Penicillin
Penizillin
OBASTAN VİKİ
Penis
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Penis başı
Penis başı, penis başlığı, penis ucu — insan penisinin uc hissəsidir. Bu hissə bənövşəyi rəngdə olur və içərisindəki kanallardan sidik, sperma və pre-eyakulyasiya çıxır. Penisin sərtləşməsi penisin qanla dolması və qan axınının sürətlənməsi yolu ilə baş verir. Penis yetkinlik dövründə yetişməyə başlayır. Penis başı penisin ən həssas hissəsi hesab olunur. Kişi sünnət edildikdə, penis başı penis dərisi ilə birlikdə əhatələnmiş formada görünmür.
Penisillin
Penisillin — 1928-ci ildə Aleksandr Fleminq tərəfindən kəşf olunan antibiotik. Penisillinlər mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları əsasında işlənib hazırlanmış ilk antimikrob dərman qrupudur. Onlar böyük β-laktam antibiotiklər (β-laktamlar) sinfinə aiddirlər. Bu sinfə həmçinin sefalosporinlər, karbapenemlər və monobaktamlar da daxildir. Bu antibiotiklərin quruluşunda dördüzvlü 《β》-laktam həlqəsi ümumidir. Təbiilər: ► Benzilpenisillinin (penisillinin) natrium və kalium duzları ► Benzilpenisillinin prokain (penisillinin novokain duzu) ► Benzatin benzilpenisillinin ► Fenoksimetilpenisillin Yarımsintetiklər: ► İzoksazolilpenisillinlər (Oksasillin) ► Aminopenisillinlər (Ampisillin, Amoksisillin) ► Karboksipenisillinlər (Karbenisillin, Tikarsillin) ► Ureidopenisillinlər (Azlosillin, Piperasillin) ► İnhibitordan müdafiə olunmuş penisillinlər (Amoksisillin/klavulanat, Ampisillin/sulbaktam, Tikarsillin/klavulanat, Piperasillin/tazobaktam) Penisillinlər (və bütün digər β-laktamlar) bakterisid təsirə malikdirlər. β-laktamları parçalayan xüsusi fermentlərin- β-laktamazaların hasil edilməsi ilə əlaqədar olaraq, mikroorqanizmlər arasında geniş yayılmış qazanılmış davamlılığı aradan götürmək üçün bu fermentlərin aktivliyini geri dönməyən ləngidən, β-laktamaz inhibitorları adlanan birləşmələr – klavulan turşusu (klavulanat), sulbaktam və tazobaktam işlənib hazırlanmışdır. Onlar kombinə edilmiş (inhibitordan müdafiə olunmuş) penisillinlərin hazırlanmasında istifadə edilirlər. Təbii penisillinlər aşağıdakılara qarşı aktivdirlər: ► Qrammüsbət bakteriyalar (Streptococcus spp., Staphylococcus spp., Bacillus spp., az dərəcədə- Enterococcus spp. qarşı) Enterokokklar (E. faecalis) listeriyalar (L. Monocytogenes) erizipelotriks (E. rhusiopathiae) əksəriyyət korinobakteriyalara (C.diphtheriae daxil olmaqla) və bir-birinə yaxın mikroorqanizmlərə.
Penisin əl ilə stimullaşdırılması
Penisin əl ilə stimullaşdırılması və ya Hənd cob (ing. Hand Job) — kişinin cinsiyyət orqanının kişi və ya qadın cinsi partnyoru tərəfindən adətən orqazm və boşalma nöqtəsinə qədər əl ilə stimullaşdırılmasıdır. Masturbasiyadan fərqli olaraq, qadının vaginasının, klitorunun və ya vulvasının əl ilə stimullaşdırılmasına barmaqlama deyilərkən, partnyorlar tərəfindən eyni vaxtda tətbiq edilən əl ilə stimullaşdırılmaya isə müştərək masturbasiya deyilir. Müştərək masturbasiya zamanı kişi qadının vaginasını barmaqlayıb, yaxud da klitorisi ilə oynayarkən, qadında öz növbəsində kişinin cinsiyyət orqanı və ya xayaları ilə oynayır. Fahişəliyin qeyri-qanuni olduğu yerlərdə cinsi xidmətlər təklif edən masaj salonları müştərilərinə penisin əl ilə stimullaşdırılmasını təklif edə bilərlər, həm də qanun çərçivəsində qalaraq, qanundan kənara çıxmazlar. Masaj salonlarındakı deyiliş ilə, masajçı tərəfindən; masajın bir hissəsi kimi və ya ondan sonra həyata keçirilən penisin əl ilə stimullaşdırılmasına “xoşbəxt sonluq” deyilir. 1975-ci ildə A.J. Velarde tərəfindən həyata keçirilmiş olan tədqiqata görə, ABŞ-nin Sakit okean sahilində yerləşən adı açıqlanmayan bir şəhərdə, “penisin əl ilə stimullaşdırılması” masajçıların məşğulluq şərti olaraq təklif etdiyi xidmətlərdən biridir.
İnsan penisinin uzunluğu
İnsan penisinin uzunluğu, penis uzunluğu, penis ölçüsü və ya penis boyu — penisin tam ereksiya formasında olduğu zaman penisin arxa tərəfindən həyata keçirilən ölçü ilə müəyyən edilən, penis başının ucu ilə onun xaya dərisi ilə birləşdiyi yuxarı hissəsi arasındakı məsafə. Cinsi əlaqə zamanı funksional olan uzunluqdur. Doğuş zamanı penis müəyyən bir uzunluğa malik olur. Yeniyetməlik dövründə uzunluqda müəyyən bir artım görünməyə başlayır. Yeniyetməlik dövrünün sonu ilə penis son uzunluğuna çatır. Cinsi fəaliyyət üzrə Avropa İttifaqı tərəfindən qəbul edilmiş qaydaya əsasən ereksiya vəziyyətində olmayan cinsiyyət orqanının uzunluğunun 7 sm və ya daha çox olması normaldır. Mövzu tibbi baxımdan pediatrik endokrinologiya, urologiya, uşaq cərrahiyyəsi və plastik, rekonstruktiv və estetik cərrahiyyə kimi tibb sahələrinin tədqiqat mövzusudur. Qeydə alınmış problemlərin çoxusu qısa penis uzunluğuna malik olan xəstələrin şikayətlərindən ibarətdir. Əsas məqsəd xəstələrin penis uzunluğunu cinsi əlaqə üçün kifayət edəcək qədər uzunluğa çatdırmaqdır. Penis qısalığının əsas səbəblərini tədqiq edərək öyrənmək yanaşmanın əsas prinsiplərindən biridir.
İnsan penisi
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.

Digər lüğətlərdə