Perlmutt

das; -s sədəf
Perlenkette
Perlmutter
OBASTAN VİKİ
Sol Perlmutter
Sol Perlmutter (22 sentyabr 1959, Şampeyn, İllinoys) — Lawrance Berkeley milli laboratoriyasında bir astronom olub, UC Berkeleydə Fizika sahəsinin professorudur. Brayn Şmidt və Adam Rays ilə birlikdə 2011-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmışdır. Perlmutter Amerika Elm və İncəsənət Akademiyasının bir üzvüdür və 2003-cü ildə AAASa (Amerika elmi inkişaf təşkilatı) seçilmişdir. Eyni zamanda Amerika Milli Elm Akademiyasının fizika bölməsinin üzvüdür. Sol Perlmutter bir Aşkinaz yəhudisi olan Daniel D. Perlmutterin 3 uşağından biri olaraq dünyaya gəlmişdir. Atası Pensilvaniya Universitetində kimyəvi və Biomolekulyar mühəndisliyindən, anası Felice isə Temple Universitetindən təqaüdçüdür. Anası tərəfindən babası müəllim Samuel Davidson 1919-cu ildə Besarabyanın qəsəbəsi olan Floreştidən Kanadaya köç etmiştir. Sonra arvadı Çayka ilə birlikdə Nyu-Yorka köç etmişdir. Perlmutter uşaqlığını Filadelfiyanının qonşusu olan Mount Airydə keçirmişdir. İbtidai məktəbə Germantaun yaxınlığında olan Greene Street Friends Schools məktəbinə getmişdir.