Potensial İmkanlar

müəssisənin, firmanın gələcəkdə əmtəə və xidmət istehsalını həyata keçirmək, gəlir və mənfəət əldə etmək imkanları.
Potensial Ehtiyatlar
Potensial Rəqabət
OBASTAN VİKİ
Sənədləşdirilməmiş imkanlar
Sənədləşdirilməmiş imkanlar – ( undocumented features) texniki qurğular və proqram təminatında rast gəlinən, ancaq sənədlərdə göstərilməmiş özəlliklər. Onların bəzilərinin sənədlərdə təsvir olunmaması, sadəcə, diqqətsizlik səbəbindən ola bilir. Başqa bir qismi isə onların son istifadəçilər üçün deyil, texniki dəstək mütəxəssisləri, yaxud gəlişdiricilər üçün nəzərdə tutulmasıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Potensial enerji
Potensial enerji termini ilk dəfə Şotland mühəndisi və fiziki Villiam Renkin tərəfindən XIX əsrdə elmə daxil edilmişdir. Potensial enerji U-maddi cismin konservativ qüvvələr sahəsində yerləşməsi hesabına iş görmə qabiliyyətini xarakterizə edən skalyar fiziki kəmiyyətdir. BS-də enerjinin ölçü vahidi Coul qəbul edilmişdir. Yerin cazibə sahəsində Ep aşağıdakı düsturla hesablanır: E p = m g → h {\displaystyle \mathrm {Ep=m{\vec {g}}h} } m- cismin kütləsi, g- sərbəst düşmə təcili, h- şərti qəbul edilmiş sıfır səviyyəsindən cismin ağırlıq mərkəzinə qədər olan hündürlükdür.
Termodinamik potensial
Termodinamik potensial — termodinamik sistemlərdə prosesləri izah etmək üçün istifadə olunan skalyar kəmiyyətlərdir. 1866-cı ildə fransız alimi Pyer Dühem tərəfindən elmə gətirilmişdir. ABŞ alimi Cozayya Uillard Gibbs elmi işlərində bir sıra termodinamik potensiallar göstərmişdir. Daxili enerji, entalpiya, Helmholts enerjisi, Hibbs enerjisi, Böyük terodinamik potensial, əlaqəli enerji kimi kəmiyyətlər termodinamik potensiallardır.
Skalyar potensial
Riyazi fizikada skalyar potensial, sadəcə olaraq, iki fərqli mövqedə olan cismin potensial enerjilərindəki fərqin obyektin bir mövqedən digərinə keçdiyi yoldan deyil, yalnız mövqelərdən asılı olduğu vəziyyəti təsvir edir. Bu, üç fəzada olan skalyar sahədir və yalnız yerindən asılıdır. Tanış bir nümunə kimi: cazibə qüvvəsi səbəbindən potensial enerjini misal çəkmək olar. Skayar potensial vektor analizində və fizikasında əsas anlayışdır. Skalar potensial skalyar sahəyə misaldır. F vektor sahəsini nəzərə alaraq, P skalar potensialı belə müəyyən edilir ki: F = − ∇ P = − ( ∂ P ∂ x , ∂ P ∂ y , ∂ P ∂ z ) , {\displaystyle \mathbf {F} =-\nabla P=-\left({\frac {\partial P}{\partial x}},{\frac {\partial P}{\partial y}},{\frac {\partial P}{\partial z}}\right),} burada, ∇P P -nin qradiyentidir və tənliyin ikinci hissəsi x, y, z Dekart koordinatlarının funksiyası üçün mənfi gradientdir. Bəzi hallarda riyaziyyatçılar potensialı müəyyən etmək üçün qradientin qarşısında müsbət işarədən istifadə edə bilərlər. Qradient baxımından P nin bu tərifinə görə, hər hansı bir nöqtədə F istiqaməti o nöqtədə P -nin ən kəskin azalmasının istiqamətidir, onun böyüklüyü vahid uzunluğa düşən azalmanın sürətidir. F yalnız skalyar potensial baxımından təsvir edilməsi üçün aşağıdakı ekvivalent ifadələrdən hər hansı biri doğru olmalıdır: − ∫ a b F ⋅ d l = P ( b ) − P ( a ) , {\displaystyle -\int _{a}^{b}\mathbf {F} \cdot d\mathbf {l} =P(\mathbf {b} )-P(\mathbf {a} ),} burada inteqrasiya a yerindən b yerinə keçən İordan qövsü üzərindədir və P ( b P(b) P qiymətləndirilir. ∮ F ⋅ d l = 0 , {\displaystyle \oint \mathbf {F} \cdot d\mathbf {l} =0,} burada, inteqral hər hansı sadə qapalı yolun üzərindədir, əks halda İordan əyrisi kimi tanınır.