Eksperimentin planlanması
Eksperimentin planlanması tam və ya qismən naməlum proseslər haqqında biliklərin əldə olunması məqsədilə aparılan sınaqların məqsədyönlü planlanması üsuldur.
== Metodologiyası ==
Eksperimentlərin planlanması riyazi statistikadan məlum olan biliklərə söykənir (dispersiya, reqressiya analizi, ən kiçik kvadratlar üsulu, t-testi, F-testi və s.). Burada iki anlayışı eksperiment və sınaqfərqləndirmək lazımdır. Eksperiment dedikdə obyekt və ya tədqiq olunan proses haqqında informasiya almaq məqsədilə icra olunan müşahidələr, təsirlər və ya əməliyyatlar sistemi nəzərdə tutulur. Sınaq isə eksperimentin planına uyğun araşdırılan təsirin, nəticələri qeyd etmək şərtilə icra edilməsidir. Çox vaxt araşdırılan obyekt haqqında informasiya almaq üçün eksperiment tərtib olunur, nəticələr analiz edilir. Adi halda eksperimentator digər bütün parametrləri sabit saxlamaqla yalnız bir parametri müxtəlif (bəzən qeyri-bərabər addımla) addımlarla dəyişir və onun prosesin çıxış göstəricisinə təsirini müşahidə edir. Prosesə çoxlu sayda parametr təsir etdikdə belə eksperimentlərin həyata keçirilməsi çox vaxt və əmək tələb edir. Bundan əlavə, əldə olunan nəticələr arasında hər-hansı bir əlaqə qurmaq və ya onların müqayisəsi çətinləşir, bəzən mümkün olmur. Elsperimentlərin planlanmasının tətbiqi təsvir olunan bu çatışmazlığı aradan qaldırmağa yönəlib.