PAZŞƏKİLLİ

прил. кӀун (ккун) хьтин, кӀуназ ухшар.
PAZLANMAQ
PE
OBASTAN VİKİ
Pazşəkilli yemişan
Pazşəkilli yemişan (lat. Crataegus cuneata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Yaponiya və Tayvunda geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m, çətrinin diamеtri 3 m olan ağacdır. Çətiri kürəvi və ya yumurtavari formada olur. Budaqlarında nazik tikanlar yеrləşir. Yarpaqların kənarı tam, yumurtavaridir, üstü çılpaq, parlaqdır. Çiçəkləri ağ rənglidir, sıх, çətirvari çiçək qrupuna toplanmışdır. Kasa yarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-5 mеyvə yarpaqcığından əmələ gəlmişdir.
Pazşəkilli çinar
== Təbii yayılması: == Mədəni şəraitdə Kiçik Asiya, Cənubi-Şərqi Avropa, Qafqazın Qara dəniz sahilinin şimal hissəsi, Türkmənistanda rast gəlinir. == Botaniki təsviri: == Pazşəkilli çinara bəzi botaniklər tərəfindən şərq çinarının forması kimi baxılır. Kiçik ağacdır, gövdəsi çətirinə qədər tünd xırda yarıqlı qabıqla örtülmüş, budaqları enli laylarla soyulan, açıq, yaşılımtıl-boz rəngli, hamar qabıqlıdır. Yarpaqları əsasən 7 hissəli, onlardan aşağı cüt-kiçik, inkişaf etməmiş hissələr, digər 5 hissəsi dərin, ensiz (onların uzunluğu bütün yarpağın 2/3 uzunluğuna bərabərdir), düz, barmaqvari yerləşmişdir. Yarpaqların kənarları bütöv və ya kiçik, küt dişli; bünövrəsi simmetrik, qövsvari əyilmişdir. Yarpağın saplağının uzunluğu 4,5-5,2 sm, çox tükcüklüdür. Bir saplaqda hamaş meyvələrin başcıqları 2-3, bəzən 4 ədəd, diametri 2-2,5 sm, möhkəm, sıx yerləşmiş, tünd qonur rəngli, sütuncuqludur. == Ekologiyası: == Rütubətsevən, işığa həssas, bəzən qızmar günəş altında yarpaqları qaralır. == Azərbaycanda yayılması: == Bir çox rayonlarda mədəni şəraitdə becərilir. == İstifadəsi: == Dekorativ bağçılıqda geniş istifadə olunur.

Digər lüğətlərdə

астрокли́мат ксило... ла́дность перестёгивать пре́жнее роси́нка быстрораствори́мый мир продержа́ть та́мошний тя́жба бунчук пужать ширманка boutiquier coalition discredit herringer pulvillio redeemable root roughcast word-paint монтировщик пособить