Patristika
Patrístika (latınca pater-ata sözündəndir) — kilsə atalarının VII yüzilliyə qədər yaratdığı fəlsəfəsi və ilahiyyatıdır.
Patristika antik dövrdə quldarlıq quruluşunun böhranı zamanı qnostisizmlə, müxtəlif hereslərlə, bütpərəst dünyagörüşü ilə mübarizədə, və eyni zamanda antik dünyasının müxtəlif fəlsəfi-dini təlimləri ilə mürəkkəb münasibətlərə girərək yaranmışdır.
Patristika dövrü öz növbəsində bir neçə dövrə bölünür:
1. Apologetlərin fəaliyyəti dövrü (II - III əsrlər). Xristianlığın təməl prinsiplərini bütpərəstlərin və yəhudilərin tənqidlərindən müdafiə edən xristian mütəfəkkirləridirlər. Onların fəaliyyət göstərdiyi sahə isə apologetika adlanır. Apologetika - dini təlimin əqlə əsaslanan dəlillərlə müdafiə edilməsidir.
Apologetləri iki hissəyə bölürlər:
Yunan dilində yazan şərq apologetləri;
Latın dilində yazan qərb apologetləri.
IV-cü əsrdə Romada Xristianlıq dövlət dini elan edildikdən sonra apologetikaya artıq ehtiyac qalmamışdır. Bundan sonra xristian teoloqları hereslərə qarşı rəddiyyələr yazırdılar.