PDCA
Plan-Do-Check-Act
PHYT (Planlaşdırma-Həyata keçirmə-Yoxlama-Təkmilləşdirmə) proseslərin fasiləsiz yaxşılaşdırılması üzrə məşhur modeldir, informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə ISO/IEC 27001 standartının və digər standartların əsasında dayanır. PHYT tsiklinin mərhələlərini İnformasiya Təhlükəsizliyinin İdarə edilməsi Sistemi (İTİS) üçün qısaca aşağıdakı kimi ifadə etmək olar:
1. Planlaşdırma. İTİS-i yaradın.
2. Həyata keçirmə. İTİS-i həyata keçirin və istismar edin.
3. Yoxlama. İTİS-in monitorinqi və yoxlanması.
4. Təkmilləşdirmə. İTİS-i işlək vəziyyətdə saxlayın və təkmilləş-dirin.
PDCA tsikli Şuhart-Deminq tsikli kimi də tanınır.