PAYƏNDAZ
PAYIZBÜLBÜLÜ
OBASTAN VİKİ
Payız
Payız vəya güz — ilin dörd fəslindən biri.
Payız (Babək)
Payız (əvvəlki adı: Paiz) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Paiz kəndi Payız kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndi Cəhri kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Payız kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə kəndin əsl adı Payızdır və payızlıq sahədə yerləşdiyinə görə belə adlandırılır. Kəndin ərazisi payızlıq əkin üçün yararlıdır. Əslində kəndin adı İran dillərinnə məxsus payız sözündən olub "uc, son nöktə, ətək, ayaq, dib" deməkdir. Kənd həqiqətəndə dağ ətəyində yerləşir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Vəlibaba mağarası == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qurban Abbasov — fəxri neftçi, əməkdar mühəndis.
Payız (dəqiqləşdirmə)
Payız
Payız fəsli
Payız vəya güz — ilin dörd fəslindən biri.
Payız mandraqorası
Payız mandraqorası (lat. Mandragora autumnalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Payız vaxtsızçiçəyi
Payız vaxtsızçiçəyi (lat. Colchicum autumnale) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü.
Payız zəncirotu
Payız zəncirotu (lat. Taraxacum hybernum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Taraxacum pobedimoviae Schischk.
Payız burğu çiçәyi
Payız madriqalı (roman)
Qızıl payız-69
Qızıl payız-69 (azərb-kiril. Гызыл пајыз-69) — 23–29 oktyabr 1969-cu il tarixlərində Bakının Əl oyunları sarayında estrada, muğam və caz janrları üzrə keçirilən musiqi həftəsi. Festival Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (UİLKGİ) və Bakı Şəhər İcraiyyə Komitəsinin mədəniyyət şöbəsi tərəfindən keçirilmişdir. 1960-cı illərin sonları, 1970-ci illərin əvvəllərində Bakıda müxtəlif mahnı və rok müsabiqələri keçirilirdi. "Qızıl payız-69" keçirilən "Qızıl payız" festivallarının birincisi idi və özündən əvvəlki Bakı musiqi festivallarını özündə birləşdirirdi. Bu, həm tamaşaçı sayına, həm də ifaçıların peşəkarlıq səviyyəsinə görə özündən əvvəlkilərdən daha uğurlu hesab olunurdu. Belə ki, festivalda 400-dən artıq bədii özfəaliyyət dərnək üzvləri iştirak edirdi ki onların əksəriyyəti peşəkar musiqiçilər idi. Tamaşaçıların sayı on minlərlə idi. Konsert həftəsinin proqramına Azərbaycanda həmin dövrün populyar musiqi janrları üzrə müsabiqələr daxil edilmişdi — estrada mahnısı, muğam və caz musiqi ifaçılarının müsabiqələri. Onlar uyğun olaraq "Estrada-69", "Muğam-69" və "Caz-69" adlanırdı və hər biri iki gün davam edirdi.
Yaz-Payız dövrü
Çunszu dövrü ya Yaz-Payız dövrü (çin. sadə. 春秋時代, pinyin: Chūnqiū Shídài, hərfi mənası: "Çunszu Şiday") — Çin tarixində Çunszu səlnaməsinə əsasən e.ə. 722 - e.ə. 481 illəri əhatə edən bir dövr.Bu dövr Şərqi Çjou sülaləsinin başlanğıcına aid edilir.
Yaşıl payız sovkası
Payız konserti (film, 1962)
== Məzmun == Film-konsert ümumi bir süjet əsasında qurulmuşdur. Film çəkən qrup istedadlar axtararkən xalqımızın sevimli sənətkarı Lütfəli Abdullayevə rast gəlir. Onlar aktyordan istedadlar axtarıb tapmaqda yaradıcı qrupa köməklik göstərməyi xahiş edirlər. Beləliklə, məşhur müğənilərdən Müslüm Maqomayev, Şövkət Ələkbərova, rəqqasə Əminə Dilbazi, Flora Kərimova ("Çinar" rəqs ansamblınin solisti kimi) və başqaları filmə çəkilirlər.
Payız melodiyaları (film, 1974)
== Məzmun == Film-konsertdə bəstəkarlardan Emin Sabitoğlu, Rəşid Nəsiboğlu, Telman Hacıyev, Ramiz Mirişli, Cahangir Cahangirovun mahnıları daxil edilmişdir. Mahnıları müğənnilərdən Flora Kərimova, Elmira Rəhimova, Baba Mirzəyev, Mirzə Babayev, İlhamə Quliyeva, Yaşar Səfərov, Nəzakət Məmmədova, Yalçın Rzazadə, Gülağa Məmmədov ifa edirlər. Filmin çəkilişləri Bakıda və Azərbaycanın mənzərəli guşələrində aparılmışdır.
Payız sonatası (film, 1978)
"Payız sonatası" (isv. Höstsonaten) — rejissor İnqmar Berqmanın filmi. == Məzmun == Kənd pastorunun arvadı Eva artıq yeddi ildir görüşmədiyi anası Şarlottanı öz evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, istedadlı, dəlisov, yaşlı pianoçudur. Eva fortepianoda pis çalmadığına baxmayaraq, anası kimi o qədər də istedadlı deyildi. Lakin ən əsası onun evdar qadın, həyat yoldaşı, ana və sevimli bacı olmağa meyili idi. Buna baxmayaraq onun həyatında hər şey uğursuz idi: ərinə böyük hörmət edir, amma əslində onu sevmir, onların oğlu dörd yaşında batmışdır və sağalmaz yara əvvəlki kimi yenə də rahatlıq vermirdi. Hətta Şarlotta da heç vaxt Evanı o istədiyi kimi istəməmişdi. Eva özünü ələ almaq üçün xəstəxanadan iflicdən əziyyət çəkən bacısını götürür. O, yer üzündə öz tənhalığını başa düşür.
Payız tumu yüksək məhsulun əsasıdır (film, 1952)
== Məzmun == Elmi-kütləvi filmdir. Kinolent əmək məhsuldarlığının artırılmasında şum dövründə aqrotexnika qaydalarına düzgün riayət olunmasından danışır.
Payız sonatası
"Payız sonatası" (isv. Höstsonaten) — rejissor İnqmar Berqmanın filmi. == Məzmun == Kənd pastorunun arvadı Eva artıq yeddi ildir görüşmədiyi anası Şarlottanı öz evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, istedadlı, dəlisov, yaşlı pianoçudur. Eva fortepianoda pis çalmadığına baxmayaraq, anası kimi o qədər də istedadlı deyildi. Lakin ən əsası onun evdar qadın, həyat yoldaşı, ana və sevimli bacı olmağa meyili idi. Buna baxmayaraq onun həyatında hər şey uğursuz idi: ərinə böyük hörmət edir, amma əslində onu sevmir, onların oğlu dörd yaşında batmışdır və sağalmaz yara əvvəlki kimi yenə də rahatlıq vermirdi. Hətta Şarlotta da heç vaxt Evanı o istədiyi kimi istəməmişdi. Eva özünü ələ almaq üçün xəstəxanadan iflicdən əziyyət çəkən bacısını götürür. O, yer üzündə öz tənhalığını başa düşür.
Payız marafonu
Payız Marafonu (rusca: Осенний марафон; Rom: Osenniy marafon) 1979-cu ildə çəkilmiş Sovet romantik komediya-dram janrında olan bu film, 1979-cu ildəki Venesiya Film Festivalı, San Sebastian Film Festivalı və 1980-ci ildəki Berlin Film Festivalı mükafatlarının ən yaxşı rejissor və ən yaxşı aktyor kateqoriyalarında qalibi olmuşdur. Film, həmçinin 52-ci Akademiya Mükafatlarında Xarici Dildə Ən Yaxşı Film nominasiyası üzrə Sovet filmi kimi seçilmiş, lakin namizəd kimi qəbul edilməmişdir. Filmdə Oleq Basilaşvili Leninqradda orta yaş böhranı keçirən və həyat yoldaşı, məşuqəsi, qonşuları və iş yoldaşları ilə qarışıq münasibətlərində özünü müdafiə etməyə çalışan Andrey Bouzykine adlı evli İngilis-Rus dillərinin tərcüməçisi rolunu oynayır. Filmdə digər rolları Yevgeni Leonov, Natalya Qundareva, Marina Neyolova, Borislav Brondukov, Nikolay Kryuçkov və Qalina Volçek kimi görkəmli sovet aktyorları və aktrisaları ifa etmişdirlər. Filmin rejissoru Georgiy Daneliya olmuşdur.
Bir payız gecəsi (mahnı)
Payız marafonu (film, 1979)
Payız Marafonu (rusca: Осенний марафон; Rom: Osenniy marafon) 1979-cu ildə çəkilmiş Sovet romantik komediya-dram janrında olan bu film, 1979-cu ildəki Venesiya Film Festivalı, San Sebastian Film Festivalı və 1980-ci ildəki Berlin Film Festivalı mükafatlarının ən yaxşı rejissor və ən yaxşı aktyor kateqoriyalarında qalibi olmuşdur. Film, həmçinin 52-ci Akademiya Mükafatlarında Xarici Dildə Ən Yaxşı Film nominasiyası üzrə Sovet filmi kimi seçilmiş, lakin namizəd kimi qəbul edilməmişdir. Filmdə Oleq Basilaşvili Leninqradda orta yaş böhranı keçirən və həyat yoldaşı, məşuqəsi, qonşuları və iş yoldaşları ilə qarışıq münasibətlərində özünü müdafiə etməyə çalışan Andrey Bouzykine adlı evli İngilis-Rus dillərinin tərcüməçisi rolunu oynayır. Filmdə digər rolları Yevgeni Leonov, Natalya Qundareva, Marina Neyolova, Borislav Brondukov, Nikolay Kryuçkov və Qalina Volçek kimi görkəmli sovet aktyorları və aktrisaları ifa etmişdirlər. Filmin rejissoru Georgiy Daneliya olmuşdur.
Ağ-qara payız (film, 1996)
Ağ-qara payız qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vəli Səyyadi tərəfindən 1996-cı ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Filmin müqəddiməsində qəhrəmanın ötürdüyü ovqatdan, artıq sezirsən: biz bir insanın uşaqlığına səyahət edəcəyik. Bir tərəfdən bu lirik-ovqat əhvalatı şərtidir. O mənada ki, bizim hər birimizin uşaqlığımızla bağlı nəsə ümumi, o hər nə qədər ağrılı olsa belə həsrətimiz, xiffətimiz var. Müəllif də artıq geri dönməsi mümkün olmayan keçmişi, zamana xiffəti kino dilinə çevirib. == Məzmun == Film yaxın planda profildən gənc kişinin nəqli ilə başlayır, o, tez-tez əlləri ilə üz-gözünü ovuşdurur: “Mən deyə bilmərəm. İndi nəyisə xatırlamaq çox çətindir. Çox illər keçib o vaxtdan. Ümumiyyətlə, çətindir, insan üçün keçmiş haqda danışmaq.
Hind payızgülü
Hind payızgülü (lat. Chrysanthemum indicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin payızgülü cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dendranthema indicum (L.) Des Moul. Matricaria indica (L.) Desr. Pyrethrum indicum (L.) Cass. Tanacetum indicum (L.) Sch.Bip. == Yarımnövləri == Chrysanthemum indicum var. aromaticum (Q.H.Liu & S.F.Zhang) J.M.Wang & Y.T.Wu Chrysanthemum indicum var.
Madonna payızbülbülü balası ilə
Madonna payızbülbülü balası ilə (it. La Madonna del Cardellino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1506-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir və hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Orta Əsrlərin payızı
Orta Əsrlərin payızı " (nid. Herfsttij der Middeleeuwen), Niderland yazıçısı Yohan Heyzinq tərəfindən qələmə alınan fəlsəfi və mədəni əsərdir. İlk dəfə 1919-cu ildə Hollandiyada nəşr edilmişdir. Əsər XIV–XV əsrdə Fransa və Hollandiyada mənəvi vəziyyəti təsvir edir. Müəllif orta əsr zehniyyətinin xüsusiyyətlərinə , cəmiyyətin sinif bölünməsi fikrinə və orta əsr məhəbbət imicinə xüsusi önəm verib. == Həmçinin bax == İtaliyada Renesans mədəniyyəti == Ədəbiyyat == Bouwsma, William J (1974), "The Waning of the Middle Ages", Daedalus, 103 (1): 35–43. Peters, Edward; Simons, Walter P (1999), "The New Huizinga and the Old Middle Ages", Speculum, 74: 587–62, doi:10.2307/2886762. Moran, Sean Farrell. Johan Huizinga, The Waning of the Middle Ages, and the Writing of History, in The Michigan Academician, 33,3, 410–423 == Xarici keçidlər == Heyzinq, Yohan, The Waning of the Middle Ages (scanned book), Internet Archive, Edward Arnold & Co, 1924. Herfsttij der Middeleeuwen Qutenberq layihəsində.
Payızgülü
Payızgülü (lat. Chrysanthemum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Növün adı yunancadan "qızıl gül" kimi tərcümə olunur. Bu onunla izah olunur ki, taclı payızgülünün çiçəkləri sarı rəngdədir. Çoxillik payızgülülərdən gülçülükdə ən çox istifadə olunanı Koreya payızgülüsüdür. Bu, hündürlüyü 100 sm-ə qədər olub, sentyabrın əvvəllərindən soyuqlar düşənə qədər çiçəkləyən çoxillik bitkidir. Növün hamaşçiçəkləri sadə, çoxləçəkli və müxtəlif rəngli olur. Toxumları aprelin əvvəlində şitilliyə əkilir. Böyüyən şitilləri mayın ortalarında daimi yerə əkirlər. Payızgülünün bəzi növlərinin toxumlarını payızda torpağa əkməklə də çoxaldırlar.
Payızgülü cinsinin növləri
Payızın 17 anı (film, 2007)
== Məzmun == Film 2006-cı il noyabr ayının 24-dən dekabrın 11-ə qədər bağlanan ANS televiziyasının 17 gününü əks etdirir. 17 gün bağlı qalan ANS televiziyası filmdə bağlanma səbəblərinə toxunmur, sadəcə olaraq o günləri bir daha xatırlayır.
Səsindən tanıdılar payızı (Yapon şeir antologiyası)
Səsindən tanıdılar payızı — Yapon şeir antologiyası. == Məzmun == Kitab klassik yapon poeziyası ilə tanışlıq imkanı verən fərqli bir nəşrdir. Klassik yapon poeziyasının zirvələri sayılan Başo (1644–1694), Buson (1716–1783) və İssanın (1763–1828) ölməz üçlükləri – seçmə haykuları ilə yanaşı, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun (1118–1190) qələmindən çıxan tankalar – beşliklər də ilk dəfə olaraq oxucularımıza məhz bu toplu ilə təklif edilir. Siz bu topluda böyük şairlərin şeirləri ilə yanaşı, onların həyat və yaradıcılığına işıq salan, ara-sıra yapon poeziyası tarixinə də toxunan məqalələri oxuya biləcəksiz. Unutmayın ki, yapon şeirinin özünəxas bir əsas xüsusiyyəti var: anı göstərmək; anı yaxalamaq. Bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin baş tacına çevirib. Səsindən tanıdılar payızı… Siz də tanıyın… == Təqdimatı == 2016-cı il fevralın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda antologiyanın təqdimatı keçirilib. AYB-nin sədri, Xalq yazıçısı Anar tədbiri açaraq yapon poeziyasına 1979-cu ildə ilk dəfə Xalq yazıçısı Elçinin müraciət etdiyini söyləyib. Bildirib ki, o, özü də yapon poeziyasından bir neçə şeiri Azərbaycan dilinə tərcümə edib. Xalq yazıçısı yeni nəşri Azərbaycan-Yaponiya mədəni əlaqələrinə töhfə kimi dəyərləndirib.
Ömrümün payızı (kitab)
Payızbülbülü
Payızbülbülü (lat. Carduelis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.

Значение слова в других словарях