PİRAMİDAL

прил. пирамидадин кӀалуб авай, пирамидадиз ухшар, пирамида хьтин.
PİRAMİDA
PİRAMİDON
OBASTAN VİKİ
Piramidal hüceyrə
Piramidal hüceyrə və ya piramidal neyronlar — beyin qabığı, hipokampus və amigdala da daxil olmaqla beynin bölgələrində tapılan çoxqütblü neyronların bir növü. Piramidal neyronlar məməlilərin beynindəki əsas həyəcanverici neyronlardır. Balıqlarda, quşlarda, sürünənlərdə də tapılır. Piramidal neyronlar həm də ölümlə nəticələnən quduzluq infeksiyasında xarakterik əlamət olan Neqri cisimlərinin tapıldığı 2 hüceyrə tipindən biridir. Piramidal neyronlar ilk dəfə Santiaqo Ramon i Kajal tərəfindən kəşf edilmiş və tədqiq edilmişdir. O vaxtdan bəri, piramidal neyronlar üzərində aparılan tədqiqatlar neyroplastiklikdən tutmuş koqnitiv funksiyaya qədər müxtəlif mövzulara yönəlmişdir. Piramidal neyronun əsas struktur xüsusiyyətlərindən biri konus formalı soma (piramidal hüceyrə cisimləri) və ya hüceyrə gövdəsidir ki, neyron onun adını daşıyır. Piramidal hüceyrənin digər əsas struktur xüsusiyyətləri tək akson, böyük apikal dendrit, çoxsaylı bazal dendritlər və dendritik tikanların olmasıdır. Apikal dendrit piramidal hüceyrənin somasının (perikarionun) yuxarı hissəsindən qalxır. Apikal dendrit tək, uzun və qalın dendritdir, somadan məsafə artdıqca bir neçə dəfə budaqlanır və qabıq səthinə doğru uzanır.
Piramidal bağ səhləbi
Piramidal həmişəyaşıl sərv
Vətəni Orta Kaliforniyadır; burada okean sahillərində təzə və yüngül torpaqlarda bitir. Bir çox ölkədə əkilib becərilir. Hündürlüyü 25 m-ə çatıb budaqları çəpəki vəziyyətdə yuxarıya qalxmış çətirli ağacdır. Gövdəsinin qabığı tünd-qəhvəyi rəngdədir, budaqlar gövdədən yuxarıya düz bucaq altında çıxır və təxminən ona bitişikdir. Xırda yarpaqlar budaqlara bitişikdir və ya saplaq üzərində olur. Onlar tünd və açıq-yaşıl, bəzən göyümtül çalarlı ola bilər. Açıq-yaşıl yarpaqları payızda qırmızı-qonur rəng alır. Qozaları 3 sm uzunluqda, şarşəkilli, qaidəsi bir az hamar, boz və ya bozumtul-qonur, parlaqdır. Torpağa qarşı tələbkar, işıqsevən və quraqlığadavamlı dekorativ ağac cinsidir. Bu sərvə respulikanın bir çox bolgələrində tək-tək, qrup halında və xiyaban əkinlərində rast gəlinir.
Barxan piramidalar
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan ehramlar == Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur.
Ekoloji piramidalar
Ekosistemin quruluşunu qida xarakterinə görə sxemə salanda ekoloji piramida alınır. Adətən belə piramidanın dibi geniş, zirvəsi dar olur. Piramidanın əsasına produsentlərin göstəricisi qoyulur. Sonrakı pilləkənlərdə konsumentlərin birinci, ikinci və üçüncü və s. qənimət səviyyələrinin göstəriciləri yerləşdirilir. Beləliklə piramida fikquru alınır. Lakin piramidanın dibindən zirvəsinə doğru ardıcıl daralması bütün ekosistemlər üçün mütləq deyildir. Ekoloji piramidanın bir neçə tipi vardır: Say piramidası. Konkret qənimət səviyyəsinə aid olan növlərin sıxlığını digər qənimət səviyyəsindən olan növlərin sıxlığı ilə müqaisə etməklə say piramidası alınır. Hər qənimət səviyyəsindən bir növün sayını götürüb müqayisə etməklə də say piramidası alınır.
Giza piramidaları
Giza ehramları kompleksi (ərəb. جيزة يسروبوليس‎) — Misirdə, Qahirənin şəhəri ətrafında, Cizə platosunda yerləşir. Xeops (Xufu) ehramı qədim dünyanın yeddi möcüzəsindən tək qalmış abidədir. == Təsvir == Bu qədim misir nekropolu Xufu ehramından (Böyük ehram və Xeops ehramı kimi məlumdur), Xefren ehramlarından və Menkaur ehramlarından ibarətdir, həmçinin çariçaların ehramları kimi məlum binalar, səkilər, vadinin ehramları. Böyük Sfinks kompleksin şərq tərəfində şərqə üzlə yerləşir. Çox alimlər hesab etməyə davam edirlər ki, Sfinks Xefren portret oxşarlığına malikdir. == Ehramların tikintisi == Lövhələr çəkiylə ən azı 2,5 tondurlar, hansılardan ki, ehramlar tikilmişdilər, yaxındakı karxanada daşdan kəsilirdilər və pandusların, blokların və linglərin köməyi ilə tikintinin yerinə çatdırılırdılar. Fikir mövcuddur, haşiyələrdə yazılan elmi cəmiyyət tanınmış ki, ehramın tikintisi vaxtı beton istifadə olunurdu, yəni lövhələr bilavasitə tikintinin yerində edilirdi. Ki, ehramların divarının sıxma-genişlənməsinin prosesi nəticəsində çatlamasınlar, ayrı bloklar inşaat məhlulunun incə qatlarıyla bölünürdü. Xarici divarların meyli düz 45° təşkil edir.
Maliyyə piramidaları
Piramida sxemi (Ponzi sxemi) — sərmayə qoymaq, mal satmaq və ya xidmətlər göstərməklə deyil, sxemdə iştirak edənlərin sayını artırmaqla nağd ödəmələr və ya başqa bir gəlir forması vədinə əsaslanan iş modeli. Sxem üzvlərinin sayı həndəsi irəliləmənin qanunlarına görə artdıqca, üzvlərin çoxunun qazanc əldə edə bilməməsi səbəbindən yeni gələnləri cəlb etmək mümkün olmayacaq. Piramida sxemləri qeyri-sabitdir və çox vaxt qanunsuzdur. Bir neçə pilləli marketinq planları piramida sxemləri kimi təsnif edilmişdir. == Konsepsiya və əsas modellər == Piramida sxemlərində təşkilatçılar müraciət edənləri işi qəbul etdikləri yeni üzvlərdən aldıqları pulun bir hissəsini yeni üzvlərə vəd edərək giriş haqqı ödəməyə məcbur edirlər. Toplanan vəsaitlərin bir hissəsi, hər hansı bir real iş görüb-etməməsindən asılı olmayaraq sxemin faydalı olduğu təşkilatçıların gəlirləridir. Sxemə üzvlüyün özü yeni gələnləri cəlb etməyə və piramidanın zirvəsinə pul köçürməyə davam etmək üçün güclü bir təşviq olur. Belə təşkilatlar nadir hallarda mal və ya xidmətləri real qiymətə satırlar. Bu sxem üçün əsas gəlir mənbəyi çox sayda yeni gələnləri cəlb etmək və ya mövcud üzvlərdən əlavə ödəniş tələb etməkdir. Piramidaların davranışı eksponent bir böyümə cədvəlini çox yaxından izləyir.
Misir piramidaları
Misir ehramları və ya Firon təpələri — dünyanın yeddi möcüzəsindən biri. Misir ehramları hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə – fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir. Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz. Ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra qatığa çevrilir. Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər. Ehramın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür.
Misir piramidalarının siyahısı
Bu siyahı xronoloji ardıcıllıqla sadalanan piramidalar üçün həyati statistik məlumatları təqdim edir.
Stob piramidaları
Stob piramidaları (bolq. Стобски пирамиди) - Bolqarıstan ərazisində geoloji abidə. Geoloji baxımdan hudu hesab olunur. Dik qayalı sütünlardan ibarət olan bu bölgə Bolqarıstanın cənub-qərbində, Rila dağlıq ərazisinə aiddir. Stob piramidalar bölgəsinin sahəsi 0,7 km²-dir. Piramidalar Kystendil əyalətində, Stob kəndi yaxınlığında yerləşir. Sütun formalı qayaların hündürlüyü 12 metr, çevrəsinin uzunluğu bəzən 40 metrə çatır. Sütunlar müxtəlif formada olur. Bəziləri üzərində yastı daşlar mövcuddur. Stob piramidaları Balkan yaramadasında, Rila dağ silsiləsinin qərb yamaclarındadır.
Uyğur piramidaları
Uyğur ehramları — Çində gizlədilən türk ehramları əslində kurqanlardır. Çin kurqanların araşdırılmasını qadağan edib. "Ağ ehram" (və ya Türk ehramı) adlandırılan kurqanın dünyanın bütün ehramlarından hündür olduğu təxmin edilir. Çin hakimiyyətindəki Şərqi Türkistan sərhədləri daxilində, Sian şəhərindən 100 km məsafədə, dağların ətrafında yerləşən irili-xırdalı 100 ədəddən çox ehram ilə yanaşı, 300 metr hündürlüyündə "Ağ ehram" adlandırılan nəhəng tikinti var. Bəzi iddialara görə, bu ehramların mövcudluğu Qərb elm adamlarına öncədən də məlum olub. "Elm xəbərləri"("Science News") qəzeti İkinci dünya müharibəsi illərində ehramlar haqqında belə bir yazı yayımlayıb: "Bölgədəki ehramlar palçıq və torpaqdan hazırlanıb. Misir ehramlarından çox kurqanlara bənzəyir və bölgə hələ kəşf edilməyib". Bölgədəki amerikalı alimlər Ağ ehramın 300 metr hündürlükdə olduğunu bildirirlər ki, bu, Misir ehramlarından iki dəfə ucadır. Bir nəzəriyyəyə görə, Mu qitəsinin mövcudluğu zamanı qitədə çox təkmilləşmiş bir mədəniyyət hökm sürüb. Bu mədəniyyət qitənin yox olması ilə Cənubi Amerika və Asiyaya yayılan mədəniyyətin bir-birinə bənzəyən texnikadan istifadə ilə tikintilərdə davam edib.
Çin piramidaları
Uyğur ehramları — Çində gizlədilən türk ehramları əslində kurqanlardır. Çin kurqanların araşdırılmasını qadağan edib. "Ağ ehram" (və ya Türk ehramı) adlandırılan kurqanın dünyanın bütün ehramlarından hündür olduğu təxmin edilir. Çin hakimiyyətindəki Şərqi Türkistan sərhədləri daxilində, Sian şəhərindən 100 km məsafədə, dağların ətrafında yerləşən irili-xırdalı 100 ədəddən çox ehram ilə yanaşı, 300 metr hündürlüyündə "Ağ ehram" adlandırılan nəhəng tikinti var. Bəzi iddialara görə, bu ehramların mövcudluğu Qərb elm adamlarına öncədən də məlum olub. "Elm xəbərləri"("Science News") qəzeti İkinci dünya müharibəsi illərində ehramlar haqqında belə bir yazı yayımlayıb: "Bölgədəki ehramlar palçıq və torpaqdan hazırlanıb. Misir ehramlarından çox kurqanlara bənzəyir və bölgə hələ kəşf edilməyib". Bölgədəki amerikalı alimlər Ağ ehramın 300 metr hündürlükdə olduğunu bildirirlər ki, bu, Misir ehramlarından iki dəfə ucadır. Bir nəzəriyyəyə görə, Mu qitəsinin mövcudluğu zamanı qitədə çox təkmilləşmiş bir mədəniyyət hökm sürüb. Bu mədəniyyət qitənin yox olması ilə Cənubi Amerika və Asiyaya yayılan mədəniyyətin bir-birinə bənzəyən texnikadan istifadə ilə tikintilərdə davam edib.
Piramidalar döyüşü
Piramidalar döyüşü 1798-ci il iyul ayının 21-də Misirdə Napoleonun komandanlığı altında olan fransız ordusu ilə yerli məmlük qüvvələri arasında baş vermiş olan müharibədir. 1789-cu ildə baş vermiş olan Böyük Fransa inqilabından sonra yaradılmış olan direktoriya hökuməti inqilabi müharibələrin qəhrəmanı olan gənc general Napoleonu özünə hərbi məsləhətçi götürmüşdü. Napoleon Avropa üzərində hökmranlığın açarı kimi İngiltərənin Hindistana gedən yolunu kəsməyi və Fransanın yeni mənbələr axtararaq tapmağı təklif etmişdi. Bu yanaşmanı inqilabi hökumət də dəstəkləmiş və Napoleona səlahiyyətlər verilərək ona ekspedisiya hazırlıqlarına başlaması tapşırığı verilmişdi. Bütün hazırlıqları başa çatdırdıqdan sonra təxminən 30 min nəfəri daşıyan 400 gəmilik fransız donanması 19 may 1798-ci ildə Aralıq dənizindən səfərə başlamışdır. İyul ayının 1-də İsgəndəriyyəyə çıxan ordu bir neçə həftəlik səyahətdən sonra Aralıq dənizində olan ingilis donanmasından da yan keçməyi bacarmışdı. Vaxt itirmədən müdafiəsi zəif təşkil edilmiş olan İsgəndəriyyə şəhəri ələ keçirilir. Misir Osmanlı hakimiyyəti altında imtiyazlı bir vilayət olub, idarə etməsində keçmiş Məmlük hərbi zabitləri də iştirak edirdi. Fransız ordusu İsgəndəriyyədə kiçik bir qarnizon buraxaraq buradan ayrılmış və yuxarıya - cənub istiqamətində hərəkət edərək Misirin ürəyini - Qahirəni tutmaq istəyirdi. Bu hərbi əməliyyat ordunun üç fərqli qola bölünməsi ilə həyata keçirilmişdi.

Значение слова в других словарях