Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakteriya
Bakteriyalar (lat. Bacteria) — təkhüceyrəli mikroorqanizmalardır. Prokaryotik mikroorqanizmlərin əksəriyyətini təşkil edən qrupdur. Böyüklükləri 0,1–10 mm arasındadır. Bakteriyaların dünya üzərində 3,5 milyard ildir yaşadıqları bilinməkdədir. Dünyada ən çox yayılmış orqanizmlərdir və yer kürəsində həyatın davam etməsi üçün böyük önəm təşkil etməkdədirlər. == Bakteriyaların öyrənilmə tarixi == Bakteriyalar hələ yaxşı öyrənilməyəndə bitkilərə aid edilirdi. "Bağırsaq florası" anlayışı da buradan yaranıb. == Yarımaləmlər == Arxebakteriyalar Əsl bakteriyalar OksifotobakteriyalarArxebakteriyalar: əsasən, metansintezedici bakteriyalardır. Növlərinin sayı 40-dan çoxdur.Arxebakteriyalarda fotosintez xlorofil yox, bakteriorodopsin əsasında baş verir.
Tulyaremiya bakteriyası
Tulyaremiyanın lat. Francisella tularensis törədici mikrobu lat. Francisella növünə, lat. Brucellaceae ailəsinə mənsubdur. Mikrob hərəkətsizdir, kokkabənzərdir, ölçüləri 0,1–0,5 mkm-dir. Spor əmələ gətirmir. Kapsulu vardır. Qrammənfidir. Karbol fuksini ilə və Romanovski-Gimza üsulu ilə boyanır. Qida mühitlərində kulturadan alınmış tulyaremiya bakteriyalarının çöpşəkilli formaları biopolyar boyana bilir.
Bakteriyalar
Bakteriyalar (lat. Bacteria) — təkhüceyrəli mikroorqanizmalardır. Prokaryotik mikroorqanizmlərin əksəriyyətini təşkil edən qrupdur. Böyüklükləri 0,1–10 mm arasındadır. Bakteriyaların dünya üzərində 3,5 milyard ildir yaşadıqları bilinməkdədir. Dünyada ən çox yayılmış orqanizmlərdir və yer kürəsində həyatın davam etməsi üçün böyük önəm təşkil etməkdədirlər. == Bakteriyaların öyrənilmə tarixi == Bakteriyalar hələ yaxşı öyrənilməyəndə bitkilərə aid edilirdi. "Bağırsaq florası" anlayışı da buradan yaranıb. == Yarımaləmlər == Arxebakteriyalar Əsl bakteriyalar OksifotobakteriyalarArxebakteriyalar: əsasən, metansintezedici bakteriyalardır. Növlərinin sayı 40-dan çoxdur.Arxebakteriyalarda fotosintez xlorofil yox, bakteriorodopsin əsasında baş verir.
Nitrifikasiyaedici bakteriyalar
Nitrifikasiya (lat. nitrogenium - azot) – ammonium duzlarının nitratlarla mikrobioloji çevrilməsi prosesi; torpaqda və su hövzələrində gedir. Yandırılan məhsullar nəticəsində atmosferdə toplanan azot oksidləri yağış və s. yollarla suya, torpağa daxil olduqda oradakı nitrifikasiya bakteriyalarının köməyi ilə nitratlara çevrilir. Suda bu duzların çox toplanması onu içmək üçün yararsız edir. Torpaqda nitrifikasiyanın qarşısını almaq üçün bu prosesi ləngidən kimyəvi maddələrdən istifadə edilir. == Nitrifikasiya bakteriyaları == Ammoniumu və ammonium duzlarını nitratlara çevirən torpaq və su aerob bakteriyaları.
Termogen bakteriyalar
Termogen bakteriyalar – böyümə və fəaliyyəti prosesində özündən ətraf mühitə xeyli istilik (+70-80 °C-dək) ayıran bakteriyalar. Termogen bakteriyalara yüksək temperaturda inkişaf edən bakteriyalar aiddir. Üzvi maddələrlə zəngin olan torf, meşə döşənəyi, peyin və quru otda çoxalır, onların populyasiyalarının ən intensiv böyüməsi 50 °C-dən yüksək temperaturda gedir. Termogen bakteriyalar öz mühitinin yanmasına özü «səbəbkar»” ola bilər.
Baktriya
Baktriya (Farsca: باخت Baxtər) ya da Toxaristan, Hindukuş dağları (هندوکش) və Amu Dərya çayı ərazisində yerləşən, mərkəzi bugünkü Bəlx şəhəri olan o dönəmki adı ilə Baktra / Bəlxika / Baxdi olan, Əfqanıstan sərhədləri içindəki antik bir ölkədir. == Tarixi == Makedoniyalı İsgəndərə qarşı Orta Asiya xalqlarının makedoniyalılara qarşı mübarizəsinə soqdinalı Spitamen başçılıq edirdi. Bu mübarizədə soqdanalılar, saklar, massagetlər, dahlar və s. xalqlar iştirak edirdilər. Baktriya, Soqdiana və başqa ərazilərdəki hərbi əməliyyatlar zamanı makedoniyalılar yerli əhalidən 120 min nəfərdən yuxarı adam qırmış, xeyli hisəsini qula çevirmiş, köçəri tayfalar isə daha uzaqlara köç etməli olmuşdular. Spitamen e.ə. 329-328-ci illərdə İsgəndərə böyük zərbə vursa da, son nəticədə məğlub olmuş və şərqdəki köçəri tayfalara üz tutmuşdu. Onlar isə İsgəndərin hərbi əməliyyatları davam etdirəcəyindən ehtiyat edərək Spitameni öldürmüş, kəsilmiş başını isə İsgəndərə göndərmişdilər. Lakin üsyanların yatırılması mümkün olmamışdı. Belə ki,Spitamen öldürüldükdən sonra xalq hərəkatına Oksiart, Xorien və başqaları rəhbərlik etmişdilər.
Baktriya qızılı
Baktriya qızılı — Əfqanıstanın Tillya-Təpə şəhəri yaxınlığında 1978-ci ildə tapılmış qızıl əşyalar. Qızıl əşyalar e.ə. I əsrdə dəfn edilmiş kuşan çarlarının qəbrlərində tapılıb. Qazıntını sovet-əfqan arxeloji ekspedisiya həyata keçirmiş. Qazıntılara Sarianidi Viktor İvanoviç rəhbərlik edirdi. Hər qazılmış türbədən üç minə yaxın qızıl əşya aşkar edilmişdir. Ümumən 20 min qızıl əşya- bəzək və qızıl silahlar tapılıb. == Tarixi == Dəfn olunmuşları aşkar etdikdən sonra arxeloqlar “Qızıl təpədə” qazıntıları davam etdirməyi planlaşdırırdılar. Ancaq 1979-cu ildə başlanılan Əfqanıstan müharibəsi (1979-1989) qazıntıların davam edilməsinə mane oldu. Tapılmış qızıl əşyalar Kabil muzeyində yerlışdirildi.
Yunan-Baktriya padşahlığı
Yunan-Bakrtiya padşahlığı (yun. Βακτρία) —Baktriya və Soqdiana ərazisində tarixi dövlət. == Tarixi == Şərqdə yaranan Yunan-Bakrtiya padşahlığının mövcudluğu da Parfiya üçün geosiyasi baxımdan qeyri-münasib şərait yaratmışdı. Bunun səbəbi isə yeni yaranan dövlətlərin ictimai-siyasi təbiətində olan prinsipial fərqdən irəli gəlirdi. Yunan-Baktriya tərəfdən qarşıya qoyulan plana görə, militarist ruhlu yunan-makedoniyanı ayrıca bir bölgədə döyüşə hazır vəziyyətdə saxlamaq nəzərdə tutulurdu. Təqribən yüz il bundan qabaq Böyük İskəndər öz hakimiyyətini möhkəmləndirmək üçün yunan-makedoniya əhalisinin mühacirətindən istifadə edərək onları hərbi qəsəbələrdə yerləşdirdi. Qədim Roma tarixçisi Yustin Sələvkilərin varisi oıan Diodotu "min Baktriya şəhərinin" canişini adlandıraraq göstərirdi ki, onlar əsasən imperiyanın Mərkəzi Asiya bölgələrində güclü surətdə təmərküzləşmişdi. Diodot (e.ə.256-230), onun canişinləri II Deodot (230-220) və Evtidam (220-190) çoxsaylı peşəkar yunan hərbiçilərinə güvənərək Sələvkilərin əvvəllər sahib olduğu Mərkəzi Asiya torpaqlarında öz hakimiyyətlərini möhkəmlətdilər.Onlar sonralar diodoxların ən güclü imperiyasına və onların bölgədə möhkəmlənmək cəhdlərinə qarşı hərbi müqavimət göstərdilər. Arşak və varisləri ölkə daxilində qələbə qazanaraq, onun ətrafında olan qüvvələrlə düşmən vəziyyətində qaldılar. Sələvkilərin imperiyası ilə münaqişəyə daha bir problem – yəni iranlılarla tarix boyu rəqabət aparan Yunan-Baktriya padşahlığı ilə münasibətlərin kəskin şəkildə soyuqlaşması əlavə olundu.
Bakterioz
Bakterioz — bakteriyaların törətdiyi bitki xəstəlikləri.
Hatteriya
Hatteriya (lat. Sphenodon) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin dimdikbaşlar dəstəsinin hatteriyalar fəsiləsinə aid heyvan cinsi. Xarici görünüşcə iri kərtənkələyə oxşamasına baxmayaraq, hatteriyanın orqanlarının quruluşu özünəməxsus qədimilik və primitivliklə səciyyələnir. Baş və gövdənin üzəri qərni pulcuqların ən primitiv forması olan xırda pulcuqlarla örtülüdür. Fəqərələri balıqlarda ol¬duğu kimi amfisoldur, fəqərələrin cismi arasında xorda qalır. Steqosefalların qarın zirehinin qalığı sayılan dərialtı qarın qabırğaları var. Amfibilərdə olduğu kimi xış sümükləri üzərində də dişlər olur. Yaxşı inkişaf etmiş təpə gözü var. Təbil boşluqları və təbil pərdələri yoxdur. Kəllə qutusu diapsid quruluşdadır.
Arteriya
Arteriyalar lat. arteriae (aer – hava, tereo – saxlayıram) — venalardan fərqli olaraq qanı ürəkdən aparan damarlar. Arteriyalar elastik olduqları üçün kəsildikləri zaman ağızları açıq qalır və artıq dərəcədə qanaxma əmələ gəlir. Meyitdə çox vaxt bunlar boş olur, çünki, insan öləndə ürəyin axırıncı sistolasından sonra arteriyalar elastik olduqları üçün yığılır və özlərində olan qanı kapillyarlara vururlar. Buna əsaslanaraq keçmişdə arteriyaları boş gördükləri üçün hava borusu deyə adlandırmışlar. Arteriyalar üç qişadan təşkil olunmuşdur: daxili qişa və ya intima qişası – lat. tunica intima; orta qişa (əzələ qişası) – lat. tunica media; xarici qişa – lat. tunica externa (tunica adventitia -BNA). == İntima qişası == İntima qişası nazik birləşdirici elasiki toxumadan (lat.
Bacteria
Bakteriyalar (lat. Bacteria) — təkhüceyrəli mikroorqanizmalardır. Prokaryotik mikroorqanizmlərin əksəriyyətini təşkil edən qrupdur. Böyüklükləri 0,1–10 mm arasındadır. Bakteriyaların dünya üzərində 3,5 milyard ildir yaşadıqları bilinməkdədir. Dünyada ən çox yayılmış orqanizmlərdir və yer kürəsində həyatın davam etməsi üçün böyük önəm təşkil etməkdədirlər. == Bakteriyaların öyrənilmə tarixi == Bakteriyalar hələ yaxşı öyrənilməyəndə bitkilərə aid edilirdi. "Bağırsaq florası" anlayışı da buradan yaranıb. == Yarımaləmlər == Arxebakteriyalar Əsl bakteriyalar OksifotobakteriyalarArxebakteriyalar: əsasən, metansintezedici bakteriyalardır. Növlərinin sayı 40-dan çoxdur.Arxebakteriyalarda fotosintez xlorofil yox, bakteriorodopsin əsasında baş verir.
Bageriya
Baqeriya (it. Bagheria; Siciliya ləhcəsi: Baarìa) – İtaliyanın cənubundakı Siciliya adasındakı Siciliya Muxtar Bölgəsində, Palermo əyalətinə bağlı inzibati mərkəz Palermodan 15 km uzaqlıqda yerləşən bir şəhər.
Baqeriya
Baqeriya (it. Bagheria; Siciliya ləhcəsi: Baarìa) – İtaliyanın cənubundakı Siciliya adasındakı Siciliya Muxtar Bölgəsində, Palermo əyalətinə bağlı inzibati mərkəz Palermodan 15 km uzaqlıqda yerləşən bir şəhər.
Materiya
Materiya (fəlsəfə) — insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurla inikas etdirilən obyektiv reallıq
Bakterial xəstəliklər
Bakterial xəstəliklər — bakterial xəstəliklərin sayı çoxdur: angina, faringit, meningit (faringiti virus, miningiti isə virus və birhüceyrəlilər də törədə bilir), skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və s. Bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və intoksikasiyaya (zəhərlənməyə) səbəb olan zəhər (toksinlər) ifraz edir, bununla da müxtəlif orqanları zədələyir. Toksinlər iki cür olur: Endotoksinlər EkzotoksinlərEndotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılmasından sonra ifraz olunan zəhərdir. Ən təhlükəli endotoksin meningit xəstəliyi zamanı əmələ gələn meninqokokk endotoksinidir. Ekzotoksinlər bakteriyaların həyat fəaliyyəti prosesində ayrılan zəhərdir. Bakterial xəstəliklərin diaqnostikasında əsas metod bakterioloji müayinədir ki, bu zaman xəstədən tərkibində bakteriya olan material götürülür və xüsusi qida mühitində əkilir. Bakteriyaların artımından sonra (təxminən 48 saat) həmin bakteriyaların növü müəyyən olunur. Bu metodun əhəmiyyəti ondan ibarətdir ki, bakteriyaların konkret növünü müəyyən etdikdən sonra müvafiq antibiotik seçmək və müalicəyə başlamaq olar. Bundan başqa, bakterial infeksiyaların diaqnostikası üçün bakteriyaların mikroskopik tədqiqatından və qanda müəyyən bakteriya növünə uyğun antitellərin olmasını müəyyən edən seroloji üsuldan istifadə olunur. Sereloji üsul - qan zərdabında törədicinin aşkar edilməsiDiaqnoz mikoloji müayinənin nəticələrinə əsasən təsdiqlənir.
Asteriya (mifologiya)
Asteriya (yun. Ἀστερία – ulduzlu) yunan mifologiyasında titan ulduz ilahəsi, titan Koy və Febanın qızı, Persin arvadı və Heketanın anası. Bir dəfə tanrı Zevs Asteriyaya vurularaq onun könlünü qartal cildində almağa calışmışdır, canını qurtarmaq üçün Asteriya cəld bildirçin cildinə girərək özünü dənizə atır. Onun adına Asteriya (sonralar şəhər Delos adlandırılmışdır) şəhəri adlandırılmışdır. Higinə görə guya ondan imtina etdiyi üçün Zevs onu bildirçinə çevirərək dənizə atmışdır. Nəticədə bildirçin adası – Ortigiya meydana gəlmişdir. Digər bir rəvazətə görə Zevs ona yiyələnmiş və Asteriya ondan Heketanı dönyaya gətirmiş, sonra Zevs onu Persə ərə vermişdir. Bir rəvayətdə isə onun Poseydon tərəfindən təqib edildiyi göstərilir. Başqa bir rəvazətə görə Asteriyanı göydən düşmüş bir ulduza bənzədirlər. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Dizaltı arteriya
Dizaltı arteriya (lat. Arteria poplitea) — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayaraq dizaltı əzələnin və diz oynağının kapsulunun arxa səthi ilə aşağıya doğru gedir və dizaltı əzələnin aşağı kənarına çatır. Dizaltı arteriya dizaltı çuxurda vena və sinirlərə nisbətən ən dərində yerləşmişdir. Dizaltı vena — lat. V. poplitea dizaltı arteriyanın bayır və arxa tərəfində, qamış siniri — lat. N. tibialis isə bir az səthdə və bayır tərəfdə yerləşmişdir. Belə ki, səthdən getsək, əvvəlcə bayır tərəfdə və səthdə qamış sinirinə, bir az içəri tərəfdə və dərində dizaltı venaya və ondan da bir az dərində və içəri tərəfdə dizaltı arteriyaya rast gəlinir. == Şaxələri == === Uc şaxələri === Dizaltı arteriya dizaltı əzələnin aşağı kənarında iki uc şaxəyə bölünür: Ön qamış arteriyas — lat. a.
Jakeriya üsyanı
Jakeriya üsyanı (fr. Jacquerie, adını feodalların kəndlilərə verdiyi "sadəlövh Jak" ləqəbindən götürmüşdür) - Fransanın şimal-şərqində 1358-ci ildə, I Yüzillik müharibə dövründə, başçısı Gilyom Kal olan antifeodal kəndli üsyanı. == Üsyanın səbəbi == Üsyan ağır feodal əsarəti, iqtisadi dağıntı, muzdlu qoşunların soyğunçuluğu nəticəsində baş vermişdir. == Üsyanın gedişi == Üsyan mayın 28-də Sen-Lyed'Esseran rayonunda başlandı. Əsas kütləsi kəndlilər olan üsyançılara sənətkarlar, xırda tacirlər, kənd ruhaniləri qoşulsalar da, şəhər əhalisi qoşulmadı. Üsyançılar dvoryanların qəsrlərini, evlərini, malikanələrini dağıdır və yandırır, mükəlləfiyyət sənədlərini məhv edir, özlərini isə öldürürdülər. == Üsyanın yatırılması == Sadalan hadisələrdən sonra zadəganlar üsyanın başçısı Gilyom Kalı aldadaraq danışığa dəvət edib əsir alırlar və edam edirlər. Bununla da üsyan amansızlıqla yatırılır. Təqribən 20.000 nəfər üsyançı məhv edildi. Zəif təşkil olunmuş və uzunmüddətli mübarizəyə hazır olmayan kəndlilər arasında birliyin olmaması üsyanın yatırılma səbəbləridir.
Körpücükaltı arteriya
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Materiya (dəqiqləşdirmə)
Materiya (fəlsəfə) — insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurla inikas etdirilən obyektiv reallıq
Materiya (fizika)
== Cismin Çəkisi == Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. P=1N və ya P=mg. Ağırlıq qüvvəsi - cismə tətbiq olunmuş Yerin cazibə qüvvəsidir. Cismin çəkisi-onun dayağa və ya asqıya göstərdiyi elastiklik qüvvəsidir. === Çəkisizlik === Şaquli yuxarı yönəlmiş təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər böyükdür. P=m(g+a) təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsinə nisbətinə əlavə yükləmə deyilir, n=p/mg=1+a/g. şaquli yuxarı yönəlmiş a<g təcil ilə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər kiçikdir. P=m(g-a). Cisim dayağa heç bir təsir göstərməz P=m(g-g)=0. Cismin çəkisinin sıfıra bərabər olduğu hala çəkisizlik halı deyilir.
Materiya (fəlsəfə)
Materiya — insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurla inikas etdirilən obyektiv reallıqdır. Bu istiqamətdə XVII əsr fransız filosofu Pol Anri Holbax ilk uğurlu cəhd etmişdir. O göstərmişdir ki, materiya insan şüurundan kənarda, şüura qədər, şüur ilə yanaşı və şüurdan asılı olmayaraq mövcud olan obyektiv reallıqdır. XX əsrin əvvəllərində Vladimir İliç Lenin bu tərifə materiyanın hiss üzvləri vasitəsi ilə bizə "bəlli olması" və "dərkedilən olması" keyfiyyətini əlavə etmişdir. Materiya real mövcud obyektlərin və dünya sistemlərinin sonsuz çoxluğunu əhatə edir, hər cür xassələrin və hərəkət formalarının substansial əsasıdır. Materiya yaradılmır və məhv edilmir, zamanca əbədi, özünün struktur təzahürləri etibarilə məkanca sonsuzdur, hərəkətlə qırılmaz bağlıdır. Şüur materiyaya xas inikasın ən yüksək forması kimi çıxış edir. Materiyanın substansiallığı, ümumiliyi və mütləqliyi dünyanın maddi vəhdətini səciyyələndirir. Dünyada elə bir şey yoxdur ki, o, materiyanın müəyyən növü və vəziyyəti, xassəsi və ya hərəkətinin forması, tarixi inkişafının məhsulu olmasın. Dünyanın maddi vəhdətinin etiraf edilməsi bütün ideal konsepsiyaların əksinə fəlsəfi materializmin əsas başlanğıc prinsipidir.
Qaranlıq materiya
Aşağı epiqastrik arteriya
Aşağı epiqastrik arteriya — insan anatomiyasında xarici qalça arteriyasından yaranan arteriya. O, aşağı epiqastrik damar ilə müşayiət olunur. Aşağı tərəfdən bu 2 aşağı epiqastrik damar birlikdə yanal göbək qatı daxilində hərəkət edir (bu, Hesselbah üçbucağının yan sərhədini, birbaşa qasıq yırtıqlarının çıxdığı sahəni təmsil edir.) Daha sonra aşağı epiqastrik arteriya düz bağırsaq qabığının qövsvari xəttini keçərək düz qişaya daxil olur, sonra düz qişanın içərisində yuxarı epiqastrik arteriya ilə anastomoz edir. == Strukturu == === Mənşəyi === Aşağı epiqastrik arteriya qasıq bağından bir az yuxarı olan xarici qalça arteriyadan yaranır. === Əlaqələri === Aşağı epiqastrik arteriya subperitoneal toxumada irəli əyilir, sonra qarın qasıq halqasının medial kənarı boyunca əyri şəkildə yüksəlir. Yuxarı istiqamətini davam etdirərək, transversalis fasyasını deşərək yarımdairəvi xəttin qarşısından keçərək, düz qarın əzələsi ilə onun qişası arasında yüksəlir. Nəhayət, o, çoxsaylı budaqlara bölünür, göbəkdən yuxarı daxili süd vəzi arteriyasının yuxarı epiqastrik budağı və aşağı qabırğaarası arteriyalarla anastomozlaşır.Aşağı epiqastrik arteriya mənşəyindən əyri şəkildə yuxarıya doğru keçdikcə qarın qasıq halqasının aşağı və medial kənarları boyunca və toxum ciyəsinin başlanğıcının arxasında yerləşir. Aşağı epiqastrik arteriya kişilərdə spermatik kordondan və qadınlarda uşaqlığın yuvarlaq bağından çıxan vas deferens arteriyanın yan və arxa hissələrini əhatə edir. == Anastomozları == Üst epiqastrik arteriya ilə anastomoz edir. == Klinik əhəmiyyəti == === Yırtığı === Aşağı epiqastrik arteriya qasıq yırtığına bitişik ola bilər, buna görə də faydalıdır.
Bal arısının bakterial xəstəlikləri
Bal arısının bakterial xəstəliklərinə — Amerikan çürüməsi, Avropa çürüməsi və septisemiya xəstəlikləri daxildir. == Amerikan çürüməsi == Bu xəstəlik olduqca təhlükəli olub, həm bal arılarında (Apis mellifera), həm də digər arı növlərində rast gəlinir. Xəstəliyi yaradan Paenibacillus larvae adlı bakteriyadır. Xəstəlik sürfələrə işçi arılar tərəfindən sporlar vasitəsilə keçir. Paenibacillus larvae bakteriyası qram müsbət, düz çubuq ya da əyri çubuq şəkilli, 0,5-0,8 μm eninə və 1,5-6 μm uzunluğuna malik bakteriyadır. Bu bakteriyanın sporları ancaq sürfələrdə xəstəlik törədib, yetkin arılarda xəstəlik əmələ gətirmir. Paenibacillus larvae subsp. larvae sporları ellips formasındadır, temperatur və kimyəvi maddələrə qarşı olduqca davamlıdır. Sporlar 35-60 il canlı qalıb xəstəlik törətmə qabiliyyətinə malikdir. Bu xəstəlik zamanı sürfələr yuvalarda qeyri-düzgün şəkildə düzülür.
Baktria-Margiyana Arxeoloji Kompleksi
Baktriya-Margiyana Arxeoloji Kompleksi (və ya BMAC, həmçinin Oksus sivilizasiyası kimi də tanınır) indiki Türkmənistan, Əfqanıstanın şimalı, Özbəkistanın cənubu, qərbi Tacikistan Seyhun (Oksus) çayının yuxarı axarlarını əhatə edən, eramızdan əvvəl 2200-1700-cü illər arasında mövcud olmuş Mərkəzi Asiyanın Tunc dövrü mədəniyyəti üçün müəyyənləşdirilmiş müasir arxeoloji təyinatdır. Yaşayış məntəqələrinin kəşfi və adlandırılması sovet arxeoloqu Viktor Sarianidi (1976) tərəfindən həyata keçirilmişdir. Baktriya indiki Əfqanıstan ərazisindəki Baktra adlanan regionun yunanca, Margiyana isə bu gün Türkmənistanın Mərv şəhərinin paytaxtı olduğu Fars satraplığı Marqunun yunanca adı idi.