pipe1
n I 1. boru; to lay ~s boru çəkmək; 2. boru kəməri; 3. qəlyan; to smoke a ~ qəlyan çəkmək; 4. sümsü, tütək, ney; 5. pl volinka (xalq musiqi aləti); 6. oxuma (quş və s. haq.); vıyıltı, vızıltı; the thin ~ of gnats ağcaqanadların zəif vızıltısı; 7. səs; to have a fine ~ yaxşı / gözəl / məlahətli səsi olmaq;
◊ to set up one’s ~s qışqırmaq, bağırmaq, çığırmaq, fəryad / fəğan etmək; to put smb.’s ~ out 1) bir kəsə ziyan vurmaq, bir kəsin işini korlamaq; 2) bir kəsi öldürmək / məhv etmək
n II çəllək (şərab və ya yağ üçün)
pipe2
v I 1. sümsü / tütək / ney çalmaq; to ~ a song tütəkdə / neydə nəğmə çalmaq; 2. sümsü ilə çağırmaq; 3. vıyıldamaq (külək, güllə haq.); The bullets were piping all around us Bütün ətrafımızda güllələr vıyıldayırdı; 4. oxumaq (quş haq.); 5. ciyildəmək, cikkildəmək, cibbildəmək; 6. d.d. qəlyan çəkmək; 7. boru ilə təchiz etmək
v II bağç. bicləri / kənar budaqları kəsmək / vurmaq