PSİXROMETR

(yun. Rsych- soyuq+ metr)- hava rütubətini və temperaturunu ölçmək üçün cihaz. İki termometdən ( quru və isladılmış) ibarətdir. Birincisi havanın, ikincisi isə ( tənzifə sarınır və bir hissəsi içərisində su olan stəkana salınır) termometrin özünün temperaturunu göstərir. Hava su buxarı ilə doymuş olduqda hər iki termometrin göstərişi eyni olur, doymuş olmadıqda ikinci termometrdən su buxarlanır, onun daxili enerjisi azalır və nəticədə temperatur aşağı düşür. Termometrlərin göstərişlərinin fərqinə görə və xüsusi psixrometrik cədvəllərin köməyi ilə havanın mütləq və nisbi rütubətliyi təyin edilir.
PROLYUVİUM
RADİASİYA
OBASTAN VİKİ
Psixrometr
Havanın nisbi rütubətini təyin etməyə imkan verən cihazlardan biri də psixrometrdir. Onun iş prinsipi buxarlanan suyun soyumasina əsaslanır. Psixrometr iki eyni termometrdən ibarətdir. Onlardan biri havanın temperaturunu ölçür. Digərinin civə(və ya spirt) çəni ucu suya batırılan tənziflə sarınır. Buxarlanan su soyuduğundan bu termometrin göstəricisi quru termometrin göstəricisindən aşağı olur.

Digər lüğətlərdə