Mandalor (planet)

Mandalor (ing. Mandalore) — "Ulduz müharibələri" kainatında uydurma planet. Mandalorlu mədəniyyəti ilk dəfə bu planetdə formalaşmışdır. Bu planetdə taunqlar və bir neçə insan irqi bir yerdə yaşayır.

Mandalor isti və quru planet idi. Buna baxmayaraq, burada canlıların yaşaması və çiçəklənməsi üçün yetərli şərait var idi. Planet nə qədər uzun müddət mövcud olsa, bir o qədər zəhərli olurdu. Bu səbəbdən hər müharibədə mandalorlular ətraf mühitə uyğunlaşmaq üçün yeni yollar tapmağa məcbur qalırdılar.[1] Planet sonradan Qalaktik imperiya tərəfindən məhv edilmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bray, Adam; Horton, Cole; Barr, Tricia. Star Wars: The Visual Encyclopedia. Star Wars Visual Dictionaries (ingilis). DK Publishing. 2017. ISBN 9781465459626.
  2. Peyton Rid, Con Favro. Fəsil 16: Xilas // Mandalorlu. II sezon. 18 dekabr 2020. 44 minutes in. Disney+. "Mandalore? The Empire turned that planet to glass.". (#redundant_parameters)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]