Pretenziya
lat. praetensio – tələb
1) borcunun qaytarılması, ziyanın ödənilməsi, cərimənin verilməsi, göndərilmiş məhsulun, satılmış şeyin, görülmüş işin qüsurlarının aradan qaldırılması haqqında borcluya qarşı tələbi;
2) kiməsə, nəyə isə öz haqlarını bildirmək, nəyinsə tələb edilməsi;
3) özündə əslində mövcud olmayan hər hansı keyfiyyətlərin qəbul edilməsinə çalışmaq;
4) nəyinsə haqqında narazılığın ifadə edilməsi, şikayət.