PROSESSOR

is. \[ing.\] infor. Sistem bloku. Hesabi-məntiqi və idarəedici qurğular birlikdə prosessor adlanır. □ Mərkəzi prosessor \[ing. Central Processing Unit (CPU)\] — kompüterin ən önəmli hissəsi.
PROMOTUR
PROTOMƏTN
OBASTAN VİKİ
Prosessor
Prosessor — kompüter üzərində edilən bütün arfimetik və məntiqi əməliyyatlar bu qurğu tərəfindən reallaşdırılır və nəzarət edilir. Prosessorlar ana kartın ortasında olan və xüsusi olaraq hazırlanan CPU yuvası və ya prosessorsocketi deyə adlandırılan hissəyə birləşdirilir. Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub, kompüterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını və ötürülməsini təmin edir. Kompüter üzərində edilən bütün əməliyyatlar, bu vahid tərəfindən reallaşdırılır və nəzarət edilir. Mikroprosessor bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) da adlanır. CPU kompüterin beynidir və vəzifəsi tapşırıqları tezliklə yerinə yetirməkdir. CPU işləyərkən qızdığı üçün onun üzərinə ventilyator yerləşdirilər. Prosessorun (CPU) sürəti, yəni takt tezliyi hz (hers) ilə ölçülür. Fərdi kompüterdə bütün informasiyanı emal edən mərkəzi prosessor giriş informasiyasını çıxış informasiyasına çevirərək proqram vasitələrinin idarəsi altında işləyir. Kompüterlərin ayrı-ayrı modellərində iki qabaqcıl dünya istehsalçılarının Intel və AMD şirkətlərinin müxtəlif prosessorları istifadə olunur.
Mərkəzi prosessor
Prosessor — kompüter üzərində edilən bütün arfimetik və məntiqi əməliyyatlar bu qurğu tərəfindən reallaşdırılır və nəzarət edilir. Prosessorlar ana kartın ortasında olan və xüsusi olaraq hazırlanan CPU yuvası və ya prosessorsocketi deyə adlandırılan hissəyə birləşdirilir. Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub, kompüterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını və ötürülməsini təmin edir. Kompüter üzərində edilən bütün əməliyyatlar, bu vahid tərəfindən reallaşdırılır və nəzarət edilir. Mikroprosessor bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) da adlanır. CPU kompüterin beynidir və vəzifəsi tapşırıqları tezliklə yerinə yetirməkdir. CPU işləyərkən qızdığı üçün onun üzərinə ventilyator yerləşdirilər. Prosessorun (CPU) sürəti, yəni takt tezliyi hz (hers) ilə ölçülür. Fərdi kompüterdə bütün informasiyanı emal edən mərkəzi prosessor giriş informasiyasını çıxış informasiyasına çevirərək proqram vasitələrinin idarəsi altında işləyir. Kompüterlərin ayrı-ayrı modellərində iki qabaqcıl dünya istehsalçılarının Intel və AMD şirkətlərinin müxtəlif prosessorları istifadə olunur.
Qrafik prosessor
Qrafik Prosessor Modulu — Qrafik generasiya vahidi ya da qısaca GPU (GPU – (ing. graphics processing unit) fərdi kompüter, iş stansiyaları və ya oyun konsollarında qrafik yaradılması üçün istifadə cihazıdır . Müasir GPU-lar kompüter qrafikalarını emal etməkdə və görüntüləməkdə son dərəcə məhsuldardır və yüksək paralel strukturlarını kompleks alqoritmlər üçün CPU-dan daha təsirli edər. GPU ekran kartının üstündə ola biləcəyi kimi ana plataya bağlanmış halda da ola bilər. Qrafik prosessor – (ing. graphics processor, ru. графический процессор GPU'ların ən qüvvətli tipi olub, ümumiyyətlə anakart üstündəki PCI Express (PCIe) ya da Accelerated Graphics Port (AGP) kimi genişləmə slotlarına taxılır və bu sayədə asanlıqla son versiyası ilə dəyiştirilə bilər. Nvidianın SLI ya da AMD CrossFire texnologiyası birdən çox qrafik kartının eyni anda istifadə əməliyyat gücünün artırılmasına imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
AMD prosessorları üçün anakartlar
ARM prosessorlarının dəstəkləyən əməliyyat sistemlərinin siyahısı
ARM arxitekturası əməliyyat sistemlərinin coxu tərəfindən dəstəklənir. Bunların arasında Unix и Unix-ə bənzər ƏS: GNU/Linux, BSD, QNX, Plan 9, Inferno, Solaris, iOS, Android, Firefox OS. Həmçinin bu platforma üzərində müxtəlif variantları işləyə bilən Windows : Windows CE, Windows Phone, Windows RT. Bundan əlavə ARM-in dəstəkləyən ƏS: ReactOS, FreeRTOS, Nucleus, Symbian OS, RISC OS. == Dəstəklənən Unix-ə bənzər sistemlər == === Linux-in distributivləri === Növbəti Linux distributivləri ARM prosessorları dəstəkləyir: Ångström ALT Linux Archlinux Astra linuxArxivləşdirilib 2016-11-19 at the Wayback Machine Bodhi Linux Chrome OS Debian ELinOS Fedora Gentoo GoboLinux iPodLinux Kali linux Maemo MeeGo MontaVista openSUSE Open webOS Sailfish OS Slackware SteamOS T2 SDE Ubuntu Wind River Linux === BSD === BSD-dən törəmə olan ARM prosessorlarını dəstəkləyən ƏS-ləri: RISC iX (Acorn ARM2/ARM3-based systems only) FreeBSD NetBSD OpenBSD === Solaris === Hərçənd ki, Solaris x86/x86_64 və SPARC tipli prosessorlarla işləyən əməliyyat sistemidir, 2008 — 2009-cu illərdə OpenSolaris -in ARM versiyası olacaq «osarm»-ı yaratmaq üçün təsəbbüş göstərilmişdir.
Dil prosessoru
Dil prosessoru (ing. language processor) – spesifik dildə yazılmış komandaları mənimsəmək və onları maşın koduna çevirmək üçün hazırlanmış qurğu və ya proqram. Əgər komandalar translyasiya olunduqca bir-birinin ardınca yerinə yetirilirsə, onda verilmiş dil prosessoru interpretasiya tiplidir, yox əgər proqram bütövlükdə translyasiya olunub, sonra yerinə yetirilirsə, belə dil prosessoru translyatordur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mətn prosessoru
Mətn prosessoru — mətnlər yaradılması, redaktəsi, formatlaşdırılması üçün istifadə olunan proqramlardır. Mətn redaktorlarından fərqli olaraq mətn prosessorları yalnız mətnlərlə deyil, eyni zamanda cədvəllərlə, şəkillərlə işləmək və hesablamalar aparmaq üçün də istifadə oluna bilərlər. Mətn prosessorundan istifadə etməklə vizit kartları, açıqcalar, təqvimlər və digər sənədlər yaratmaq mümkündür. Windows ƏS-da mətn prosessoruna Wordpad daxildir. Wordpad-ın genişlənməsi isə .rtf-dir. Daha geniş istifadə olunan mətn prosessorlarına Word 6.0, 7.0, 97, 2000, 2003, 2007, Leksikon 9.0, AmiPro 3.1, LibreOffice Writer və s. misal göstərmək olar. Windows ƏS-da mətn prosessoruna Ofis Proqramları siyahısına daxil olan Microsoft Word-ün genişlənməsi isə .doc-dur.
Tandem prosessorlar
Tandem prosessorlar (ing. tandem processors; türk. тандем-процессоры) — iki prosessorun birləşməsindən ibarət elə çoxprosessorlu sistemdir ki, prosessorlardan biri sıradan çıxdıqda onun funksiyalarını obiri yerinə yetirir. Tandem prosessorlardan istifadə xətaya-dayanıqlı sistemlərin yaradılması strategiyasının bir hissəsidir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vektor prosessoru
Vektor prosessoru (Vector processor) – rəqəmli verilənlərin birölçülü massivləri (vektorlar) üzərində paralel hesablamalar üçün komandalar toplusuna malik olan kompüter. Vektor prosessoru ilə matris prosessoru oxşar məsələləri həll etsələr də, onlar arasında fərq var: vektor prosessorda vektor bütövlükdə xüsusi funksional bloka verilir, matris prosessorunda isə vektorun hər bir elementi ayrıca hesab qurğusuna göndərilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnput/output prosessoru
İnput/output prosessoru (en. input/output processor ~ ru. процессор ввода-вывода ~ tr. giriş/çıkış işlemcisi) – giriş və çıxış əməliyyatlarını emal etmək və bununla da mərkəzi prosessorun yükünü azaltmaq üçün işlənib hazırlanmış aparat vasitələri. Məsələn, rəqəmsal siqnal prosessoru mərkəzi prosessoru cəlb etmədən səs obrazlarının intensiv, mürəkkəb analiz və sintezini apara bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nvidia qrafik prosessorlarının siyahısı
Siyahıda həm videokartlar, həm də qrafik prosessorlar yer alır.

Digər lüğətlərdə