Plotter

kompyüterləşdirilmiş cihaz. Kəsən və şəkil çəkən növləri var. Hər iki modifikasiyası reklam elementlərinin aplikasiyası üsulu ilə hazırlanmasında işlənən özüyapışan plyonkaların kəsilməsi üçün istifadə olunur. Şəkil çəkən plotter öz növbəsində istənilən təsvirin rulon materiala çıxarılmasına imkan verir.
Plenum
Plug-and-Play
OBASTAN VİKİ
Plotter
Plotter — (yun. γράφω) mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
Elektrostatik plotter
Elektrostatik plotter – görüntünü kağız üzərində qələmlə cizgilər çəkmək yolu ilə deyil, nöqtəli rastr əsasında formalaşdıran plotter növü. Standart plotterlər məlum koordinatlar üzrə cizgilər çəkən vektor qurğular olsalar da, elektrostatik plotterlər görüntünü elektrostatik örtüklü kağıza köçürür (vurur). Bundan sonra, boyaq hissəcikləri vurulmuş nöqtələr özlərinə cəzb olunmaqla kağız boyaq maddəsində emal olunur və görüntünün yaranması başa çatır. Bu anlamda elektrostatik plotterlər funksional olaraq ənənəvi plotterlərdən daha çox lazerli printerlərə oxşayır. Elektrostatik plotterlər iri, mürəkkəb şəkilləri qələmli plotterlərdən təxminən 50 dəfə tez yarada bilir, buna görə də, onlar bahalıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
X-y plotteri
X-y plotteri - ing. x-y plotter, ru. плоттер x-y (двухкоординатный) – nöqtələri onların Dekart koordinatlarına görə quran plotter. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə