı kəskin azaldır. Pas göbələkləri — Zədələnmiş bitkilər narıncı və ya pas rəngdə ləkələrlə örtülür. Kartof çürüməsi — Bitkilərin yarpaqlarını zədələyir, onların üzərində tünd ləkələr əmələ gəlir. Rütubətli havada qaralır və çürüyür, güclü zədə onları məhv edir. Kartof yumurtalarını və pomidorun meyvələrini zədələyir. Mildium — Üzüm meyvəsinin (tənək) təhlükəli parazitidir, ilk növbədə budaq, meyvə və xüsusilə yarpaqları zədələyir.
Parazit qamçılılar
Parazit qamçılılar— sarkomostiqoforlar tipinin (sarcomastigophora) qamçılılar (mastigophora) sinifinə daxildir. Trypanasoma gambiense insanda parazitlik etməklə Mərkəzi Afrikada yayılmış yuxu xəstəliyi adlanan təhlükəli xəstəliyi törədirlər. Parazit ilk mərhələdə qanın plazmasında yaşayır və sonra onurğa beyninə daxil olur. Qidalanması osmotik yolladır. Qidalanmanın tullantı məhsulları qana ifraz olunur. İfrazat məsulları qana ifraz olunur. İfrazat məhsulları (toksin) zəhərlidir və bu da ertrositlərin parçalanmasına səbəb olunur. İyşəkilli formada olub, hər iki tərəfdən sivridir və xlorofilləri olmadığına görə rəngsizdir. Bədənləri 15–30 mikron ölçüdə olmaqla kiçik orqanizimlərdir. Qamçısı bədənin dal tərəfinə yaxın hissədə bazal dənəciyilə əlaqəli sahədən başlanır.
Parazit sürüklənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Parazit sürütlənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. Mərkəzi vulkan Yan püskürmə Şlak konusu Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Parazit (film, 2019)
Parazit (kor. 寄生蟲, Parasite) 2019-cu il 30 may böyük ekranda göstərilən Koreya qara komediya və saspens filmidir. Rejissor BongJoon-honun yeddinci uzunmetrajlı filmidir. Filmin ssenarisini Han Cin-vin ilə birlikdə yazmışdır. Filmdə (Song Kang-ho) Son Kanqho, Lee Sun-gyun, (Jo Yeo-jung) Li Yucun, (Hyejin Jang) Hyecin Canq, (Lee Jung-eun) Li Cun-un, (Choi Woo-sik)Çoi Vuşik, Pak So-dam və Pak Myon-hun və s. aktyor və aktrisalar yer alır . Koreya Respublikasında 20 milyondan çox tamaşaçıya nümayiş olunmuş və 72-ci Cannes kinofestivalına rəsmi müsabiqə kateqoriyasına dəvət almışdır. 21 Mayda Cannes şəhərində yerləşən Lumier Teatrında rəsmi nümayiş olunmuş və Qızıl Palma Budağına layiq görülən 2013-cü il istehsalı olan "Adelin həyatı" filmindən sonra yekdilliklə mükafat alan qazandığı ilk Koreya filmi olmuşdur. 30 may 2019-cu ildə CJ Entertainment distribütorluğu ilə Koreyada nümayiş etdirilmişdir. Film tənqidçilər tərəfindən bpyük rəğbət qazanmış və 2019-cu ilin ən yaxşı filmlərindən biri olaraq seçilmişdir.
XBT-10: I sinif. Bəzi infeksion və parazit xəstəliklər
(A) — Vəba
XBT-10: I sinif. Bəzi infeksion və parazit xəstəlikləri
(A) — Vəba
Malyariya paraziti
Plasmodium (lat. Plasmodium) — chromista aləminin apicomplexa tipinin aconoidasida sinfinin haemospororida dəstəsinin plasmodiidae fəsiləsinə aid xromist cinsi. Malyariya paraziti mikroskopik ölçüyə malikdir. Bu paraziti insana anofeles cinsindən olan ağcaqanadlar keçirir. Parazitlə yoluxmuş ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir. Qana keçmiş parazitlər qaraciyər toxumasına daxil olur. Burada parazitlər böyüyür və çoxalır: nəticədə çoxlu miqdarda cavan hüceyrələr (parazitlər) əmələ gəlir, çoxalma yenidən təkrar olunur. Əmələ gəlmiş yeni cavan parazitlər qanın qırmızı qan cisimciklərinə daxil olur, orada qeyri-cinsi yolla yuxarıdakı qaydada (qaraciyər toxumasında olduğu kimi) təkrarən yenidən bölünür, nəticədə qırmızı qan cisimcik partlayır. Qanın plazmasına tökülən parazitlər yeni sağlam eritrositlərə daxil olur və həmin proses yenidən təkrar olunur. Müəyyən müddətdən sonra insanın qanında olan parazitlərin çoxalması dayanır və onların sonrakı inkişafı üçün ağcaqanadın bədəninə düşməsi lazımdır.
Mequro Parazitologiya Muzeyi
Mequro Parazitologiya Muzeyi (目黒寄生虫館, Mequro kiseyçukan) – Yaponiyanın Tokio şəhərinin Mequro rayonunda yerləşən tibbi muzey. Dünyada parazitlərə və parazitologiya elminə həsr olunmuş yeganə muzeydir. Mequro Parazitologiya Muzeyi 1953-cü ildə Satoru Kameqay tərəfindən Tokio şəhərinin Mequro rayonunda yaradılmışdır. Muzeyin birinci mərtəbəsində müxtəlif parazit növlərini göstərən xəritələr və heyvan parazitləri nümayiş etdirilir. İkinci mərtəbə insan parazitlərinə həsr olunmuşdur. Muzeyin kolleksiyasına 45.000-dən çox parazit növü daxildir. Parazit növlərinin 300-dən çoxu formalinlə doldurulmuş şüşə qablarda saxlanılır. Muzeydə 92 yaşlı Satoru Kameqayın bədənində tapılmış parazit də nümayiş etdirilir. Muzeyin əsas xüsusiyyətlərindən biri dünyanın ən böyük lentşəkilli qurd nümunəsinə (8,8 metr) ev sahibliyi etməsidir. Parazitin ölçüsünü daha rahat başa düşmək üçün yanına eyni uzunluqda ip qoyulub Muzeyi ildə 70.000-ə yaxın şəxs ziyarət edir və onların yarısından çoxu gənclərdir.
Musa Musayev (parazitoloq)
Musayev Musa Əbdürəhman oğlu (27 dekabr 1921 və ya 1921, Gəncə – 4 dekabr 2010 və ya 4 oktyabr 2010, Bakı) — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsinin akademik-katibi, AMEA Zoologiya İnstitutunun direktoru. Musa Musayev 27 dekabr 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi. Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadənin nəvəsidir. Xeyli parazit və sərbəst yaşayan ibtidailərin (Protozoa) morfoloji xüsusiyyətləri və sistematikası tədqiq edilmişdir, ekoloji parazitologiyanın bəzi məsələləri işlənilmişdir. Məməlilər və quşlardan 150-dən çox elm üçün yeni koksidi növü təsvir edilmişdir, onlardan 15-nin həyat tərzi açıqlanmışdır. Koksidilər heyvanların bağırsaq, qan və başqa toxumalarında parazitlik etdikdə hüceyrə və orqanizm səviyyəsində parazit-sahib münasibətlərinin biokimyəvi və s. mexanizmləri tədqiq edilmişdir. Azərbaycanda zooloji tədqiqatların çoxillik nəticələri çap olunmuş monoqrafiyalarda ümumiləşdirilmişdir. Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1959, biologiya Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1967, biologiya Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 350 Xaricdə çıxmış elmi əsərlərin sayı: 150 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 10 SSRİ-də yaşayan gəmiricilərin koksidləri, 1965 (rus dilində).
Parazitar xəstəliklər
Parazitar xəstəliklər — parazitlərin (protozoylar, helmintlər və buğumayaqlılar) yaratdığı xəstəliklər qrupu. Bu xəstəlikdə parazit insan orqanizminə zərər verir və ya onun hesabına yaşayır. Onlar yoluxucu xəstəliklərin tərkib hissəsidir. Parazitar xəstəliklər yoluxucu xəstəliklərin bir hissəsi olsa da, adətən bir-birindən ayrılırlar və yoluxucu xəstəliklər birhüceyrəli orqanizmlərin (viruslar, bakteriya, göbələklər, ibtidailər) törətdiyi xəstəliklər hesab olunur. Bir sözlə viruslar maddə quruluşunun qeyri-hüceyrəvi formasına aiddir. Parazitar xəstəliklərin törədiciləri - çoxhüceyrəli heyvanlar - müxtəlif helmintlər və buğumayaqlılardır. Buğumayaqlılar arasında insan xəstəliklərinə bəzi patogen və fürsətçi gənələr — akariazlar, araxnozlar, həşəratlar — entomozlar, linqvatulidozlar və nadir hallarda qırxayaqlar — miriapodiasislər səbəb ola bilər. Buğumayaqlılar arasında ektoparazitlər üstünlük təşkil edir. Parazitar qurdlar insanlarda müxtəlif helmintozlara səbəb olur: tüylü qurdlar — trematodlar, lentşəkilli qurdlar — sestodoz, tikanbaşlılar —akantosefaloz, yumru qurdlar — nematodlar, zəlilər — hirudinozlar törədir. Bəzən insanlarda təsadüfi qılqurdlar — nematomorfa rast gəlinir.
Parazitiform gənələr
Parazitiform gənələr (lat. Parasitiformes ) — Hörümçəkkimilər sinfinə aid dəstə. Parazitiform gənələrdə bədən iki hissədən ibarət olur: 2 cüt ön ətraflı qnatosom və 4 cüt ayaqlı idiosom. Bu gənələrin bədəni seqmentləşməmişdir. Ayaqların birinci buğumları sərbəst şəkildə bədənə birləşmiş, hərəkətli və ya azhərəkətlidir. Onlarda 1 cüt yaxşı nəzərəçarpan nəfəsgah vardır. Cinsiyyət dəliyi idiosomun ön hissəsində yerləşir. İnkişaf sikli aşağıdakı fazaları əhatə edir. Yumurta, sürfə, nimfa və yaşlı gənə. Cinsi dimorfizim adətən yaxşı ifadə olunmuşdur.
Parazitizm
Parazitlik və ya parazitizm – növlər arasında qida əlaqə forması olub, partnyor orqanizm (konsument) canlı sahibinin bədənindən həm qidalanma mənbəyi, həm də məskunlaşma (yaşama) yeri (daim və ya müvəqqəti) kimi istifadə edir. Parazitlər öz sahibindən xeyli kiçik olur. Parazitizm yırtıcılardan fərqli olaraq növlərin dar çərçivədə ixtisaslaşması ilə səciyyələnir. Belə ki, sahib paraziti yalnız qida ilə deyil, həm də mikroiqlim, mühafizə və s. ilə təmin edir. Parazit sahibinin orqanizminin xüsusiyyətlərinə nə qədər yaxşı uyğunlaşarsa, onun orada çoxalmaq və nəsilvermək ehtimalı da artar. Parazitlik əlaqələri ziyanverici həşərat və bitki, qansoran həşərat, heyvan və s. ola bilər. Parazit həşəratlar çox vaxt epidemiyanın yayıcısı ola bilər (bitlər-tif, gənələr-ensefalit xəstəliyi və s.). Parazitin sahiblə sıx təmasda olması iki cür seçmə nəticəsidir.
Parazitologiya
Parazitologiya — yer üzərində yaşayan bütün parazit canlıları öyrənən tibbin bir bölməsidir. Parazitlər bildiyimiz kimi digər canlıların bədənində yaşayıb, onların orqanzimindəki bütün lazımi maddələri özlərinə çəkir. Qeyd edək ki,parazitlər iki cür ola bilər: ektoparazitlər (xarici), endoparazitlər (daxili). Ektoparazitlərin əksəriyyəti aerobdur. Onlara tibb zəlisini, buğumayaqlıların həşəratlar sinifinə daxil olan əksər cücü növlərini və s.-ni misal göstərmək olar. Endoparazitlərə askaridi, öküz soliterini, qaraciyər sorucusunu, exinokokku, uşaq bizquyruğunu,malyariya parazitini və s.-ni misal göstərmək olar. Parazit orqanzimlər müxtəlif aləmlərin nümayəndəsi ola bilər. Məsələn, yuxarıda sadaladığımız canlıların hamısı heyvanlar aləminə məxsus parazitlərdir. Bundan başqa bakteriyalar aləminin nümayəndələri tərəfindən törədilən angina, skarlatina, vərəm vəba, taun, brusselyoz, saqqo və s. kimi xəstəliklər parazit xəstəlikləridir.
İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989)

Значение слова в других словарях