Patzer

der; -s, -F qüsur, xəta
patzen
patzig
OBASTAN VİKİ
Samirə Patzer İsmayılova
Samirə Patzer İsmayılova — Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Samirə Patzer-İsmailova 1963-cu il fevralın 26-da Bakı şəhərində dunyaya gəlib. O, 1970-ci ildə Bakı şəhərində Bulbul adına orta ixtisas musiqi məktəbinə qəbul olub Samirə Patzer-İsmailova 1981-ci ildə həmin məktəbi qızıl medalla bitirib. O, 1981-ci ildə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasına daxil olub, 1986-cı ildə isə konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1986-1990-cı illərdə Bakı Mədəniyyət Texnikumunda fortepiano ixtisası uzrə muəllim işləyib. 1989-1991-ci illərdə Samirə Patzer-İsmailova Muslum Maqomayev adına Azərbaycan Dovlət Filarmoniyasında musiqi redaktoru kimi calışıb, Azərbaycan Dovlət Televiziyasında klassik musiqi proqramlarının muəllifi və aparıcısı olub. O, 1990-1995-ci illərdə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasında muəllim vəzifəsində işləyib və mədəni- ictimai fəaliyyət gostərib. S.İsmailova 1995-ci ildə Almaniyanın Koln Universitetində musiqişunaslıq kursu keçib. 1998-2007-ci illərdə Koln şəhərində Koln Musiqi məktəbində fortepiano və musiqi uzrə muəllim işləyib və pedaqoji fəaliyyətindəki peşəkarlığa gorə Avropa Fortepiano Muəllimləri Cəmiyyətinin uzvu seçilib. 2008-ci ildən etibarən Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktorudur. O, 2009-cu ildə Avropa Azərbaycan Konqresinin vitse-prezidenti seçilib..2009- cu ildən bu gunə qədər isə Samirə Patzer-İsmailova “Xocalıya Ədalət” kampaniyasının Almaniya uzrə koordinatorudur.