Dominikan pesosu
Dominikan Respublikası pesosu — Dominikan Respublikası dövlətinin pul vahididir. 1947-ci ildən əsginaslarda göstərilən pul vahidinin adı — "qızıl pesosudur" (isp. peso oro).
Bir Dominikan pesosu 100 sentavoya bərabərdir. 1961-ci il seriyasının əsginaslarında pul vahidi "qızıl sentavosu" (isp. centavo oro) adlandırılmışdır.
Pul dövriyyəsində 25, 10, 5, 1 pesoluq sikkələrdən və 2000, 1000, 500, 200, 100, 50, 20, 10 pesoluq əsginaslardan istifadə olunur. 2000-ci ilə qədər mübadilədə 50, 25, 10, 5 və 1 sentavoluq sikkələrdən istifadə edilirdi.
Dominikan Respublikasında puldan indiyə qədər çəkilmə vaxtı balaca çəki daşları kimi istifadə edir. Anlaşılmazlıqları ləğv etmək üçün 10 sentavo nominallı sikkələrin üzərində "2 1/2" qram göstərilmişdir.