PARLAMENTARİZM
dövlət idarəçiliyində (Prezident və ya monarxiya idarəçiiyi ilə müqayisədə) – Parlamentə üstünlük verməklə, yəni Qanunverici və İcra hakimiyyəti funksiyalarını Ali seçimli, təmsilçi orqan olan Parlamentə həvalə edilməklə - Ali dövlət hakimiyyətinin təşkili və fəaliyyəti sistemi. P. şəraitində - Hökumət Parlament tərəfindən təşkil olunur, formalşır və Parlament qarşısında hesabatlıdır, məsuldur, yəni Hökumət Parlament seçkilərində daha çox səs yığmış siyasi partiya və ya siyasi partiyalar (belə halda koalision Hökumətdən söz gedə bilər) tərəfindən formalaşır, eyni zamanda Hökumətin Parlament seçkilərində heç bir partiyanın üzvü olmayan (bitərəflər) səs çoxluğu qazansalar – onlar tərəfindən Hökumətin formalaşdırılması nəzəri baxımdan mümkündür. P. – dövlət hakimiyyəti və idarəetməsi mexanizmdə Parlamentin aparıcı rolunun formal və hüquqi olaraq bildirilir, cəmiyyətin, dövlətin idarəçiliyində - ağırlıq mərkəzinin Parlament üzərinə düşməsini bildirir. Prezident idarəçiliyinin forması, absolyut monarxiya, despotizm, diktatura, tiraniaya, teokratiya, plutokratiya, oxlokratiya və s. – P.-in antonimləridir, hərçənd P.-in olduğu yerdə - prezidentlik institutu, monarxiya institutu, teokratiya və s. instut və sistemlərin (formal) mövcudluğu ola bilər. XIX əsr P.-in inkişafı və çiçəklənməsi dövrü hesab edilir.