POLİSAPROBLAR
Üzvi maddələrlə çox çirklənmiş sularda, qapalı hövzələrdə yaşayan və bu maddələrin çürüntüsü ilə qidalanan orqanizmlər. Bu sularda zülallar, karbohidratlar, karbon qazı, hidrogensulfid və metan qazı çox, oksigen az olur. Bir çox bakteriyalar, qamçılılar, infuzorlar, yaşıl yosunlar, milçək sürfəsi P.-dır P.-ın əhəmiyyəti böyükdür. Bütün növləri kütləvi bioloji təmizləməyə səbəb olur.